Prometey

Yunan qəhrəmanı

Prometey (yun. Προμηθεύς eyni zamanda Promefey mənası qabağı görən ya sonranı düşünən) — qədim yunan mifologiyasında[2] insanların dostu və onları tanrıların özbaşnalığından qoruyan titan İapet və Klimenanın (Apollodora görə),[3] ya Femida və Heyin (Esxilə görə),[4] ya da Hera və titan Yevrimedontun oğlu. Hesiona onun həyat yoldaşı olmuşdur[5].

Prometey
q.yun. Προμηθεύς
Prometey insanlara odu gətirir
Prometey insanlara odu gətirir
Mifologiya Yunan
Yunanca adı Προμηθεύς
Cinsi kişi[d]
Sülalə Titanlar
Atası İapet
Anası Klimena
Qardaşı Atlant, Epimetey, Menetiy (Hesioda görə)
Arvadı
Uşaqları
Dəfn yeri
Atributlar Od
Mənşəyi Titan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İapet nəsli

redaktə
 
 
 
 
İapet
 
Klimena
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Atlant
 
Prometey
 
Epimetey
 
Menetiy


İnsan nəsli

redaktə

Yunan mifologiyasına görə çox-çox qədim zamanlarda, Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Tanrılar insanları və digər məxluqları yaradıb yer üzünə səpələmək qərarına gəlirlər. Rəvayətə görə Prometey insanları torpaqdan yaratmış, Afina isə onlara nəfəs vermişdir.[6]. Tanrı Zevs titan İapetin oğlanları olan Prometeyə və Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar.

Odun oğurlanması

redaktə

Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınmış və yaşayıb-törəyə bilmişlər. Prometeyin bu hərəkəti tanrı Zevsin hiddətinə səbəb olur. O, Prometeyi cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırır. Burada qartal onun qaraciyərini didib yeyərmiş. Hər dəfə onun didilmiş qaraciyərinin yerini yenisi tutarmış. Beləliklə, Prometey otuz il ərzində əzab çəkərək qaraciyərini qartala yedirtmişdir.

Başqa bir rəvayətə görə, Zevsin hiddətinə digər bir hadisə səbəb olmuşdur. Belə ki, qurbanvermə mərasimində Prometey öküzün ət və içalatını dərisinə bükür, sümüklərini isə yağ və piyin içində gizlədir. Seçim zamanı Zevsin payına sümüklər, insanların payına isə ət və içalat düşür. Bundan hiddətlənən Zevs onu cəzalandırır. Beləliklə ənənəyə görə insanlar qurban kəsilmiş heyvanın ətini özləri yeyir sümük və piyini isə yandırrırlar.

İstinadlar

redaktə
  1. Любкер Ф. Prometheus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1109–1110.
  2. Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.337–340, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.3. С.155–157
  3. Псевдо-Аполлодор. Мифологическая библиотека I 2, 3 далее
  4. По Евфориону, сын Геры и титана Евримедонта
  5. Эсхил. Прикованный Прометей 560
  6. Гесиод, подложный фр.382 М.-У.; Лукиан. Прометей 13

Mənbə

redaktə
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, ISBN 978-88-476-2283-8
  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Həmçinin bax

redaktə
  NODES