Portal:Şirvanşahlar dövləti
Şirvanşahlar dövləti portalına xoş gəlmisiniz!
|
Seçilmiş məqalə
İçəri Şəhər — Bakı şəhərinin tarixi hissəsi.
Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hazırda həm yaşayış məhəlləsi, həm də tarixi memarlıq kompleksidir. İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8-10 metr, eni 3,5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, insanlar bu ərazidə hələ tunc dövründə məskunlaşmışlar. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir. Tarixi qoruq həm də faktiki yaşayış məskənidir, burada 1300 ailə yaşayır. |
Şəxsiyyət
I İbrahim — Şirvanşahlar dövlətinin 34-cü hökmdarı. Şirvanşah Şeyx İbrahim Dərbəndilər sülaləsindən olan ilk hökmdardır. Məzyədilər və onun qolu olan Kəsranilər sülalələrinə qohum olan Dərbəndilər sülaləsi etnokonsolidasiya prosesi nəticəsində Azərbaycanın yerli əhalisi qarışaraq öz ərəb simasını itirmiş və türkləşmişdir.
Huşəng 1382-ci ildə öldükdən sonra Şirvan feodalları onun əmisi oğlu İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər. Münəccimbaşıya görə Şeyx İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk nümayəndəsidir. O və onun atası Sultan Məhəmməd ibn Keyqubad Kavus və Huşəngdən ehtiyat edərək Şəki kəndlərinin birində gizlənmişdilər. Əhməd Qaffarinin məlumatına görə, Şeyx İbrahimin atası oradaca ölmüş, Şeyx İbrahim isə Huşəngin ölümünə və Şirvan feodalları onu Şirvanşahlar taxtına sahib olmağa dəvət edənə qədər həmin yerdə gizlənib qalmışdı |
Kateqoriyalar
Bilirsinizmi
- ... ki, Şamaxı şəhərini qədim adı olan Yezidiyyə Şirvanşahlar dövlətinin altıncı hökmdarı Əbu Tahir Yezid ibn Məhəmmədin şərəfinə belə adlandırılmışdır.
- ... ki, Məhəmməd adını daşıyan 4 Şirvanşah hökmdarı var. (yoxla)
- ... ki, Bakıda dövrümüzə çatmış ən qədim məscid İçərişəhərdəki I Fəribürzün hakimiyyəti dövründə inşa edilmiş Sınıqqala məscididir.
- ... ki, III Böyük Mənuçöhrün 1160-cı ildə qəfil ölümü ölkədə 168 gün davam etmiş kəskin siyasi böhrana və təfriqəyə səbəb oldu.
- ... ki, Nizaminin "Leyli və Məcnun" poemasında oğlu Məhəmmədi etibar etdiyi vəliəhd I Axsitanın oğlu Mənuçöhrdür.
- ... ki, Ziya Bünyadova görə, Şahənşah ibn Mənuçöhr, II Fəribürz və I Fərruxzad eyni zamanda hakimiyyətdə olmuşdular.
- ... ki, Səfəvilər sülaləsinin banisi şeyx Səyfi əd-Dinlə qohum olmaq istəyən III Axsitan öz qızını şeyxə ərə vermək niyyətinə düşüb. Səfi əd-Din bunun cavabında demişdir: "Mən buna nə deyə bilərəm? Şirvanşah hökmdardır, mən isə adicə dərvişəm".
- ... ki, I Xəlilullah 1417-ci ildən 1465-ci ilə qədər düz 48 il hakimiyyətdə qalmışdır.
Seçilmiş şəkil
Sitat
“III Fəribürz"
"Ola bilsin ki, bizi mühasirəyə alan gürcülər qalib gəlsinlər və o zaman atam heç birimizi sağ qoymayacaqdır, gürcülər isə ölkənin yarısını, bəlkə də hamısını tutacaqlar. Bu isə dəhşətli olacaqdır. Biz onlara qarşı bir dəstə ilə çıxmalı və onları birinci olaraq qarşılamalıyıq. Əgər biz qələbə qazansaq, Allaha çox şükür, onlar qalib gəlsələr, o zaman (xilas yolu) mühasirədədir". |
Əlaqəli portallar
|