Muthuvel Karunanidhi Stalin

Muthuvel Karunanidhi Stalin (1 mart 1953[1][2], Çennai) — Hindistan siyasətçisi, 2021-ci ildən Tamilnadın 8-ci və hazırkı Baş naziri. O, keçmiş baş nazir Muthuvel Karunanidhinin oğludur. Stalin 28 avqust 2018-ci ildən Dravid Proqressiv Federasiyası (DPF) partiyasının prezidentidir. O, 1996–2002-ci illərdə Çennai ştatının 45-ci meri və 2009–2011-ci illərdə Tamilnad ştatının baş nazirinin 1-ci müavini vəzifələrində çalışmışdır. Stalin "The Indian Express" tərəfindən 2022-ci ildə Hindistanın ən güclü şəxsiyyətlərinin siyahısında 24-cü yerdə qərarlaşdırılmışdır.[3]

Muthuvel Karunanidhi Stalin
tam. மு.க. ஸ்டாலின்
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1953(1953-03-01)[1][2] (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, aktyor, film prodüseri
Dini ateizm

İmzanın şəkli
mkstalin.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

redaktə

Muthuvel Karunanidhi Stalin 1 mart 1953-cü ildə Çennaida anadan olmuşdur. O, Tamilnadın 2-ci Baş naziri və Dravid Proqressiv Federasiyası (DPF) partiyasının rəhbəri Muthuvel Karunanidhinin üçüncü oğludur. Anası Dayalu Ammaldır. Karunanidhi övladının doğulmasından cəmi dörd gün sonra vəfat edən sovet lideri İosif Stalinə başsağlığı yığıncağında çıxış etmişdir və buna görə də oğluna Stalinin adının verilməsinə qərar vermişdir.[4][5]

İstinadlar

redaktə
  1. 1 2 http://www.in.com/m-k-stalin/biography-179911.html.
  2. 1 2 http://www.in.com/m-k-stalin/profile-179911.html.
  3. "IE100: The list of most powerful Indians in 2019". The Indian Express (ingilis). 2019-09-30. 28 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14.
  4. Thangavelu, Dharani. "Will DMK's Stalin gain from the political feud in Tamil Nadu?". Mint. 1 March 2017. 20 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2018.
  5. "M.K. Stalin timeline: Slow, steady rise of DMK's new president". The Week (ingilis). 26 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-11.

Xarici keçidlər

redaktə
  NODES
Done 1