Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur.[1]

Məzmun

redaktə

Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.[2]

Bədii ədəbiyyatda

redaktə
  • Yağış suyu bu ovdana axırdı. Cəfər Cabbarlı.
  • Güdə Qala deyilən yüksəklik üzərindəki ovdanların yanında idik. S.Hüseyn

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. "OVDAN — obastan.com saytı". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
  2. "Ovdan — gomap.az saytı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
  NODES