Məmməd Əliyev (filosof)

Əliyev Məmməd Arif oğlu (18 sentyabr 1962, Bakı) — fəlsəfə elmləri doktoru, professor, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru (2020-2024).[1][2] Məmməd Əliyev Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru,[3] 2017-ci ildən Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri kimi çalışıb.[4] Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.[5]

Məmməd Əliyev
Məmməd Arif oğlu Əliyev
Doğum tarixi 18 sentyabr 1962(1962-09-18) (62 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi fəlsəfə
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dillər Universiteti
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili
Tanınır din və din tarixinin tədqiqatçısı kimi

Həyatı

redaktə

Məmməd Əliyev 1962-ci il sentyabr ayının 18-də Bakı şəhərində ziyali ailəsinda anadan olub. 1969 – 1979-cu illərdə Bakı şəhərinin Nəsimi rayonundakı 16 nomrəli məktəbdə oxuyub və əla qiymətlərlə bitirib. 1980–1985-ci illərdə S. M. Kirov adina Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müxtəlif vəzifələrdə — Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən 2012-ci illərədək Bakı Slavyan Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.[6] 2015-ci ildən Bakı Slavyan Universitetin Beynəlxalq münasibətlər kafedrasinin müdiri və həmin kafedranın professoru olub.[3]

2017-ci ildə professor Məmməd Əliyev Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur. Azərbaycan Dillər Universitetinin rektoru akademik K. M. Abdullayevin təşəbbüsü ilə 2017-ci ildə yaradılmış "Rusiyaşünaslıq" elmi — tədqiqat laboratoriyası ölkəmizdə Rusiyanın sosial-tarixi, mədəni-tarixi və ictimai-siyasi faktoru kimi araşdırmalar aparan yeganə mərkəzdir.[7] Elmi — tədqiqat laboratoriyası Moskva Dövlət Linqvistik Universiteti, Rusiyanın Birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı və Minsk Dövlət Linqvistik Universiteti ilə əməkdaşlıq edir.[8]

20 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin № 18/6 qərarı ilə Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin edilib.[2]. O, 2024-cü il aprel ayının 1-ə qədər bu vəzifədə çalışıb.

Ailəsi

redaktə

Ailəlidir, iki övladı var.

Fəaliyyəti

redaktə

Elmi fəaliyyəti

redaktə

M. Əliyev dinlərarası dialoq, nitq etiketi və sosial-etik problemlər ilə məşğul olur. O, 15 yanvar 1992-ci ildə Azərbaycan Dövlət Universitetində "Mənəvi dəyərlərin dini anlayışı" mövzusunda dissertasiya işini müdafiə edib. 3 aprel 1992-ci ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elmi rəhbəri f.e.d., professor Yusif İman oğlu Rüstəmov olub. 21 iyun 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Məmməd Arif oğlu Əliyevə Fəlsəfə kafedrasının dosenti elmi adı verilmişdir.[6]

Fəlsəfə elmlər doktoru alimlik dərəcəsini almaq üçün "İslam və xristianlığın qarşılıqlı mənəvi – tarixi təsiri" mövzusunda dissertasiya işi yazmış və 2008-ci ildə müasir dünyada dinlərarası dialoqa həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmişdir. 2 sentyabr 2009-cu il Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona elmlər doktoru elmi dərəcəsi verilmişdir.[6]

5 fevral 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan tarixi və ictimai elmlər kafedrası üzrə professor elmi adı verilmişdir.[9]

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 13-cü sayından jurnalın "Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri" üzrə redaksiya heyətinin üzvüdür.[10]

Pedaqoji fəaliyyəti

redaktə

Məmməd Əliyev 1985-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının pofessoru olub, həmin universitetin Beynəlxalq Münasibətlər və Reqionşünaslıq, Tərcümə fakültələrində "Məntiq", "Din tarixi", "Fəlsəfə" fənlərini tədris edib.[3][11] Hal-hazırda Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur.[5]

Elmi və ictimai yaradıcılığı

redaktə

M. Əliyev Azərbaycan Dillər Universitetinin, Yeni Azərbaycan PartiyasınınBakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə keçirdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfransın təşkilat komitəsinin üzvü, bölmə iclaslarına rəhbərlik və məruzələrlə çıxış edib.[12] Həmçinin Moskvada,[13] Yekaterinburqda,[14] Samarada,[15] Minskdə[16] və digər şəhərlərdə konfransın bölmə iclaslarına rəhbərlik edib.

Yüzdən artıq məqalə, tezis, fənn proqramlarının, metodik vəsaitin, monoqrafiyaların müəllifidir. Onun yazıları Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Qırğızıstanda, eləcə də Azərbaycanda müxtəlif elmi jurnalarda dərc olunub. M. Əliyev "Религиозное понимание нравственных ценностей", "Духовно-историческое взаимодействие ислама и христианства", "Мировые религии", "Национально-государственные религии", "Первобытные религии", "Логика", "История религий", "Философская мысль в Польше", "Философия и социально – политическая мысль Чехии", "Восток и запад в религиоведческом аспекте", "Ислам и русская религиозно – философская мысль", "Актуальность преподавания религиоведения на современном этапе", "Актуальность духовно – исторического взаимодействия ислама и христианства" və s. elmi işlərin müəllifidir.

