Məmmədkamal Kazımov

Məmmədkamal Allahqulu oğlu Kazımov — Azərbaycan aktyoru və rejissoru, Əməkdar mədəniyyət işçisi.

Məmmədkamal Kazımov
Məmmədkamal Allahqulu oğlu Kazımov
Fayl:Məmmədkamal Kazımov.jpg
Doğum adı Məmmədkamal Allahqulu oğlu Kazımov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (76 yaşında)
Uşağı Vəfa Novruzova
Atası Allahqulu Kazımov
Fəaliyyəti aktyor
rejissor
IMDb ID2929667

Həyatı

redaktə

Kazımov Məmmədkamal Allahqulu oğlu 1929-cu il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən teatr sənətinə maraq göstərən M.Kazımov, 1944-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə qəbul olunur. Burada çalışdığı illər o, teatrın nəzdində fəaliyyət göstərən Teatr studiyasında oxuyur. Təhsilini artırmaq məqsədilə M.Kazımov M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyoru» fakültəsinə daxil olur, sonra həmin təhsil ocağının «Rejissorluq» fakültəsini də bitirir.

Akademik Milli Dram Teatrda işlədiyi dövrdə M.Kazımov bir sıra yaddaqalan tamaşalar yaratmışdır. Onun A.Arbuzovun «Tanya», H.Muxtarovun «Kimdir müqəssir?», E.Ryazanovun «Sevgi-sevgi», A.S.Puşkinin «Yatmış gözəl və yeddi qardaş», İ.Səfərlinin «Yol ayrıcında», S.Dağlının «Kölgələr pıçıldaşır», Q.Qorinin «Görünməmiş toy», M.F.Axundovun «Xırs quldurbasan», A.Şaiqin «Fitnə» kimi əsərlərinə verdiyi quruluşlar teatr salnaməsində özünəməxsus yer tutur.

Yaradıcılıq yolunda M.Kazımov respublikanın digər teatrlarında da tamaşalar hazırlamışdır. O, Sumqayıt Dövlət Musiqili Dram Teatrında Y.Məmmədovun «Anna məhəbbəti», Tənqid Təbliğ Teatrında Q.Rəsulovun «Məhəbbət oyunu», Əhli Beyt Teatrında Ş.Nəzərlinin «Mücdədin yuxusu» əsərlərinə səhnə həyatı vermişdir.

1983-1988-ci illərdə Mədəniyyət Nazirliyinin rəsmi göndərişi ilə Məmmədkamal Kazımov Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmışdır. Orada işlədiyi müddətdə o, M.Hüseyn və İ.Əfəndiyevin «İntizar», S.Rüstəmin «Qaçaq Nəbi», Ə.Fərzəlinin «Yurdda Kim qaldı», Ə.İlhamın «Qızıl əjdaha» və «Nərgiz ana», İ.Məlikzadənin «Son gecə», M.Lermontovun «İki qardaş», S.Vurğunun «Fərhad və Şirin» və s. bu kimi müxtəlif janrlı pyeslərinə quruluş vermişdir.

Ömrünün 61 ilini sənətə həsr etmiş M.Kazımov teatr sənətinə maraq göstərən gənclərlə işləməyi çox sevərdi. Keçən əsrin 60-cı illərində Xətai adına Mədəniyyət Sarayında yaratdığı S.Vurğun adına Xalq Teatrında yetişən gənc aktyorların bugünkü məhsuldar yaradıcılığı buna bariz sübutdur.

M.Kazımovun kino yaradıcılığı da maraq doğurur. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çəkilmiş «Bir cənub şəhərində», «Yol əhvalatı», «Qətl günü», «Ölülər», «Ümid», «Mənim ağ şəhərim», «Şahid qız», «Güllələnmə təxirə salınır», «Qara «Volqa» kimi bədii filmlərində, «Ac həriflər» televiziya tamaşasında yaddaqalan obrazlar yaratmışdır. M.Kazımov ömrünün son günlərinədək yaradıcılıqla məşğul olmuş, Azərbaycan Mədəniyyət Fondunun «Sönməyən ulduzlar» teatrının baş rejissoru kimi fəaliyyət göstərmişdir. Ətrafına korifey sənətkarları toplayan bu səhnədə tamaşaya qoyduğu S.Vurğunun «Vaqif», C.Cabbarlının «Solğun çiçəklər» və s. klassik irsimizdən olan əsərlər M.Kazımovun Azərbaycan mədəniyyətinə verdiyi son töhfələr idi.

Məmmədkamal Kazımov 2005-ci il dekabr ayının 13-də 77 yasinda dünyasını dəyişmişdir.

Xatirəsi

redaktə

2024-cü ildə Azərbaycan Dövlət Film Fondunda Məmmədkamal Kazımovun anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.[1]

Filmoqrafiya

redaktə
  1. Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-rol: Səlman, meyxana deyən
  2. Ad günü (film, 1977)(tammetrajlı bədii film)-rol: satıcı
  3. Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-filmi səsləndirən: kənd sakini
  4. Almas Yıldırım (film, 2004)
  5. Azərbaycan naminə (film, 2005)
  6. Bağdada putyovka var... (film, 2000)
  7. Bir cənub şəhərində (film, 1969)
  8. Dəvətnamə (film, 1989)
  9. Güllələnmə təxirə salınır!... (film, 2002)
  10. Köpək (film, 1994)
  11. Qanlı zəmi (film, 1985)
  12. Qara "Volqa" (film, 1994)
  13. "Qayınana" əməliyyatı (film, 1999)
  14. Qətl günü (film, 1990)
  15. Qeybdən gələn səs (film, 2002)
  16. Qəzəlxan (film, 1991)
  17. Məkanın melodiyası (film, 2004)
  18. Mən sənin dayınam (film, 2001)
  19. Mənim ağ şəhərim (film, 1993)
  20. O dünyadan salam (1991)
  21. Özgə vaxt (film, 1996)
  22. Sonuncu şahid (film, 2004)
  23. Şahid qız (film, 1990)
  24. Ümid (film, 1995)
  25. Yol əhvalatı (film, 1980)
  26. Yuxu (film, 2001)

İstinadlar

redaktə
  1. AzərTAc. "Milli teatr sənətimizin yorulmaz əsgəri" (az.). AzərTAc. 05.12.2024. İstifadə tarixi: 2024-12-05.

Xarici keçidlər

redaktə
  NODES