Paris konqresi

beynəlxalq konfrans

Paris konqresiParis müqaviləsinin imzalanması ilə nəticələnən, Krım müharibəsini bitirmək məqsədi ilə çoxtərəfli beynəlxalq danışıqların aparıldığı konqres. 13 fevral (25) 1856-cı ildə Fransanın paytaxtında çağırılmışdır.[1] Konqresin işində Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyasıPrussiyanın diplomatik nümayəndələri iştirak etmişdilər.[1][2]

Paris konqresi
ing. Congress of Paris
Keçirilmə tarixi 13 (25) fevral 1856 — 16 (28) aprel 1856
Keçirildiyi yer Şablon:Flaqifikasiya/Paris, İkinci imperiya *, Paris, İkinci imperiya
İştirakçılar  Fransa İkinci imperiya
Britaniya imperiyası
Rusiya imperiyası
Avstriya imperiyası
Osmanlı imperiyası
Müzakirə edilən məsələlər Krım müharibəsinə son qoyan sülh müqaviləsinin hazırlanması
Dunay knyazlıqlarının taleyi
Qara dənizin statusu
Dunay çayında ticarətinin taleyi
Rusiya imperiyası ilə Osmanlı imperiyası arasındakı sərhədlərin yenidən nəzərdən keçirilməsi
Nəticələr Paris sülh müqaviləsi 18 (30) mart 1856
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Konqres zamanı müzakirə edilən ərazinin xəritəsi. Açıq yaşıl rəngdə, solda, Dunay knyazlıqları ərazisi (Valaxiya və Moldaviya). Rusiyadan Dunay çayı ilə Moldaviya arasında Cənubi Bessarabiyanın sərhədi açıq yaşıl rəngdə göstərilmişdir.

Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu. Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi.

Rusiya "Şərq məsələsi" çərçivəsində Osmanlı imperiyasına son vermək və türkləri Avropadan, həmçinin İstanbul boğazlarından qovmaq istəyirdi. II Yekaterinanın "Yunan lahiyəsi" də "Şərq məsələsi"nə daxil idi. I Aleksandr da Balkan federasiyasını qurmağı arzulayırdı. 1768-1774-cü illərdəki müharibə Rusiyanın Qara dənizdə Osmanlı dövlətinin şəriksiz ağalığına son qoyması və Polşanın birinci bölüşdürülməsi ilə başa çatdı. 1787-1791-ci illər türk-rus müharibəsi Fransa inqilabı ilə dayandırıldı. Bu müharibə də Rusiyanın qalibiyyəti ilə başa çatdı. 1806-1812-ci illər müharibəsində ruslar BessarabiyanıQafqazın bir hissəsini ələ keçirdi və Napoleonun Rusiyaya müdaxiləsi ilə müharibə dayandırıldı. 1829-1829-cu illər müharibəsində çar I Nikolay Yunanıstanın yenicə qazandığı müstəqilliyini himayə edirdi. Həmçinin o, Dunay çayının mənsəbinin sol sahilini də isgal etdi.

1853-cü ildə I Nikolay yenidən Osmanlıya qarşı tələblər irəli sürməyə başladı. Rusiya çarı Dunay knyazlıqları - ValaxiyaMoldovanı hərbi güc tətbiq etməklə işğal etdi. I Nikolay danışıqlar zamanı Osmanlı imperiyasında yaşayan xristianların da himayə etməsi tələbini qoyurdu.[3] Onun himayə etmək istədikləri arasında Qüdsdəki, FələstindəkiAnadolunun şərqində yaşayan xristianlar da daxil idi. Bu xristianlar üzərində Fransa da həmçinin müəyyən himayə hüququna iddia edirdi.[3] XVI əsrdən başlayaraq, fransızlar Yaxın Şərqdə əsas qərb xalqı olmuşdu, onlar bir çox halda sultanı pulla və məsləhətçilərlə təmin etmişdilər, nəhəng miqyasda ticarət aparırdılar, onlar həm də xristian missionerlərini adamlarla və maliyyə cəhətdən təmin edirdilər. Onlar həmçinin uzun müddət idi ki, Süveyş kanalının tikintisi barədə Osmanlı sarayı ilə danışıqlar aparmışdılar. III Napoleon çar Nikolaya nifrət etməkdə xüsusi səbəbə malik idi, çünki çar onu macəraçı inqilabçı kimi qiymətləndirmişdi. III Napoleon böyük səylə türk hökumətini rusların Osmanlı daxilindəki xristianları himayə etmək iddiasına müqavimət göstərməyə həvəsləndirməyə çalışırdı.