"Elm və cəmiyyət" elmi əsərlərin toplusunun baş redaktoru, Bakı Slavyan Universitetinin "Ученые записки" jurnalının baş redaktorunun müavini, Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin müəllifi olduğu "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" elmi məqalələrin ali məktəblərarası toplusunun redaksiya heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü və işlədiyi Universitetlərdə Elmi Şuranın üzvü kimi fəaliyyət göstərib.

Buraxılış işlərinə, magistr və doktorluq dissertasiyalarına rəhbərlik edir, elmi konfranslarda iştirak edən tələbələrin hazırlanmasına xüsusi diqqət yetirib. Məmməd Əliyev bir neçə dissertasiya işinə rəhbərlik edib və hazirda 5 doktorantın elmi rəhbəridir. O, həmçinin opponent qismində çıxış edir. Məmməd Əliyev hər il keçirilən doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının bölmə iclaslarında həmsədr kimi çıxış edir. Ölkəmizdə və xaricdə keçirilən beynəlxalq səviyyəli elmi və elmi – metodiki konfranslarda, seminar, treninqlərdə Azərbaycanı təmsil edir.[17][18][19]

Elmi əsərləri

redaktə

50-dən artıq elmi və metodik əsərin müəllifidir. O cümlədən:

  • Milli dinlər. (metodik vəsait). Bakı, "Mütərcim" 1994.
  • Dünyəvi dinlər. I hissə, Bakı, "Mütərcim", 1996.
  • İbtidai dinlər. Bakı., 2002.
  • Miili dəyərlərin dini anlayışı. Monoqrafiya, B. "Kitab Aləmi", 2005.
  • İslam-xristian dialoqu: tarix, müasirlik, perspektivlər. Monoqrafiya, Bakı."Kitab Aləmi", 2007.
  • Polşada fəlsəfi fikir. (metodik vəsait). Bakı, "Kitab aləmi", 2009.
  • Çexiyada fəlsəfə və sosial-siyasi fikir. (metodik vəsait). Bakı, Kitab aləmi, 2010.
  • "Məntiq" məsələlərinin hazırlıq kitabı. Dərs vəsaiti. Bakı, Mütərcim, 2010.
  • "Din tarixi". Metodik tədris vəsaiti. Bakı, Mütərcim, 2010.
  • "Məntiq"dən praktik məşğələlər üçün dərs vəsaiti. Bakı, 2018.

İstinadlar

redaktə
  1. Mərkəzi Elmi Kitabxananın yeni direktoru kollektivə təqdim edilib
  2. 1 2 "Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edilib". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  3. 1 2 3 "BEYNƏLXALQ MÜNASİBƏTLƏR". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  4. "Professor Məmməd Əliyev: Antropologiya elmində bir çox yeniliklər müşahidə olunur". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  5. 1 2 "Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, f.e.d., professor Əliyev Məmməd Arif oğlu". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  6. 1 2 3 "Энциклопедия ИЗВЕСТНЫЕ УЧЕНЫЕ FAMOUS SCIENTISTS Алиев Мамед Арифович". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-17.
  7. "ADU-da "12 iyun – Rusiya günü"nə həsr olunmuş dəyirmi masa keçirilib". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  8. "ADU ilə Rusiyanın bir neçə universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  9. "ELMLƏR DOKTORU ƏLİYEV MƏMMƏD ARİF İSLAM VƏ XRİSTİANLIĞIN QARŞILIQLI MƏNƏVİ-TARİXİ TƏSİRİ". 2020-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  10. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  11. "MİRAS Beynəlxalq Ana dili gününü Bakı Slavyan Universitetində keçirdi". 2021-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  12. "Azərbaycan multikulturalizm sahəsində böyük tarixi təcrübəyə malikdir". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  13. "Heydər Əliyev Moskvada yad edildi — Foto". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  14. "Rusiyada, Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası" mövzüzunda elmi konfrans keçirilib". 2018-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  15. "ADU-nun alimləri ölkəmizi Samarada keçirilən beynəlxalq tədbirlərdə təmsil ediblər". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  16. "Beynəlxalq konfransın Minskdə bölmə iclası keçirilib". 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  17. "ADU-da "Rusiyada siyasi antropologiya: tarix və müasirlik" mövzusunda ictimai mühazirə təşkil edilib". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  18. "Əməkdar elm xadimi Lidiya Mixaylovna Qranovskaya şəxsi kitabxanasını ADU-ya hədiyyə edib". 2021-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  19. "Rus İqtisad Məktəbində görüş". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.

Xarici keçidlər

redaktə
  NODES