Marian Reyevski

Polyak riyaziyyatçı

Marian Reevskiy (pol. Marian Adam Rejewski; 16 avqust 1905[1][2], Bıdqoş, Prussiya, Almaniya imperiyası13 fevral 1980[2][3], Varşava, Polşa Xalq Respublikası) — polşalı riyaziyyatçı və kriptoqraf. O, 1932-ci ildə Üçüncü Reyxin hərbi Eniqma şifrləmə maşınını yenidən işləyib hazırlayıb. Reevskiy və onun iş həmkarları Eji RojiskiyHenrix Zıqalskiyin şifrləmə sahəsindəki nailiyyətləri Reevskiyin orijinal maşını hazırlanmasından yeddi il sonra ikinci dünya müharibəsi başlayanda Alman Eniqma maşınında şifrlənmiş məlumatların oxumasına başlaması üçün Britaniyaya imkan yaradıb. Müharibə zamanı Britaniyalı kriptoloqlar Eniqmada şifrlənən məlumatın geniş bir sinfinin şifrini açıb. Britaniya tərəfindən Ultra şərti adı altında bu mənbədən alınan kəşfiyyat məlumatları müttəfiqlərin hərbi əməliyyatlarına böyük kömək edib.

Marian Reyevski
Doğum adı Marian Adam Rejewski
Doğum tarixi 16 avqust 1905(1905-08-16)[1][2]
Doğum yeri
Vəfat tarixi 13 fevral 1980(1980-02-13)[2][3] (74 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Elm sahələri riyaziyyat, kriptoqrafiya
Təhsili
Mükafatları War Medal 1939–1945 Grand Cross of the Order of Polonia Restituta Polşa İntibah Ordeninin Zabit xaçı Silver Medal of Merit for National Defence
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1929-ci ildə Poznan Universitetində riyaziyyat sahəsi üzrə təhsil alarkən, Reevskiy Polşa Qoşununun Baş Qərargahı Şifr Bürosunun (pol. Biuro Szyfrów) gizli şəkildə apardığı kriptologiya kurslarında iştirak edib. O, bu kurslara 1932-ci ilin sentyabrında qoşulmuşdu. Bu büro Eniqmada kodlaşdırılmış məlumatların oxunmasında heç bir uğur əldə edə bilmədi və 1932-ci ilin sonunda problem üzərində işləmək üçün Reevskiy təyin edildi. O, yalnız bir neçə həftədən sonra maşının gizli daxili məftilinin olduğu nəticəsinə gəlib. Reevskiy və onun iki həmkarı sonralar Eniqma məlumatlarının düzgün oxunması üçün bir sıra üsullar işlənib hazırlamışdır. Onun nailiyyətləri kriptolocik bomba və özünün kəşf etdiyi siklometr əsasında çıxarılmış kriptolocik kart kataloquna daxil edilib.

1939-cu ildə Polşanın Almaniya tərəfindən işğalından beş həftə əvvəl Reevskiy və həmkarları Varşavaya çağrılıb və onlar Fransa və Britaniya kəşfiyyat nümayəndələrinə öz nailiyyətlərini təqdim edib. Müharibənin başlamasından az sonra Polşalı kriptoloqlar Fransaya aparılıb. Burada onlar Eniqmada şifrlənmiş məlumatların sındırılması üzərində işlərini davam etdiriblər. Onlar və onların köməkçi əməkdaşları 1940-cı ilin iyununda Fransanın süqutundan sonra yenidən köçməyə məcbur olub. Bundan bir neçə ay sonra onlar Vişi Fransasında gizli şəkildə işlərini davam etdirməyə başlayıblar. 1942-ci ilin noyabrında Fransada "Azad Zonanın" işğalından sonra Reevskiy və Zıqalskiy İspaniya, Portuqaliya və Cəbəllütariq vasitəsilə Böyük Britaniyaya qaçıb. Orada onlar Polşa Silahlı Qüvvələrində hərbi qulluğa daxil olublar və Alman şifrlərinin aşağı keyfiyyətli həlli üzərində işləmək üçün təyin eiliblər.

Müharibədən sonra Reevskiy Polşada ailəsinə yenidən qovuşub və mühasib vəzifəsində çalışıb. Təqribən iyirmi il ərzində o, Sovet hökumətinin mənfi diqqətindən yayınmaq üçün müharibədən əvvəl və müharibə vaxtı kriptoloq fəaliyyəti barədə susurdu. 1967-ci ildə Marian Reevskiy Şifr Bürosundakı fəaliyyəti ilə bağlı xatirələrini Polşa Hərbi Tarix İnstitutuna verməklə bu məsələdə öz səssizliyini pozub. O, 74 yaşında ürək tutmasından dünyasını dəyişib və o, Varşavada Povzki hərbi qəbiristanlığında dəfn edilib.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES
Intern 1
mac 1
os 2