Pensilvaniya Universiteti

Pensilvaniya Universiteti (ing. University of Pennsylvania) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim universitetlərindən olmaqla ən aparıcı ali təhsil ocaqlarından biridir. Pensilvaniya Universiteti humanitar və texniki elmlər üzrə geniş spektrdə elmi-tədqiqat işləri aparır. Ali təhsil ocağı özəl universitet kimi fəaliyyət göstərir, lakin onu hərdən Steyt-Kollec şəhərində yerləşən Pensilvaniya Ştat UniversitetiFiladelfiya Universiteti ilə səhv salırlar.

Pensilvaniya Universiteti
University of Pennsylvania
Loqonun şəkli
Xəritə
39°57′14″ şm. e. 75°11′35″ q. u.HGYO
Əsası qoyulub 14 noyabr 1740
Tələbə sayı 26.552[1], 24.699[2]
Ölkə
Sayt upenn.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pensilvaniya Universiteti 1740-cı ildə alim, jurnalist, diplomat Bencamin Franklin tərəfindən yaradılmışdır.

İlk vaxtlar xeyriyyə məktəbi kimi fəaliyyət göstərən təhsil müəssisəsi 1755-ci ildə kollecə çevrilir və B.Franklin Pensilvaniya Kollecinin prezidenti olur. Franklin ictimai qulluq və ticarət üçün yararlı, klassikaya əsaslanan təhsil proqramını təbliğ edirdi. O zamankı siyasi xadimlərin çoxunun adı bu təhsil ocağı ilə bağlıdır: Kontinental konqresin 24 nümayəndəsi, "Müstəqillik haqqında Deklarasiya" mətninin altında imzası duran 9 tanınmış sima - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Frensis Hopkinson, Tomas Makkin, Robert Morris, Vilyam Paca, Corc Ross, Bencamin RaşCeyms Vilson; ABŞ Konstitusiyasının mətnini imzalayan 10 şəxs - Bencamin Franklin, Corc Klaymer Fitzsimons, Cared İngersoll, Rufus Kinq, Tomas Mifflin, Qouverner Morris, Robert Morris, Corc Vaşinqton, Hyu Vilyamson və Ceyms Vilson bu kollecin məzunları olublar.

1779-cu ildə kollecə universitet statusu verilib. Pensilvaniya Universiteti ABŞ-də ilk universitet statusu almış ali məktəbdir. 1765-ci ildə burada tibb məktəbi (Şimali Amerikada ilk tibb məktəbi), 1874-cü ildə universitetin ilk baza xəstəxanası, 1881-ci ildə ilk biznes məktəbi (dünyada məşhur və prestijli Uorton Biznes Məktəbi), 1896-cı ildə dünyada ilk psixoloji yardım klinikası, ilk Amerika tələbə təşkilatının binası Hyuston Holl, 1946-ci ildə ABŞ-də ikinci baytarlıq tibb məktəbi açılıb. 1946-cı ildə universitetdə bütöv bir elektron kompüter - ENİAK, kütləvi elektron hesablama maşınları istehsal edilib.

Müasir vəziyyəti

redaktə

Pensilvaniya Universitetinin kampusu Filadelfiyanın qərbində 269 akr (109 km²) ərazidə yerləşir. Kampusun planı "Koup and Stewardson" firması tərəfindən hazırlanıb. Firmanın memarları kampusun binalarını qotik üslubda inşa ediblər. Universitetin bütün məktəbləri, tədqiqat institutları, yataqxanaları və s. kampusun ərazisində yerləşir. Son zamanlar burada yeni restoranlar, yüksək səviyyəli ticarət mərkəzi, kinoteatr inşa edilir. Burada həmçinin avtonəqliyyat qarajı, Ualnut küçəsində yerüstü dayanacaq, texniki qulluq məntəqələri var.

Kampusun ərazisində bakalavr hazırlayan 4 məktəb yerləşir:

  • İncəsənət və Elmlər Məktəbi;
  • Mühəndislik və Tətbiqi Elmlər Məktəbi;
  • Tibb Bacısı Məktəbi;
  • Uorton Biznes Məktəbi.

Burada, eyni zamanda magistr hazırlayan 12 təhsil müəssisəsi fəaliyyət göstərir:

  • Annenberq Rabitə Məktəbi;
  • İncəsənət və Elmlər Ali Məktəbi;
  • Təhsil Ali Məktəbi;
  • Hüquq Məktəbi;
  • Stomatologiya Məktəbi;
  • Dizayn Məktəbi - keçmiş Təsviri İncəsənət Məktəbi;
  • Mühəndislik və Tətbiqi Elmlər Məktəbi;
  • Tibb Məktəbi;
  • Tibb Bacısı Məktəbi;
  • İctimai Siyasət və Təcrübə;
  • Baytarlıq Məktəbi;
  • Uorton Məktəbi.

Pensilvaniya Tibb Məktəbi tibb bacısı, təbabət, stomatologiya və baytarlıq, biomühəndislik (Mühəndislik məktəbi) və səhiyyənin idarəolunması (Uorton Məktəbi) proqramları üzrə tələbə hazırlayır. Burada tibbi tədqiqatlara böyük məbləğdə maliyyə sərf olunur.

Təhsil və tədqiqat proseslərinin bölünməməsi Pensilvaniya Universitetinin əsas xüsusiyyətidir. Burada oxuyan tələbələr ikinci kursdan başlayaraq, laboratoriya və institutlarda işləyə bilərlər.

