Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlarpaqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi.

Məbəd tikililəri

redaktə

Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir.

Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir. Məbədin içərisində "vibrasiya akkustikası"na xidmət edən hündür tavan, günbəzlər və s. də olur. Qədimdən papaların varislərinə vəsiyyəti insanı vəcdə gətirən, həyəcanlandıran möhtəşəm kilsələr tikmələri idi. Bir çox hallarda məscid tikililəri də bu xüsusiyyəti özlərində daşıyır.

Qalereya

redaktə

Xarici keçidlər

redaktə
  • "Məbədlər". Memarlıq bloqu (az.). memarliq.com. 2014. İstifadə tarixi: 2014-10-09.
  NODES
Note 1
os 3