OymyakonRusiyanın Yakutsk bölgəsində kənd. Dünyanın, həyatın davam etdiyi ən soyuq məskunlaşma yeri olaraq bilinir. Burada hava istiliyinin tam-71.2 olaraq ölçüldüyü görülmüş. Əhalisi 500 nəfərə yaxındır. dəniz səviyyəsindən 750 metr yüksəkdə yerləşir.[2]

Oymyakon
Өймөкөөн
63°27′46″ şm. e. 142°47′13″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 745 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 560 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 41154
Poçt indeksi 678752
Xəritəni göstər/gizlə
Oymyakon xəritədə
Oymyakon
Oymyakon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oymyakon kəndi Sovet dövründə, 1920-ci ildə salınmışdır.

İqtisadiyyat

redaktə

Kənddə isinmək üçün yalnız odun və kömürdən istifadə edilir. 2 aylıq yaz fəslində havanın temperaturunun 30°C çatdığı bildirilir. Qışda heç bir şeyin yetişmədiyi bu kənddə yaşayanlar, ancaq şimal maralı və at əti ilə qidalanır. Kənd sakinləri maşınlarını günün 24 saatı işlək vəziyyətdə saxlayırlar. Mühərriki söndürdükləri təqdirdə yenidən işləməyəcəyini bilən kənd sakinləri maşınlarını gecə belə işlək vəziyyətdə saxlayırlar. Ərazidə ən aşağı temperatur rus geoloq Sergey Obruçev tərəfindən 1924-ci ildə -71.2°C olaraq ölçülmüşdür.

Təhsil

redaktə

Kəndin tək məktəbi isə təhsilə ancaq hava istiliyi-52 dərəcənin altına endiyində ara verir.

Maraqlı məlumatlar

redaktə

Oymyakon'da ən çətin işlərdən biri ölüləri basdırmaqdır. Əvvəl donmuş səth isti kömürlə yumşaldılır, sonra iş maşınlarıyla qazılır. İstiləşmənin yalnız odun və kömürlə edildiyi kənddə qış mövsümündə tikinti etmək az qala qeyri-mümkündür. İş maşınları ancaq isti kömürlə isidilərək qazıntı üçün uyğun hala gətirilir.

İstinadlar

redaktə
  1. Численность населения по данным переписи на 1 октября 2021 г..
  2. "Dünyanın ən soyuq yeri Oymyakon kəndi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-07.
  NODES