Monika Belluççi
Monika Anna Mariya Belluççi (it. Monica Anna Maria Bellucci; 30 sentyabr 1964[1][2][…], Çitta-di-Kastello[d], Umbriya, İtaliya[1]) — italyan aktrisa və model. "Dolce & Gabbana" və "Christian Dior" moda evlərində model kimi karyerasına başlamış, İtaliya, ABŞ və Fransa istehsalı olan filmlərdə əsas rollarda çəkilmişdir.
Monika Belluççi | |
---|---|
it. Monica Bellucci | |
Doğum adı | Monica Anna Maria Bellucci |
Doğum tarixi | 30 sentyabr 1964[1][2][…] (60 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşaqları |
|
Partnyorları |
|
Fəaliyyəti | kino aktrisası, model[d], səsləndirmə aktrisası[d], aktrisa, fotomodel[d] |
Fəaliyyət illəri | 1977-ci ildən |
Təhsili |
|
Boyu | 173 sm |
Çəkisi | 64 kq |
Mükafatları | |
IMDb | ID0000899 |
Vikianbarda əlaqəli mediafayllar |
Beluççi Frensis Ford Koppolanın qorxu romantika filmi "Brem Stokerin Drakulası"nda (1992) Drakulanın gəlini və İtaliya istehsalı romantik dram filmi "Malena"da (2000) Malena Skordi rolunu canlandırmışdır. O, həmçinin Qaspar Noenin art-haus qorxu filmi "Dönməzlik" (2002) filmində rol alıb və Mel Gibsonun İncil motivləri əsasında çəkdiyi "İsanın ehtirasları" (2004) dram filmində Mariya Maqdalena obrazını canlandırıb.
Beluççi 2003-cü il istehsalı "Matris: Yenidən yükləmə" və "Matris: İnqilab" elmi fantastika filmlərində Persefona rolunda çəkilmişdir. 2015-ci ildə Ceyms Bond filmi "Agent 007: Spektr"da o ən yaxşı "Bond qızı" oldu.[5]
Həyatı
redaktəBeluççi 30 sentyabr 1964-cü ildə Umbriya regionunun Çitta-di-Kastello şəhərində Brunella Briqanti və Pasqual Beluççinin tək övladı olaraq dünyaya gəlmişdir.[6][7][8][9]
Karyerası
redaktəModel
redaktəMonika Beluççi 13 yaşında yerli həvəskar fotoqrafa pozalar verərək modellik etməyə başlamışdır.[10] Beluççi 1988-ci ildə Peruci Universitetinin hüquq fakültəsini tərk etdi[11] və Avropanın moda mərkəzlərindən biri olan Milana köçərək burada modelik agentliyi Piero Piazzi-nin vasitəçiliyi ilə Elite Model Management ilə müqavilə imzaladı.[12] Monika 1989-cu ilə qədər Paris və Atlantik okeanın o tayında "Nyu-Yorkda model" kimi tanınırdı. O, həmçinin "Dolce & Gabanna" və fransız jurnalı "Elle"nin model çəkilişlərində iştirak etdi. Beluççi həmin il aktrisalıq dərsləri alaraq aktrisalığa keçid etdi. 2001-ci ilin fevral ayında Beluççi "Esquire" jurnalının "Desire"-da nəşr olunan məqaləsinin üz qabığında yer almışdı.