Rusiya ilə osmanlılar arasında müharibə 1853-cü il oktyabrın 4 (16)-də başladı.[3] 1854-cü il martın 28-də Fransa Böyük Britaniyanın etdiyi kimi türklərin tərəfində müharibəyə qoşuldu. Britaniyalılar Rusiyanın bölgədə möhkəmlənməsini istəmirdilər. Onlar rusların Osmanlını məğlub edərək, Yaxın Şərqdə əsas gücə çevriləcəyindən ehtiyat etdiklərindən türkləri müdafiə etmək qərarına gəldilər. Beləliklə, iki qərb dövləti birlikdə Rusiyaya qarşı ittifaq yaratdılar. 1855-ci il yanvarın 26-da İtaliyanı birləşdirmək məsələsində dəstək almaq istəyən kiçik Sardiniya krallığı da 10 minlik qüvvə ilə müttəfiqlər tərəfində müharibəyə qoşuldu.[3]

Üç il davam edən müharibə Rusiyanın məğlubiyyəti ilə bitdi.[4] Avropa dövlətləri əsas məqsədlərinə Rusiyanı Avropa və Aralıq dənizindən kənarda saxlamaq istəyinə nail oldular.

Konqresin çağırılması və gedişi

redaktə
 
Konfrans iştirakçıları

Rus diplomatiyasının gərgin səyi nəticəsində Avstriyanın müharibənin nəticələri ilə bağlı Vyanada beynəlxalq konqresin keçirilməsi təşəbbüsü baş tutmadı. Konqresin 1856-cı il 25 fevralda Parisdə keçirilməsi qərara alındı.[1] Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu.[5] Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi.[6]

Britaniya və Avstriya Parisdə Rusiyaya münasibətdə ən sərt mövqeni nümayiş etdirirdilər. Onların sərt mövqeyi sonradan III Napoleonun təsiri altında bir qədər yumşaldı. Başlanğıcda ümumiyyətlə belə bir sürətli sülh istəməyən İngiltərə, indi açıq şəkildə Qara dəniz hövzəsində Rusiyanı zəiflətməyə, Qafqazdakı mövqelərinə xələl gətirməyə çalışır, Aland adalarının demilitarizasiyasında israr edirdi. Avstriyalıların dəstəyi ilə İngilislər hətta Qara dəniz sahillərindəki rus istehkamlarının tamamilə dağıdılmasını tələb etdilər, lakin III Napoleonun dəstəyi sayəsində Orlov bu məsələdə qalib gəldi. Avstriya bütün Bessarabiyanın Rusiyadan qoparılmasını və Dunay knyazlıqlarının öz mülklərinə qatılmasını istəyirdi. Ancaq keçmiş müttəfiqlər Dunay knyazlıqlarını heç bir şəkildə avstriyalılara vermək istəmirdilər. Buna görə avstriyalılar 2 dekabr 1855-ci il ultimatumlarına cavab almadıqda Konqresi tərk etdilər. Konqresdə Osmanlı müttəfiqlərin fikirləri açıq şəkildə türklərin maraqlarına zidd olduqda belə, onlarla razılaşmaq məcburiyyətində qaldı. Xüsusilə (lakin heç bir ciddi nəticəsi olmadan) konqresdə Dunay knyazlıqlarının gələcəkdə siyasi birləşməsinə ehtiyac məsələsi nəzərdən keçirildi.[2] Gərgin müzakirələrə baxmayaraq, Paris konqresi bir neçə sənədin imzalanması ilə başa çatdı.[6]

