Pavsani (sərkərdə)
Spartalı Pavsani Kleombrot oğlu (yun. Παυσανίας; bilinmir, Sparta[1] – e.ə. 467, Sparta) – Yunan-İran müharibələri dövründə Sparta sərkərdəsi. Fermopil döyüşündə kral Leonidin ölümündən sonra oğlu Plistarxusun regenti olmuşdur. Onun başçılığı ilə yunanlar Plateya döyüşündə farsları darmadağın etmişdir. Həmin qələbə, alman tarixçisi Ernst Kurtiusun sözləri ilə desək, Elladanın qurtuluş günü idi.
Pavsani | |
---|---|
yun. Παυσανίας | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | Sparta |
Vəfat tarixi | E.ə. 467 |
Vəfat yeri | Sparta |
Dəfn yeri | |
Milliyyəti | spartalı |
Fəaliyyəti | sərkərdə |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #1027698212 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.