Monika 2003-cü ildə "Maxim" jurnalında yer aldı.[13] "Men's Health" jurnalının "Tarixin ən cazibədar 100 qadını" siyahısında 21-ci sırada yer aldı.[14] "AskMen" jurnalı isə onu 2002-ci ildə "ən arzu olunan qadın" adlandırdı.[15] İki milli qəzetə görə o, italyanların "seks simvol"u hesab olunur.[16][17]
Beluççi 2004-cü ildə qızı Devaya hamilə olarkən heteroseksual cütlüklərə məhsuldarlıq müalicəsinin təmin edilməsini məhdudlaşdıran və subay qadınları və ya homoseksual cütlükləri istisna edən, surroqat analığı və insandan istifadə edərək araşdırmaları məhdudlaşdıran İtaliya qanununa etiraz olaraq italyan "Vanity Fair" jurnalı üçün çılpaq pozalar verdi.[18] O, jurnalın 2010-cu il aprel buraxılışı üçün hamilə və yarıçılpaq pozalar verib.[19] 2006–2010-cu illərdə Beluççi bir sıra "Dior" məhsulunun siması olub.[20]
2012-ci ildə "Dolce & Gabanna"nın yeni siması oldu.[21] Beluççi Milanda D'management Group və həmçinin Londonda Storm Management ilə müqavilə imzalamışdır.[22] O həm də "GQ Italia" jurnalı üçün də poza vermişdir.[23] Beluççi "Dolce & Gabanna" üçün 2019-cu ilin yazında Milan Dəb Həftəsində iştirak edib.[24]
Aktrisa
redaktəBeluççinin film karyerası 1990-cı illərin əvvlində başlayıb. Belə ki, "Lotereya" (1992) və "Brem Stokerin Drakulası" (1992) filmlərində kiçik rollar oynamışdır. O, 1996-cı ildə "Mənzil" filmində canlandırdığı Liza roluna görə ən yaxşı ikini plan aktrisası olaraq "Sezar mükafatı"na namizəd göstərildi və aktrisa kimi mövqeyini möhkəmləndirdi.[25] Monika "Malena" (2000), "Qurd qardaşlığı" (2001) və "Dönməzlik" (2002) filmləri ilə tanınaraq dünya üzrə məşhurlaşmışdır.
Beluççi həmçinin Avropa və Hollivud filmləri — "Günəşin göz yaşları" (2003), "Matris: Yenidən yükləmə" (2003), "İsanın ehtirasları" (2004), "Qrimm qardaşları" (2005), "İkinci külək" (2007), "Vur onları" (2007), "Geriyə baxma" (2007) və "Sehrbazın şagirdi" (2010) filmlərində rol almışdır.[26][27]
Monika 2007-ci ildə buraxılması planlaşdırılan "Sonya" filmində Sonya Qandi obrazını canlandıracaqdı, amma filmin hazırlanması baş tutmadı.[28] Beluççi "Onları vur" (2007) filminin fransız və italyan versiyaları üçün öz səsini dublyaj etmişdir.[29] O, "Prince of Persia: Warrior Within" videooyununda Kaillina personajını, "Robotlar" cizgi filminin fransız veriyasında isə Keppini səsləndirmişdir.
50 yaşında "Agent 007: Spektr" (2015) filmində Lusia Skarra rolunu oynayaraq ən yaşlı "Bond qızı" olmuşdur. Üç il sonra isə Avstraliya filmi "Nektrotronik" filmində görünmüşdür.[30][31]
2021-ci ildə bədii innovasiyaya görə 39-cu Torino Film Festivalında "Stella Della Mole mükafatı"na layiq görüldü.[32]
Şəxsi həyatı
redaktəBeluççi 1990-cı ildə italyan fotoqraf Klaudi Karlos Basso ilə evləndi, 18 aydan sonra isə cütlük ayrıldı.[33]
O, fransız aktyor Vensen Kassel ilə 1996-cı il istehsalı "Mənzil" filminin çəkilişlərində tanış oldu.[34] Onlar 1999-cu ildə evləndilər[34] və Deva (2004) və Leoni (2010) adlı iki qızları var.[35][36] Cütlük 26 avqust 2013-cü ildə münasibətlərinin olmadıqlarını elan etdilər[34] və sonra ayrıldılar.[37]
"İsanın ehtirasları" filmindən bəhs edən "Böyük sual" sənədli filmində Beluççi demişdir: "Bütün dinlərə hörmət və marağım olsa da, mən aqnostikəm. İnandığım bir şey varsa, bu sirli enerjidir. Hansı ki, dalğalar zamanı okeanları dolduran, təbitə və varlığı birləşdirən."[38][39]
2009-cu ildə Beluççi 1977-ci ildə cinsi zorakılıq ittihamları ilə əlaqədar Sürix Film Festivalına gedərkən saxlanılan rejissor Roman Polanskini dəstəkləmək üçün petisiya imzaladı.[40][41]
Beluççi italyan, fransız və ingilis dillərində axıcı danışa bilir.[42][43]
Filmoqrafiya
redaktəFilm
redaktəİl | Azərbaycan dilində adı | Orijinal adı | Rol |
