Monqol dilləri
Monqol dilləri - Altay dil qrupunun qolu olub 12 dili əhatə edir. Bu dillərdə Mərkəzi Asiyada 6,5 milyon adam danışır.
Monqol dilləri | |
---|---|
Takson | qrup |
Vətəni | Mərkəzi-Şərqi Asiya |
Areal | Monqolustan, Şimali Çin, Rusiya (Buryatiya, Kalmıkiya, Zabaykal diyarı, İrkutsk vilayəti), Əfqanıstan (Herat vilayəti) |
Təsnifat | |
Kateqoriya | Avrasiya dilləri |
Nostratik makroailə (hipoteza)
|
|
Tərkib | |
kidan dili, monqol dili, monqor dili, kalmık dili, oyrat dili, buryat dili və s. | |
Parçalanma tarixi | XIII əsr |
Dil qrupunun kodları | |
ISO 639-2 | — |
ISO 639-5 | xgn |
XIV-XVI əsrlərdə (Çingiz xan imperiyası dağıldıqdan sonra) qədim monqol tayfalarının hamısı üçün vahid sayılan erkən monqol dili dialektləri əsasında yaranmışdır. Monqol dillərində şimali (monqol dili, buryat dili, kalmık dili, oyrat dili); cənub-şərqi (daqur (Şimal-şərqi Çində), dunsyan, monqor, bason (Tsinxay və Qansu əyalətlərində; hamısı yazısızdır)) və aralıq dilləri (qədim monqol yazı dili, moğol dili (Əfqanıstanda)) daxildir. Monqol, buryat və kalmık dilləri daha çox öyrənilmişdir. Leksikasında türk dillər ilə müştərək cəhətlər var.[1]
İstinadlar
redaktə- ↑ Монгол дилләри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 43.
Ədəbiyyat
redaktə- Санжеев Г.Д. Сравнительная грамматика монгольских языков, т. 1-2, М.: 1953-64.
- Бертагаев Т.А. Лексика современных монгольских литературных языков. М.: 1974.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |