Mariya Restituta Kafka

Mariya Restituta Kafka(alm. Maria Restituta Kafka‎, 1 may 1894-30 mart 1943) — Roma-Katolik kilsəsinin müqəddəsi, rahibə, tibb bacısı, kilsə fədaisi.

Mariya Restituta
Mariya Restituta Kafka
Doğum tarixi
Doğum yeri Brno, Avstriya-Macarıstan
Vəfat tarixi (48 yaşında)
Vəfat yeri Vyana, Avstriya
Fəaliyyəti tibb bacısı, nun[d], müqavimət döyüşçüsü[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

redaktə

Mariya Restituta Kafka 1894-cü il mayın 1-də çəkməçi ailəsində dünyaya gəlmişdir. İki yaşı olarkən valideynləri onu Vyanaya gətirirlər. İlk orta təhsilini bitirdikdən sonra Vyana xəstəxanalarının birində xadimə işləmişdir.[1] 1913-cü ildə monastra daxil olaraq dördüncü əsr kilsə şəhidi Restitutun şərəfinə dini ad götürür. Birinci Dünya Müharibəsindən sonra cərrahi tibb bacısı işləyir. Avstriyadakı anşlussdan sonra 1938-ci ildə açıq şəkildə Avstriyada mövcud olan faşizm rejiminə qarşı çıxmağa başladı. Nazi rejimini tənqid edən açıq şəkildə iki məktub yazdı. Xəstəxananın direktorunun palataların birininin divarından xaçı götürmək göstərişinə qarşı çıxdı. Bütün bunlar onun sonrakı həbsinə səbəb oldu. 1942-ci ildə Gestapo tərəfindən dövlətə xəyanət səbəbi ilə həbs edilir.[2]

O, 1943-cü il, martın 30-da edam olundu.[3]

Vyanada vaxtilə Mariya Restitutanın işlədiyi Mödlinq xəstəxanası yerləşən köçəyə onun şərəfinə Schwester Maria Restituta-Gasse adı verilib.

Mariya Restituta Kafka 1998-ci il, iyunun 21-də Roma papası II İohan Pavel tərəfindən beatifikasiya (müqəddəsləşdirilib) edilib.[4]

İstinadlar

redaktə
  1. Мария Реститута
  2. restituta.net
  3. Schwester Restituta Kafka
  4. "Wir Franziskanerinnen von der christlichen Liebe". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-24.

Xarici keçidlər

redaktə
  NODES