---|---|---|---|
1991 | La Riffa | Franzeska | |
1992 | Bram Stoker's Dracula | Drakulanın gəlinlərindən biri | |
Ostinato Destino | Marina/Ancela | ||
1994 | Briganti – Amore e libertà | Kostanza | |
I mitici – Colpo gobbo a Milano | Debora | ||
1995 | Palla di neve | Melina | |
Il cielo è sempre più blu | |||
Bible: Joseph | Faraonun həyat yoldaşı | ||
1996 | L'Appartement | Liza | |
Sorellina e il principe del sogno | Şahzadə | ||
1997 | Stressati | ||
Dobermann | qaraçı Nat | ||
Mauvais genre | Kamilla | ||
Come mi vuoi | Nellina | ||
1998 | Le Plaisir | qız | |
Compromise | Moniqu | ||
Kaputt Mundi | Qulia Govannini | ||
A los que aman | Valeria | ||
1999 | Comme un poisson hors de l'eau | Mayrtill | |
Méditerranées | Marqarita | ||
2000 | Under Suspicion | Çantal Horst | |
Franck Spadone | Lora | ||
Malèna | Malena Skordi | ||
2001 | Le pacte des loups | Silviya | |
2002 | Astérix & Obélix: Mission Cléopâtre | Kleopatra | |
Irréversible | Aleks | ||
2003 | Remember Me, My Love | Alessia | |
Tears of the Sun | Dr. Lena Fiora Kendrik | ||
The Matrix Reloaded | Persefon | ||
The Matrix Revolutions | Persefon | ||
2004 | The Passion of the Christ | Mariya Maqdalena | |
Secret Agents | Barbara/Liza | ||
She Hate Me | Simona Bonazera | ||
2005 | The Brothers Grimm | Güzgü kraliçası | |
How Much Do You Love Me? | Daniela | ||
2006 | Sheitan | gözəl vampir | |
2006 | Napoleon and Me | Baronessa Emilia Speziali | |
The Stone Council | Lora Siprin | ||
2007 | Heartango | Linafferrabil | |
Manual of Love 2 | Lusia | ||
Shoot 'Em Up | Donna Quintano | ||
Le deuxième souffle | Manoka | ||
2008 | Sanguepazzo | Luiza Ferida | |
L'uomo che ama | Alba | ||
2009 | Ne te retourne pas | Cenna | |
The Private Lives of Pippa Lee | Gigi Li | ||
Baarìa – La porta del vento | Kərpickəsənin sevgilisi | ||
Omaggio a Roma | Toska | ||
2010 | The Whistleblower | Lora Levian | |
The Sorcerer's Apprentice | Veronika Qorloizen | ||
Rose, c'est Paris | Qala ruhu | ||
2011 | Manuale d'amore 3 | Viola | |
Un été brûlant | Angela | ||
2012 | Rhino Season | Mina | |
2013 | Des gens qui s'embrassent | Giovanna | |
2014 | The Wonders | Milli Katena | |
Na Quebrada | Paola | ||
2015 | Ville-Marie | Sofia | |
Spectre | Lusia Skarra | ||
2016 | On the Milky Road | Nevesta | |
2018 | Nekrotronic | Finneqan | |
2019 | The Best Years of a Life | Elena | |
Spider in the Web | Angela | ||
2020 | The Man Who Sold His Skin | Soraya Valdi | |
2021 | Fantasies (Les Fantasmes)[44] | Sabrina | |
La Befana vien di notte II — Le origini | Dolores | ||
2022 | Memory | Davana Salman | |
TBA | The Passion of the Christ: Resurrection | Mariya Maqdalena | |
Radical Eye: The Life and Times of Tina Modotti | Tina Modotti |
Televiziya
redaktəİl | Azərbaycan dilində adı | Orijinal adı | Role | Qeyd |
---|---|---|---|---|
1990 | Vita coi figli | Elda | Telefilm | |
2016 | Mozart in the Jungle | Alessandra | Qonaq rol; 5 epizod | |
2017 | Twin Peaks: The Return | Özü | Epizod: "14-cü hissə" | |
2018 | Call My Agent! | Özü | 2 epizod |
Videooyun
redaktəYear | Title | Voice role |
---|---|---|
2003 | Enter the Matrix | Persefon |
2004 | Prince of Persia: Warrior Within | Kailina |
2005 | The Matrix Online | Persefon |
Səsləndirmə
redaktəİl | Azərbaycan dilində adı | Orijinal adı | Role | Notes |
---|---|---|---|---|
2003 | Sinbad: Legend of the Seven Seas | Marina | fransız | |
2005 | Robots | Kappi | fransız |
Mükafatlar və namizədliklər
redaktəİl | Mükafat | Category | İş | Nəticə |
---|---|---|---|---|
1997 | Sezar mükafatı | Ən prespektivli aktrisa | L'Appartement | Namizəd |
2001 | European Film Awards | Audience Award for Best Actress | Malèna | Namizəd |
