Mirvari kərtənkələsi

Mirvari kərtənkələsi və ya Bəzənmiş kərtənkələ (lat. Timon lepidus) — Əsl kərtənkələlər fəsiləsinə daxil olan Timon cinsinə aid növ. Bəzən gözlü kərtənkələ adlandırırlar, bu ad ona zərindəki qara gözə bənzər ləkələrə görə verilmişdir.

Mirvari kərtənkələsi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Mirvari kərtənkələsi
Beynəlxalq elmi adı
Ареал
şəkil

İri kərtənkələdir. Ümumi uzunluğu 90 sm, erkəklərdə adətən 55–70 sm, disilərdə isə 45 sm uzunluğu olur. Avropada yaşıyan ən iri sürünənlərdən hesab edilir.

Bu növ kərtənkələ əsasən Pireney yarımadasıFransanın cənubunda, kiçik arealla İtaliyanın şimal-qərbində yayılmışdır.

Kolluqlar, quru meşələr, həmçinin bağlar və üzümlüklərdə daha çox yayılmışdır. Əsasən Cücülər, kərtənkələlər, ilanlar, gəmiriçilər və quşlarla qidalanır. Bəzi hallarda şirəli giləmeyvələr və üzümlərlə qidalanırlar.

Mətbəxdə istifadəsi

redaktə

İspaniyanın Estremadura ərazisində bu növ kərtənkələdən xüsusi növ yemək hazırlanır. Bu ənənəvi qida lagarto con tomate adlanır. Kərtənkələnin ətli yeri yağda qızardılır sonra isə pamidor və soğanla bişirilir[2].

İstinadlar

redaktə
  1. The Reptile Database (ing.). / P. Uetz 2015.
  2. "Revista Alcántara. Los Hábitos Culinarios En El Pasado Extremeño". 2009-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
  NODES
iOS 1
os 3