Mirzə Həsən qəbiristanlığı

Şuşada qəbiristanlıq

Mirzə Həsən qəbiristanlığıŞuşa şəhərinin üç müsəlman qəbrstanlığından biri. Əsası 1840-cı ildə qoyulmuş qəbirstanlığıdır.

Qəbiristanlıq
Mirzə Həsən qəbiristanlığı
Xəritə
Ölkə
Yerləşdiyi yer Şuşa
Əsası qoyulub 1840
39°46′13″ şm. e. 46°45′09″ ş. u.HGYO
Mirzə Həsən qəbiristanlığı xəritədə
Mirzə Həsən qəbiristanlığı
Mirzə Həsən qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şuşanın şimal-şərqindəki qədim qəbiristanlıq Mirzə Həsən qəbiristanlığı adlanırdı. Həmin qəbiristanlıq XVIII əsrin axırları və XIX əsrin birinci yarısında yaşayıb-yaradan şair Mirzə Həsən Mirzə Cəfər bəy oğlu Vəzirovun adı ilə adlandırılıb. Uzun illər Vətən və sevgi həsrətilə Şəkidə yaşamış nakam şair ölümqabağı onu vətəni Şuşada — sevdiyi qızın gəlib-getdiyi yolun kənarında dəfn etməyi vəsiyyət etmişdi. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra qəbirlər tamamilə dağıdılmışdır.

Qəbristanlığın adlandırılması

redaktə

1840-cı ildə təxminən əlli yaşında həyatdan köçən Mirzə Həsəninin cənazəsi Şuşaya gətirilərək qala divarlarından bir qədər aralıda həmin yolun kənarında dəfn edilib. Bununla da Şuşada yeni bir qəbiristanlıq meydana gəlib və həmin vaxtdan da ona "Mirzə Həsən qəbiristanlığı" adı verilib. Qasım bəy Zakir (1984-cü ildə anadan olmasının 200 illiyi münasibətilə qəbirüstü büstü də qoyulub), Mirzə Camal Cavanşir Qarabaği, şair Mirzə Ələsgər Növrəs, Rzaqulu bəy Cavanşir (Vəzirov), Xosrov bəyə Fuladov və başqa görkəmli şəxslər orada dəfn olunub"[1]

  • Şuşadakı Mirzə Həsən qəbiristanlığında Qacarların ailə qəbiristanlığı yerləşib. Qəbiristanlıq XIX əsrin 50-ci illərində, yəni Şahzədə Bəhmən Mirzə Qacar İrandan Şuşaya köçəndən sonra salınıb. Burada məşhur Qacar nəslinin görkəmli simaları ilə yanaşı, sülalədən olan adi insanlar da dəfn edilib.[2] Bundan başqa Qasım bəy Zakir, Mirzə Əlsgər Növrəs, memarların (Kərbəlayi Səfixan Qarabaği), şuşalı ziyalıların qəbri var.[3]

"Anadan olmasının 200 illiyi ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən 1984-cü ildə Şuşada Mirzə Həsən qəbiristanlığında Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə -Cavanşir nəslinə mənsub olan sahədədir. Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrin görkəmli şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı".[4] Qəbiristanlıqda XIX əsrin qəbirlərinə rast gəlmək olur. Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra qəbirlər tamamilə dağıdılmışdır

Tarixin daşıyıcıları

redaktə

Alimlərin çoxillik araşdırmaları nəticəsində qədim məzarlıqlar, etiqrafik abidələr ilkin mənbələr kimi Azərbaycan tarixinin konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. Bu məzarlıqlar inzibati bölgü, dövlət quruluşu, əhalinin yaşayışı, məşğuliyyəti barədə geniş məlumat verir. Baş və sinədaşlarının üzərindəki bir sıra təsvirlər, qədim yazılarla titul, ləqəb və rütbələrlə həmin insanların şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olur, onların hansı zümrəyə aid olduqları dəqiqləşdirilir.[5]

Dəfn olunanların siyahısı

redaktə

İstinadlar

redaktə
  1. "Şuşanın əbədiyyət ünvanları". https://azertag.az. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
  2. "Qarabağ xanlığına mənsub olan görkəmli şəxsiyyətlərin məqbərələri". vetensesi.qmkdk.gov.az. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
  3. "Tarixi vəhşilik bax, budur, düşmənçilik bax, budur!". musavat.com. 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
  4. "Şuşa qalasında qəbirüstü abidələr". anl.az. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2022.
  5. "Etiqrafik abidələr". www.azerbaijan-news.az. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2022.

Xarici keçidlər

redaktə
  NODES