Persey Meduzanın başı ilə

Persey Meduzanın başı ilə (it. Perseo con la testa di Medusa) — Benvenuto Çellini tərəfindən 1545-1554-cü illərdə hazırlanmış tunc heykəldir. Heykəl Florensiyanın Sinyoriya meydanındakı Locciya deyi Lanzidə daş pyedestal üzərində ucaldılmışdır.[2] Pyedestal predella kimi PerseyAndromedanın hekayəsinin təsvir edildiyi tunc relyef panelləri ilə bəzədilmişdir. İkinci Florensiya hersoqu I Kozimo de Mediçi əsəri pyaççadakı digər heykəllərlə və xüsusi siyası baxışlarla əlaqədar olduğuna görə sifariş etmişdi. 27 aprel 1554-cü ildə heykəl ucaldıldığı zaman meydanı artıq MikelancelonunDavid”i, Bandinellinin Herakl və Kakusu və Donatellonun Yudif və Holofernesi bəzəyirdi.[3]

Persey Meduzanın başı ilə
it. Perseo con la testa di Medusa
Xəritə
Ölkə İtaliya İtaliya
Yerləşir Locciya deyi Lanzi, Pyaçça della Sinyoriya, Florensiya
Heykəltaraş Benvenuto Çellini
Sifarişçi I Kozimo
Tikilib XVI əsr[1]
Vəziyyəti əla
Material tunc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Heykəlin mövzusu saçları ilana çevrilmiş qadın üzlü Qorqona olan Meduzanı öldürmüş Perseyə həsr edilmişdir; Meduzaya baxan hər kəs daşa çevrilirdi. Çiynindən atılmış kəmənd və ayağındakı qanadlı səndəllər xaric Perseyin üzərində heç bir geyim yoxdur. Meduzanın cansız cəsədi üzərində durmuş qəhrəman, sol əlində onun kəsilmiş başını qaldırır. Meduzanın boğazından qan fışqırır. İnsanları daşa çevirən Meduzanın tunc heykəli ətrafında üç daş heykəl – David, Herakl və Neptunun heykəlləri yerləşir.[3] Çellininin meydandakı digər heykəllərə cavab olaraq tuncu seçməsi və metaldan istifadə etmə texnologiyası o zaman üçün innovativ idi. Heykələ arxadan baxdıqdan, Perseyin dəbilqəsində sənətkarın avtoportretini görmək mümkündür.

Persey Meduzanın başı ilə əsəri antik dövrdən sonra yaradılmış ilk əsərdir ki, pyedestala yerləşdirilmiş qabartmalar da ümumi kompozisiyanın ayrılmaz hissəsidir.

Çellini heykəlin nəql etdiyi mövzunu postamentdəki relyeflərlə açmağa çalışmış ilk sənətkarlardan biridir.[4] Heykəlin Locciya deyi Lanzidə ucaldılacağını bilən Çellini onun üçün ətrafdakı Cambolonyanın Sabinyan qadınlarının qaçırılması kimi daha əvvəl ucaldılmış heykəllərin postamentindən hündür postament hazırlamışdır.[5] Persey, Mediçiləri müdafiə edən Olimp tanrılarının siyahısına əlavə edilmişdir.[6] Veyl-Qarris həm də heykəlin pyedestalına diqqət cəlb edir. Lakin, ehtimal ki, hazırkı pyedestal heç də heykəlin ilk pyedestalı deyildir. Belə ki, tunc heykəlin ucaldılmasından sonra hələ də, qabarıq relyefli lövhələr mütəmmadi olaraq hazırlanır və pyedestala bərkidilirdi.[7] Mediçi pyedestal mövzusu ilə dominantlığını göstərməyə çalışmışdır, belə ki, pyedestal hersoq Françesko Mediçiyə alleqoriya idi.[8]

Xüsusilə ilk üç Florensiya hersoqunun simasında Mediçilərin dominantlığı Pyaçça della Sinyoriyada aydın müşahidə edilir. Meydandakı “Herakl və Kakus” adlı heykəl birinci Florensiya hersoqu I Alessandronun dövründə, 1534-cü ildə ucaldılmış və əhali tərəfindən pis qarşılanmışdır.[9] Meydanda Mediçilərin siyasi gücünü nümayiş etdirən növbəti əsər isə Çellini tərəfindən I Kozimonun sifarişi ilə hazırlanmış “Persey Meduzanın başı ilə” heykəli olmalı idi.[9] Buna görə də sifarişçi əsərin yaradacağı təəssüratdan narahat idi. Lakin, I Alessandronun sifarişi ilə hazırlanmış əsərdən fərqli olaraq I Kozimonun heykəli müsbət qəbul edilir.[4] Sifarişçi heykəlin açılışını şəxsən Palaçço Vekkyonun pəncərəsindən izləyir. Üçüncü Florensiya hersoqu isə “Persey Meduzanın başı ilə” heykəlinin pyedestalı ilə əlaqəlidir.[10] Belə ki, pyedestaldakı relyef panellərində təsvir edilmiş Perseyə hersoq Françesko, Andromedaya isə onun Habsburqlardan olan nişanlısı Covanninin simvolu kimi baxmaq olar. Burada Andromeda Florensiyanın, Persey isə şəhəri xilas etmək üçün hücuma keçən Mediçilərə alleqoriyadır.[11]