Kitabxanası

redaktə

Universitetin kitabxanası 1750-ci ildə kartoqraf Lui Evansın təhsil ocağına külli miqdarda kitab bağışlaması nəticəsində yaranıb. Hazırda burada məktəblərlə əlaqəli 15 kitabxana (həmçinin elektron) fəaliyyət göstərir: Annenberq (Rabitə məktəbində), Bidl (Hüquq peşə məktəbində), Tibb-biologiya (Tibb Məktəbinin pavilyonunda), Müasir iudaika (yəhudi dini) mərkəzi, kimya, stomatologiya, maşınqayırma, təsviri incəsənət, lippinkot (Uorton Məktəbində), riyaziyyat, fizika, astronomiya (Devid Rittenhaus laboratoriyasında), muzey (Arxeologiya və Antropologiya muzeyində), nadir kitablar və əlyazmalar, Van Pelt-Ditrix kitabxana mərkəzi, baytarlıq, lea kitabxanaları. Kitabxana sistemi ümumilikdə 5,7 milyon cild kitaba malikdir.

Pensilvaniya Universitetinin nəzdində 1887-ci ildə yaranan Arxeologiya və antropologiya muzeyi fəaliyyət göstərir. XX əsrin əvvəllərində ilk olaraq məhz bu muzeyin əməkdaşları Misir, Mesopatamiya, Afrika, Şərqi Asiya, Cənubi Amerika ərazilərində arxeoloji və antropoloji qazıntılar aparıblar. Bunun nəticəsində muzey böyük miqdarda qədim Misir və Yaxın Şərq mədəniyyəti kolleksiyalarına, Urun sərdabələrinə, qədim çin artefaktına aid olan nadir tapıntılara malikdir. Muzeyin təsviri incəsənət potensialına rotonda (girdə və ya yarımgirdə qübbəli kiçik bina) və bağlar, o cümlədən Misir papirusu aiddir. UPM və MASCA elmi bölmələri arxeoloji tapıntıların, qədim əlifbalarla yazılmış mətnlərin interpretasiyası üçün ən müasir metodlardan istifadə edir. Kampusun ərazisində Müasir İncəsənət İnstitutu da fəaliyyət göstərir. İnstitut bütün ilboyu müxtəlif sərgilər təşkil edir.

Yataqxanaları

redaktə

Pensilvaniya Universitetində tələbələrin qalmaları üçün hər şərait yaradılıb. Kampusda Dyubua, Fişer Hassenfeld, Qriqori, Harnvell, Harrison, Hill, İngiltərə Kral Məhkəməsi, Riep, Rodin, Sensom Şərq/Qərb, Stoufer, ərzaq tələbə yataqxanaları-kollec evləri (rezidensiyalar) mövcuddur. Vaxtlarını səmərəli keçirmələri üçün tələbələrin istifadəsinə parklar, restoranlar, idman, oxu zalları, kinoteatrlar və s. verilib.

Tələbə Təşkilatı

redaktə

Universitetin nəzdində bakalavrda oxuyan tələbələrə ali məktəbin elmi həyatında fəal iştirak etmələri üçün Tələbə Təşkilatı Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlə əməkdaşlıq Pensilvaniya Universitetində magistraturada oxumaq və təqaüd almaq istəyənlər üçün əlavə şans yaradır. Universitet rəhbərliyi abituriyentlərin bilik səviyyəsinə çox ciddi yanaşır. Ən yüksək müsabiqə incəsənət, sosiologiya və hüquq fakültələrində qeydə alınır.

Xarici əlaqələri

redaktə

Universitet ABŞ-nin səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq Liqasına daxildir.

Bu təhsil müəssisəsinə dünyanın texniki universitetlərindən daha çox tələbə qəbul edilir.

Reytinqi

redaktə
"Academic Ranking of World Universities"dəki yeri:[4]
2003[5] 2004[6] 2005[7] 2006[8] 2007[9] 2008[10] 2009[11] 2010[12] 2011[13] 2012[14] 2013[15] 2014[16] 2015[17]
18 15 15 15 15 15 15 15 14 14 15 16 17
"QS World University Rankings"dəki yeri:
2015/16[18] 2014/15[19] 2013/14[20] 2012/13[21] 2011/12[22] 2010/11[23]
18 13 13 12 9 12
"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[24] 2014/15[25] 2013/14[26] 2012/13[27] 2011/12[28] 2010/11[29]
17 16 16 15 16 19

Məşhur məzunları

redaktə

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. Integrated Postsecondary Education Data System. 1992.
  2. U.S. and Canadian 2022 NTSE Participating Institutions Listed by Fiscal Year 2022 Endowment Market Value, Change in Market Value from FY21 to FY22, and FY22 Endowment Market Values Per Full-time Equivalent Student (Excel) (ing.). National Association of College and University Business Officers, 2023.
  3. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  4. "ARWU - University of Pennsylvania". Shanghai Ranking Consultancy. 2014. 2015-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2015.
  5. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  6. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  7. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  8. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  9. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  10. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  11. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  12. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  13. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  14. "Academic Ranking of World Universities 2012". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  15. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  16. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
  17. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-25.
  18. "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-16.
  19. "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  20. "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  21. "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  22. "QS World University Rankings (2011)". 2014-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  23. "QS World University Rankings (2010)". 2011-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  24. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  25. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  26. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  27. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  28. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  29. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər

redaktə
  NODES
Association 1
Note 2