2003 | Saturn Award | Best Supporting Actress | Le pacte des loups | Namizəd |
Italian National Syndicate of Film Journalists | Silver Ribbon for Best Supporting Actress | Ricordati di me | Qazandı | |
Cinescape Genre Face of the Future Award | Best Female | The Matrix Reloadedvə The Matrix Revolutions | Namizəd | |
David di Donatello Awards | Best Supporting Actress | Ricordati di me | Namizəd | |
Teen Choice Awards | Choice Movie Female Breakout Star | The Matrix Reloadedvə Tears of the Sun | Namizəd | |
2004 | MTV Movie Awards | Best Kiss | The Matrix Reloaded(Kianu Rivz ilə) | Namizəd |
2005 | Globo d'oro | European Golden Globe | Qazandı | |
Italian National Syndicate of Film Journalists | Silver Ribbon for Best Supporting Actress | The Passion of the Christ | Namizəd | |
2007 | Italian National Syndicate of Film Journalists | N | Namizəd | |
2017 | Italian National Syndicate of Film Journalists | European Nastro D'Argento | On the Milky Road | Qazandı |
San Sebastian Film Festival | Honorary Donostia Award | Qazandı | ||
2020 | Magritte Award | Honorary Magritte Award | Qazandı | |
2021 | David di Donatello Awards | David Speciale | Qazandı | |
Torino Film Festival | Stella Della Mole Award for Artistic Innovation | Fəaliyyətindəki nailliyətləri | Fəxri[45] |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 NNDB (ing.). 2002.
- ↑ 1 2 Monica Bellucci // filmportal.de. 2005.
- ↑ 1 2 http://www.lefigaro.fr/flash-actu/2013/08/26/97001-20130826FILWWW00340-monica-bellucci-et-vincent-cassel-annoncent-leur-separation.php.
- ↑ 1 2 https://www.ara.cat/gent/famosos/monica-bellucci-tim-burton-parella-sorpresa-mon-cinema-vacances-madrid_1_4633578.html.
- ↑ Retter, Emily. "Oldest ever Bond girl Monica Bellucci reveals how a woman of 51 can have killer sex appeal". Daily Mirror. 20 oktyabr 2015. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2020.
- ↑ "Monica Bellucci in vacanza a casa dei genitori". corrieredellumbria.corr.it. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ Rogers, Chris (4 dekabr 2016). "Monica Bellucci: 5 Things To Know About The New 'Bond' Girl" Arxivləşdirilib 2018-08-13 at the Wayback Machine. Hollywood Life.
- ↑ "42 facts about model and actress Monica Bellucci" Arxivləşdirilib 2022-09-09 at the Wayback Machine. BoomsBeat. 14 mart 2016. İstifadə tarixi: 27 yanvar 2017.
- ↑ Martínez, Claudio. "Persephone". El Diario de Hoy (ispan). 30 oktyabr 2003. 11 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2009.
- ↑ Yucel, Author. ""Monica Bellucci" by Monica Bellucci with Introduction by Giuseppe Tornatore – Book Review". 4 August 2011. 14 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2022.
- ↑ "Style & Substance: Monica Bellucci". New York Post. 24 dekabr 2000. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ Pollo, Paola. "L'uomo che inventa le top: "Oggi vogliono solo modelle usa e getta"". Corriere della Serra (italyan). 21 avqust 2015. İstifadə tarixi: 3 iyul 2021.
- ↑ "Monica Bellucci Photos". Maxim. 15 yanvar 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2007.
- ↑ "The 100 Hottest Women of All-Time". Men's Health. 2011. 2012-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 yanvar 2012.
- ↑ "Monica Bellucci". AskMen.com. 2 dekabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2012.
- ↑ Salisbury, Mark. "Danger woman". The Observer. UK. 23 oktyabr 2005. 23 June 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2007.
- ↑ Morgoglione, Claudia. "Monica baronessa divertente per Virzì "Bello quel ruolo un po' da mignotta"". La Repubblica (italyan). Italy. 14 oktyabr 2006. 22 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2007.