Nəticəsi

redaktə
 

Paris konqresinin sonunda 18 mart (30) 1856-cı ildə 1871-ci ilə qədər Avropadakı siyasi quruluşu təyin edən sülh müqaviləsi imzalandı. İmzalanan sənədlərin içərisində sülh müqaviləsinin mətni, Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında konvensiya əsas yer tuturdu.[2] Sülhün şərtlərinə görə, Qara dəniz neytrallaşdırılır, müharibə və sülh dövründə boğazlar ticarət və hərb gəmilərinin üzünə açıq elan olunur, Rusiyanın sahil istehkamları sökülürdü. Rusiya və Osmanlıya Qara dənizdə hərbi donanma saxlamaq qadağan edilirdi. Rusiya Qafqazda işğal etdiyi Osmanlı torpaqlarından geri çəkilmək öhdəliyi də götürürdü.

Xüsusi konvensiyaya görə, Rusiya və Osmanlıya qaçaq-malçılığa qarşı mübarizə məqsədilə 10 kiçik hərbi gəmidən ibarət hərbi dəniz qüvvəsi saxlamağa icazə verilirdi.

Əslində Paris konqresi İngiltərə və Avstriyanın nəzərdə tutduqlarının reallaşmasına imkan vermədi. Çünki nə Balkanlarda, nə də Osmanlının Avropa hissəsində ciddi ərazi dəyişiklikləri həyata keçirilmədi. Bununla belə, Rusiya imperiyası xarici işlər naziri A.Qorçakov Paris sülh müqaviləsini "Rusiyanın tarixində ən biabırçı ləkə" adlandırmışdı.

1856-cı il Paris sülh müqaviləsi, 1815-ci il Vyana müqavilələrinə əsaslanan Avropa sistemini[7] məhv edərək Avropadakı beynəlxalq vəziyyəti tamamilə dəyişdirdi.[8] Paris müqaviləsi 1870-1871-ci illər Fransa–Prussiya müharibəsinə qədər Avropa diplomatiyasının onurğa sütunu oldu.

Konqres 1856-cı il 16 (28) aprel tarixlərində bağlandı.

İstinadlar

redaktə
  1. 1 2 3 "Paris, Treaty of (1856)". The New Encyclopædia Britannica. Encyclopædia Britannica Inc. Volume 9. 15th ed. pp. 153-154. 2007.
  2. 1 2 3 "Congress of Paris". The Columbia Encyclopedia, Sixth Edition. http://www.encyclopedia.com/doc/1E1-Paris-Co.html Arxivləşdirilib 2009-03-11 at the Wayback Machine. 2008
  3. 1 2 3 4 The Crimean War 1853- 1856. http://www.onwar.com/aced/data/cite/crimean1853.htm Arxiv surəti 25 may 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 25 may 2011 at the Wayback Machine. 2008.
  4. "Крымская война: взгляд с той стороны". warspot.ru (rus). 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.
  5. "Парижский трактат". // Исторический факультет МГУ. 2015-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-18.
  6. 1 2 Barchard, David. SETTING THE WORLD TO RIGHTS. http://www.cornucopia.net/highlights35.html Arxivləşdirilib 2012-03-21 at the Wayback Machine. 2008
  7.   Phillips, Walter Alison. Congress // Kisholm, Hyu (redaktor). Britannika Ensiklopediyası. 6 (XI). Cambridge University Press. 1911. səh. 938.
  8. Candan Badem, The Ottoman Crimean War (1853-1856). Leiden-Boston.1970.p.403

Ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
  NODES