Məhəmmədhüseyn xan Müştaq

Məhəmməd Hüseyn xan Müştaq (Şəki1780, Şəki) — şair, Şəki xanı (1759-avqust 1780).

Məhəmmədhüseyn xan
Məhəmməd Hüseyn xan Həsən ağa oğlu
III Şəki xanı
1759 – avqust 1780
ƏvvəlkiAğakişi bəy
SonrakıHacı Əbdülqadir xan
Şəxsi məlumatlar
Doğum yeri Nuxa, Şəki xanlığı
Vəfat tarixi
Vəfat yeri Nuxa, Şəki xanlığı
Dəfn yeri Şəki xan qəbiristanlığı, (özü tərəfindən tikilmiş 1-ci Cümə məscidinin mehrabının altında)
Fəaliyyəti şair
Atası Həsən ağa
Uşaqları Fətəli xan, Səlim xan
Dini İslam

Həyatı

redaktə

1759-cu ildə Qazıqumuq hakimi Məhəmməd xan Şəkiyə hücum edib Ağakişi xanı öldürdü. Özü xanlıq etməyə başladı. Hacı Çələbi xanın nəvəsi, Həsən ağanın oğlu Hüseyn xan Məhəmməd xana qarşı üsyan qaldırıb, Qarabağ hakimi Pənahəli xan Sarıcalı-Cavanşiri köməyə çağırdı. Pənahəli xan Hüseyn xanın xahişinə müsbət cavab verərək qoşunla Şəkiyə daxil oldu. Məhəmməd xan ilk toqquşmada məğlub olub Dağıstana qaçdı.

Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hakimiyyətinin ilk illərində Məhəmmədhüseyn xanla dostluğu vardı. Onun qızı Tubu bəyimi almışdı. Baş vəziri Molla Pənah Vaqif onun şairliyindən istifadə edib yazışırdı. Hətta ondan tüfəng də istəmişdi. Saray ərkanı olan şair Rəfe-Kəleybəri-Qaradağlını Məhəmmədhüseyn xanın sarayına göndərmişdi.

M.P. Vaqif Şəki xanına xitabən yazırdı:

Qıvrılır gönlüm tüfəngdən dəm vuranda mar tək,
Od çıxır ağzından ol dud ilə çaxmaq bar tək.

Gülləsi əşkim əsər çeşmim şərari nar tək,
Müşk, barut ətrilə həm türreyi-tərrar tək,
Etmədi mütləq dimağımı müəttər bir tüfəng.

Hüseyn xan Müştaq isə Molla Pənah Vaqifin cavabında yazırdı:

Sən Qarabağ içrə qurmusan tələb meydnını,
Tutmusan dildə olan bədü vəfa mizanını,
Görməyibsən əsri-ehsanın məgər cövlanını,
Bir tüfəngin bu qədər sən çəkmisən hicranını
Eylədim təslimi-Rafe çeşmi pa bərsər tüfəng.

İbrahimxəlil xanla Hüseyn xan arasına ədavət düşdü. Şəki xanı ilə dostluq edən baş vəzir Molla Pənah Vaqif bu nifağı dəf edə bilmədi. İbrahimxəlil xan Hüseyn xanın oğlu Məhəmmədhəsən ağanı Şuşa qalasında dustaq saxlayırdı.

Çıldır valisi Süleyman paşanın 1780-ci il 26 oktyabr tarixli təhriratında deyilirdi ki, Fətəli xan Qubalı və Şəkili Hüseyn xanla Qarabağlı İbrahimxəlil xan arasında ədavət olduğundan İbrahimxəlil xan Hüseyn xanın oğlunu, həmçinin Qaradağ və Bakı xanlarını da həbs etmişdi. Fətəli xan Hüseyn xanla birgə İbrahim xanın üzərinə yürüşə hazırlaşarkən öz əmisi Hacı Əbdülqadir xan (o, neçə illər idi ki Kür çayı sahilindəki "Dardoqqaz" adlı sığınacağa sığınıb Məhəmmədhüseyn xana qarşı fəaliyyət göstərirdi) 60 nəfərlə geçə gəlib Nuxa dağıarında gizlənmiş və günortadan sonra, qəflətən basqın edib qalaya girdi. Qurğuşunlu otaqda Məhəmmədhüseyn xan oğlu Fətəli xanla birlikdə basqınçılara müqavimət göstərsələr də, sonda, Məhəmmədhüseyn xan yaralanaraq təslim oldu və onu bir həftə saxlayıb (1780-cı il avqust ayının 22-29-u arasında[1]) boğdurmaq yolu ilə edam etdilər.

Molla Vəli Vidadi Hüseyn xan Müştağa həsr etdiyi "Müsibətnamə" adlı tarixi mənzuməsində yazır:

Ol Qarabağ hakimi dövlətli İbrahim xan,
Əvvəlü axır onunla ta yaman idi, yaman,
Gördü fürsət gəldi, fövt etmək deyil əqlə nişan,
Oldu Əbdülqadir ilə müttəfiq həm ol zaman
Yığıldılar bihəddi-ləşkər, cəm edib hər yanə bax.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. 29 avqust 1780-cı il tarixdə General-poruçik Aleksandr Suvorov tərəfindən Həştərxanda tərtib olunmuş raportda, Məhəmmədhüseyn xanın öldürülməsi həftənin hadisəsi kimi qeyd olunur; bax: >> Məhəmmədhüseyn Xan Müştaqinin aqibəti Arxivləşdirilib 2022-03-29 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  NODES