- ↑ Owen, Richard. "Actresses fight Pope over fertility". The Times. UK. 4 iyun 2005. 10 oktyabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2007.
- ↑ Rein-Olowokere, Shanelle. "Moms-to-Be Who've Dared to Bare!". People. 11 may 2010. 23 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2010.
- ↑ "Monica Bellucci – Actor Profile – Photos & latest news". Models.com. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2012.
- ↑ Lawrenson, Amy. "Monica Bellucci Dolce & Gabbana's new face". Elle. 17 February 2012. 22 January 2013 tarixində arxivləşdirilib.
- ↑ "Monica Bellucci". Storm Model Management. 16 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 August 2010.
- ↑ "5 cose che ancora non sapete di Monica Bellucci". GQ Italia. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "Milan Fashion Week: Dolce & Gabbana's DNA Is in the Beauty of All Women". The Hollywood Reporter. 28 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2018.
- ↑ Campion, Chris. "Fantasy made flesh". The Daily Telegraph. 5 oktyabr 2006. 11 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2009.
- ↑ Peter Sciretta. "First Look: Monica Bellucci in The Sorcerer's Apprentice". slashfilm.com. 19 iyun 2009. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2015.
- ↑ "Bellucci, Monica". About.com. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2015.
- ↑ "Monica Bellucci – Indian Government Demands Halt To Gandhi Biopic". 20 iyul 2006. 2011-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2010.
- ↑ "Monica Bellucci's balancing act". CraveOnline. 5 sentyabr 2007. 31 mart 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2007.
- ↑ Grobar, Matt. "'Nekrotronic's Monica Bellucci On Playing Soul-Sucking Queen Of The Internet-Age Underworld – Toronto Studio". 7 sentyabr 2018. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ "What's Up Down Under? Bellucci Fronts NEKROTRONIC at TIFF — Alexandra Heller-Nicholas – ALLIANCE OF WOMEN FILM JOURNALISTS". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-21.
- ↑ Marta Balaga. "'I Love Men But I Am Inspired by Women,' Monica Bellucci Says at Torino Film Festival". "Variety". 4 dekabr 2021. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2021.
- ↑ Williams, Sally. "Monica Bellucci on life after divorce and finding herself in her 50s". The Telegraph. 15 iyul 2017. 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2021.
- ↑ 1 2 3 "Monica Bellucci, Vincent Cassel To Divorce After 14 Years". HuffPost. 26 avqust 2013. 2017-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2013.
- ↑ Silverman, Stephen M. ""Passion" actress bellucci has baby girl". People. 14 sentyabr 2004. 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2010.
- ↑ "Actress Monica Bellucci has baby girl". Agence France-Presse. 25 may 2010. 14 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2010.
- ↑ Robey, Tim. "Vincent Cassel: 'Women like security. Men prefer adventure'". The Telegraph. 28 may 2016. 11 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2021.
- ↑ "Monica Bellucci Quotes". BrainyQuote. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2018.
- ↑ "Monica Bellucci Quotes". MotivationQuotes. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2020.
- ↑ "Le cinéma soutient Roman Polanski / Petition for Roman Polanski - SACD". 4 iyun 2012. Archived from the original on 2012-06-04. İstifadə tarixi: 20 aprel 2022.
- ↑ Shoard, Catherine; Agencies. "Release Polanski, demands petition by film industry luminaries". The Guardian. 29 sentyabr 2009. 28 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2019.
- ↑ Alexander, Ella. "Monica Bellucci: Inside the world of the new Bond woman, not the new Bond girl". The Independent. 5 dekabr 2014. 2017-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
- ↑ Sajip, Arjun. "Monica Bellucci tells Glass how she leads her life through her work". Glass magazine. 22 iyun 2018. 2021-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2020.
- ↑ "Fantasies (2021)". imdb.com. 29 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2021.
- ↑ Marta Balaga. "'I Love Men But I Am Inspired by Women,' Monica Bellucci Says at Torino Film Festival". Variety (ingilis). 4 December 2021. 14 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2021.
Xarici keçidlər
redaktə- Monika Belluççi — IMDb səhifəsi
- Monika Belluççi — Instagram səhifəsi
- Monika Belluççi — Facebook səhifəsi
- Monika Belluççi TCM Movie Database-də
- Monika Belluççi AllMovie-də
- Monika Belluççi Rotten Tomatoes saytında (ing.)