Nəfisə Mələk Sultan (1363, Bursa1400, Konya) — 3-cü Osmanlı sultanı Murad Hüdavəndigarın qızı.[1][2]

Nəfisə Mələk Sultan
türk. Nefise Melek Hatun
Şəxsi məlumatlar
Doğum tarixi 1363
Doğum yeri
Vəfat tarixi 1400
Vəfat yeri Konya, Qaramanoğulları bəyliyi
Dəfn yeri Hatuniyə mədrəsəsi, Karaman
Atası I Murad
Həyat yoldaşı Qaramanoğlu Ələddin Əli bəy
Uşaqları Qaramanoğlu Mehmed bəy
Qaramanoğlu Bəngi Əli bəy
Qaramanoğlu Oğuz bəy
Ailəsi Osmanlı xanədanı

Həyatı

redaktə

Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəldi. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən Nəfisə Sultan 1378-ci ilin baharında Qaramanoğlu Ələddin Əli bəylə evləndirildi. Eyni mərasimlə qardaşı Şahzadə BəyazidGərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatunla nigahlandı.

Siyasi məqsədlərlə baş tutan bu nigahdan 3 oğlu dünyaya gələn Nəfisə Sultan evliliyi boyunca əriylə atası Murad Hüdavəndigar və qardaşı İldırım Bəyazid arasında vasitəçi rolunu oynadı. Əri Ələddin Əli bəyin Osmanlılara qarşı Anadolu bəyliklərini ayaqlandırması nəticəsində Osmanlı ordusu dəfələrlə Konyanı mühasirəyə almış, ancaq hər dəfə Nəfisə Sultan araya girərək tərəflər arasında sülhü təmin etmişdir. Bu səfərlərdən ən önəmlisi isə 1385 tarixli Qaraman səfəridir. Nəfisə Sultanın xahişiylə Konya qalası mühasirədən azad edilmiş, Ələddin Əli bəy Murad Hüdavəndigarın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul etmişdir.

Ancaq Murad Hüdavəndigarın vəfatından sonra Ələddin Əli bəy yenidən Osmanlı hakimiyyətinə qarşı ayaqlandı. Yeni sultan İldırım Bəyazid isə atasından fərqli olaraq, bacısı Nəfisə Sultanın xahişlərinə məhəl qoymadı və 1397 tarixli Qaraman səfərinin sonunda Ələddin Əli bəyi ələ keçirərək edam etdirdi (1397-ci ilin payızı). Beləliklə, Konya başda olmaqla, digər bütün Qaramanlı mülkləri Osmanlıların əlinə keçdi və Nəfisə Sultan övladlarıyla birlikdə Bursaya göndərildi.

Övladlarıyla birlikdə Bursada yarı-qapalı həbs tutulan Nəfisə Sultan çox keçmədən bəyliyin başına gətirilən böyük oğlu Nəsrəddin Mehmed bəylə birlikdə Konyaya geri döndü. Ancaq burada 1400-cü ildə vəfat etdi. Cənazəsi 1381-ci ildə Karamanda inşa etdirdiyi Hatuniyə mədrəsəsinin həyətindəki türbəyə dəfn edildi.

Övladları

redaktə

Mənbə

redaktə
  • Türe, Fatma; Keşoğlu, Birsen Talay (July 12, 2011). Women's Memory: The Problem of Sources. Cambridge Scholars Publishing. p. 63. ISBN 978-1-443-83265-6
  • Majer, Hans Georg (2002). Frauen, Bilder und Gelehrte: Studien zu Gesellschaft und Künsten im Osmanischen Reich, Volume 1. Simurg. p. 105. ISBN 978-9-757-17263-5

İstinadlar

redaktə
  1. Uluçay 2011, p. 50
  2. Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  NODES