Meybutsu (名物?, azərb. "məşhur şey"‎)Yaponiyada hər hansı yerə xas olan, həmin yerdə istehsal olunan əşya və ya suvenir.[1] Məsələn, kokeşilər Akita prefekturasına, mozaikalı taxta qutular Hakone şəhərinə, dekorativ fənərlər isə Gifu prefekturasına aid meybutsu hesab olunur.[1]

Kokeşi Akita prefekturasına aid olan meybutsudur.

Çini qablar və keramika məmulatları regional üslub baxımından çox müxtəlif olduğu üçün onların çoxu meybutsu hesab olunur.[1] Məsələn, Arita dulusçuluq məmulatları Şimali Kyuşu regionuna, Satsuma dulusçuluq məmulatları isə Cənubi Kyuşu regionuna xas meybutsudur.[1] Meybutsular sadəcə suvenir yox, yemək formasında da ola bilər.[1] Soba Naqano prefekturasının, yaşıl çay Şizuoka prefekturasının meybutsusu hesab olunur.[1] Müxtəlif senbeymancu növləri də meybutsudur.[1]

Şəhərlərin müxtəlif bölgələrinin də meybutsusu ola bilər.[1] Kioto şəhərinin Nişicin rayonu ipək parçaları, Tokio şəhərinin Yomoqi bölgəsi isə danbosu ilə məşhurdur.[1]

Hər meybutsu özünəməxsus xüsusiyyətə malik olduğu üçün və regionunun mədəniyyətini əks etdirdiyi üçün insanlar hansısa regiona səyahət edəndə həmin regionunun meybutsusunu ailə üzvlərinə, dostlarına, iş yoldaşlarına hədiyyə kimi gətirirlər.[1] Meybutsular ənənəvi xüsusiyyətlər daşısa da, marketinq strategiyaları müasirdir.[1] Yaponiyanın hər bir regionu meybutsusunu reklam etmək və onları onlayn şəkildə satmaq üçün sayt açıb.[1]

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Buckley, 2002. səh. 307

Ədəbiyyat

redaktə
  • Buckley, Sandra. Encyclopedia of Comtemporary Japanese Culture (ingiliscə). Routledge. 2002. səh. 307. ISBN 0-203-99634-8. İstifadə tarixi: 21 oktyabr 2021.
  NODES
Done 1