Çellini Andromeda haqqında hekayənin kədərli tərəfini təsvir etmək qərarına gəlmişdir; lakin, o, Mediçilərin alleqoriyası olan Perseyi xüsusilə vurğulayır və onun kədərli Andromedanı xilas etməsini göstərir. Meydandakı heykəllərin hər biri siyasi və bədii baxımdan bir-biri ilə və Mediçilərlə əlaqəlidir.

Bədii xüsusiyyətləri

redaktə
 
Kəsilmiş boyundan qan fışqıran Meduza

Heykəlin işlənməsi zamanı artıq yarım əsrdən çox idi ki, tunc monumental hekəltəraşlıqda istifadə edilmirdi. Çellini bilərəkdən bu materialı seçmiş, ərinmiş metalı qəlibinə tökərkən həyat verici qanla heykələ can verdiyini düşünmüşdür.[12] Çellininin əsərinin ucaldılması zamanı Locciya deyi Lanzinin qərb tağında Donatellonun “Yudif və Holofernes” əsəri yerləşirdi. Donatellonun əsəri tuncdan hazırlansa da, bir neçə hissə ayrılıqda tökülmüş və birləşdirilmişdir.[13] Buna görə də, özü və sifarişçisi I Kozimonun adını əbədiləşdirmək istəyən Çellini vahid material kütləsindən hazırlanmış olan və artıq heykəli bəzəyən Mikelancelonun “David”i kimi monumental işlərlə yarışırdı.

Maykl Koul xüsusilə Persey fiqurunun tökülməsinə diqqət cəlb edir. Çellinin Vitasına istinad edən Kolu yazır ki, Çellinin şəxsi iştirakı ərinmiş metalın tökülməsi prosesində mühüm rol oynamış və heykəlin dağılmasına maneə olmuşdur.[14] Koul qeyd edir ki, Çellini heykələ can verməklə qalmır, sanki ölünü dirildir və bu da sənətkarın xilasının ərinmiş metalda olduğuna işarədir.[15] Çellini həm də Məsihi köməyə çağırır və beləliklə də əsərinə can verməyə çalışır.[16] Əsər mövzusu kimi Perseyin seçilməsi I Kozimonu məmnun edir və Çelliniyə rəqabətin böyük olduğu Florensiya mühitində özünü göstərməyə imkan verir.

Çellini yaradıcılığının şah əsərlərindən biri olan bu heykəllə iki məqsədə xidmət edirdi: birincisi onun tunc Meduzası artıq meydanda olan qəhrəmanları daşa çevirir və beləliklə sənətkar özünə rəqib gördüyü İntibah heykəltaraşlarının yaradıcılığının daşlaşdığını, yerində qaldığını göstərir. İkincisi Perseyin simasında həm heykəldə, həm də pyedestaldakı relyeflərdə Mediçilərin nüfuzunu bəyan edir.

İstinadlar

redaktə
  1. Even Y. http://www.jstor.org/stable/1358184.
  2. Shearman, “Art or Politics,”.
  3. 1 2 Shearman, p. 28.
  4. 1 2 Weil-Garris, On Pedestals, p. 411.
  5. Weil-Garris, p. 413.
  6. Weil-Garris, p. 409.
  7. Weil-Garris, p. 411.
  8. Mandel, Perseus and the Medici, 175.
  9. 1 2 Mandel, p. 168.
  10. Mandel, Perseus and the Medici, p. 175.
  11. Mandel, p. 175.
  12. Cole, Cellini’s Blood, 221.
  13. Cole, 220.
  14. Cole, p. 221.
  15. Cole, p. 221
  16. Cole, p. 222.

Ədəbiyyat

redaktə
  • Burne-Jones, Edward. “ ‘Andromeda’: Transformation of Historical and Mythological Sources.” Artibus et Historiae 25, no. 49 (2004): 197-227.
  • Cole, Michael. "Cellini's Blood." The Art Bulletin 81, no. 2 (1999): 215-235.
  • Mandel, C. "Perseus and the Medici." Storia Dell'Arte no. 87 (1996): 168-187.
  • Shearman, John. Art Or Politics in the Piazza? Benvenuto Cellini. Kunst und Kunsttheorie im 16. Jahrhundert (2003): 19-36.
  • Weil-Garris, Kathleen. On Pedestals: Michelangelo's David, Bandinelli's Hercules and Cacus and the Sculpture of the Piazza Della Signoria. Römisches Jahrbuch für Kunstgeschichte 20, (1983): 377-415.

Xarici keçidlər

redaktə
  NODES