Minotavr
Minotavr (q.yun. Μῑνώταυρος — dəniz allahı Poseydonun göndərdiyi ağ öküzlə Pasifayanın oğlu. Başı öküz başı, bədəni insan bədəni olduğundan Minotavr ("Minos öküzü") adlanırdı.
Minotavrı qəhrəman Tesey öldürmüşdü. Onun haqqındakı qəribə rəvayətlər qədim Krit sivilizasiyasının keçmiş şöhrətinin qalıqlarından yaradılıb. İndi dəqiq məlumdur ki, Kritdə öküzlərlə oyunlar keçirilir, gənc atletlər onların kürəyindən tullanır, hətta öküzün buynuzundan yapışaraq havada salto da vururmuşlar.