Milét məktəbi — VI yüzillikdə fəaliyyət göstərmiş ilk yunan fəlsəfi məktəbi olmuşdur.

Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Ümumi bilgilər

redaktə

Milet şəhəri (yun. Μίλητος) müasir Türkiyənin Qərbində, Ege dənizinin sahilində yerləşirdi. Bu məktəbi təmsil edən filosoflar ilk dəfə dini inanc və əsatirlərdə olan kosmoqonikkosmoloji baxışlara elmi praktiki yöndən baxmağa başlamışdılar. Onlar üçün bütün bunlar artıq inanc və adətlər deyil, araşdırma obyekti olmuşdur. Məhz ona görə də, miletlilər müasir fizika, astronomiya, meteorologiya, biologiya, coğrafiya və başqa elmlərin təməllərini qoymuşdular.

Milet filosoflarının irəli sürdüyü ilk problem ontologiya olmuşdur. Bu da təbiidir, çünki düşüncə fəaliyyəti birinci növbədə varlıq probleminə yönəlir. Ondan isə müxtəlif məsələlər ortaya çıxır. Məhz bu baxımdan, ilk filosoflar dünyanın yaranması probleminə önəm vermiş, bununla bağlı anlayışların tərifini və anlamını izah etməyə çalışmışdırlar. Beləliklə, bu filosofların fəaliyyətləri nəticəsində mif və onun əsasında formalaşan dinə baxış bucağı dəyişmişdir.

Milet filosofları hesab edirdilər ki, dünyanın və varlığın başlanğıcında müəyyən bir ilk maddə durur. Onlar, bu ilk maddənin nə olduğu haqqında düşüncələrini də irəli sürmüşdülər. Çünki, ətrafda olan müxtəlifliyə baxmayaraq, dünya bir tamlıq və vahidlik durumundadır. Ona görə də, dünyanın bir başlanğıcı olmalıdır. Ancaq bu filosoflar dünyanın yaradılışı məsələsində yaradıcı Tanrı haqqında heç nə demirdilər. Çünki onlar hesab edirdilər ki, dünyanın əsasında yaradıcı qüvvə deyil, maddi ünsürlər durur. Tanrılar və insanlar isə artıq var olan materiyadan hər şeyi yaradırlar. Məhz bu baxımdan da Milet filosofları ilk maddə haqqında fərqli fikirlər irəli sürmüşdülər. Onu da qeyd etmək lazımdır ki, dünyanın əsasında hansısa maddənin durması haqqında rəvayətlərə MisirBabil mifologiyasında da rast gəlmək mümkündür. Ancaq, miletlilər bu kimi mifoloji təsəvvürlərə fəlsəfi baxımdan yanaşmağa başlamışdılar.

Eyni zamanda qeyd olunmalıdır ki. miletlilər dünyanın yermərkəzçi (geosentrik) quruluşu haqqında qədim təsəvvürlərə fəlsəfi baxımdan yanaşırdılar. Bu baxımdan onlar hesab edirdilər ki, yer kainatın mərkəzində durur. Yerin kainatın mərkəzində durması inancı dünya elmində orta əsrlərin sonlarına qədər hakim olmuşdur. Yalnız Renessans dövründə bu inanc şübhə altına alınmış, daha sonra isə iflasa uğramışdır.

Bundan başqa miletlilər canlı aləmin yaradılışı haqqında ilk elmi nəzəriyyələr irəli sürmüşdülər. Bu nəzəriyyələrdə canlıların təkamül nəticəsində formalaşması ehtimallarına da rast gəlinir. Milet fəlsəfi məktəbinin fəaliyyətinə miladdan öncə V yüzillikdə son qoyulmuşdur. O zaman Milet şəhəri Əhəmənilər tərəfindən ələ keçirilmişdir. Buna baxmayaraq onların təlimi başqa yunan şəhərlərinə yayılmış və inkişaf etmişdir.

Nümayəndələri

redaktə
  1. Miletli Fales
  2. Anaksimandr
  3. Anaksimen

Mənbə

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 30-34. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

redaktə
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 30-34.
  • Aristotle. De Anima / Translated by R. D. Higs. Press, 1907.
  • Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • A. The First Philosophers of . : K. Paul, Trench, Trübner, 1898.
  • Guthrie, W.K.C. A History of Greek Philosophy. V. 1. : Press, 1962.
  • Park. D. The Grand Contraption. Press, 2005.
  • Асмус В.Ф. Античная философия. М.: Высшая школа, 1976.

Həm də bax

redaktə

İstinadlar

redaktə
  NODES