OrleanFransada şəhər, Luar departamentinin inzibati mərkəzi. Əhalisi (1999): 113,126. Mühüm nəqliyyat qovşağı, iri sənaye mərkəzidir.

Orlean
Orléans
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
47°54′08″ şm. e. 1°54′15″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 118 m[3], 90 m[4], 124 m[4]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 116.617 nəf. (1 yanvar 2021)[5]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 45000[6], 45100[6]
Digər
orleans-metropole.fr
Xəritəni göstər/gizlə
Orlean xəritədə
Orlean
Orlean
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orlean qədimdə Senabum adlanmışdır. E.ə. I əsrdə Yuli Sezar dağıtdırmışdı. III əsrdə Roma imperatoru Avrelianın hakimiyyəti dövründə bərpa edilmiş və V əsrdən onun şərəfinə Avrelianum adlanmağa başlamışdır. 6 əsr-7 əsrin əvvəlində Orlean krallığının mərkəzi olmuş, X əsrdən mühüm qalaya çevrilmiş, XII əsrdə iri ticarət mərkəzi kimi formalaşmışdı. 1309-cu ildə universitetin əsası qoyuldu. Yüzillik müharibə dövründə 7 ay ingilislər tərəfindən mühasirədə olmuş, 1429-cu ilin mayında Janna d'Arkın başçılığı ilə fransız qoşunları azad etmişdi. Fransada dini müharibələr dövründə (XVI əsr) Orlean hugenotların istinadgahlarından biri idi. 1940-cı ilin iyununda alman qoşunları tutmuş, 1944-cü ilin avqustunda müttəfiqlərin birgə silahlı qüvvələri tərəfindən azad edilmişdir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES