Pyotr və Pavel kafedralı
Pyotr və Pavel kafedralı (rus. Петропавловский собор, tam adı Baş apostollar Pyotr və Pavel şərəfinə kafedral kilsə) – Peterburqun mərkəzində, Pyotr-Pavel qalasında yerləşən pravoslav kafedral kilsə, Rusiya İmperatorlarının sərdabəsi və Peterburqun əsas memarlıq abidəsi. 2012-ci ilə qədər 122,5 metr hündürlüyü olan kilsə Peterburqun ən hündür binalarından sayılırdı. 2013-cü ildə isə kilsə hündürlüyünə görə 140 metrlik Leader Tower[1] və 124 mərtəbəli «Knyaz Aleksandr Nevski» yaşayış komleksindən sonra 3-cü yerdə qərarlaşmışdı.
Pyotr və Pavel kafedralı | |
---|---|
Петропавловский собор | |
59°57′01″ şm. e. 30°19′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Sankt-Peterburq |
Yerləşir | Dovşan adası |
Layihə müəllifi | Domeniko Trezini |
Tikilmə tarixi | 8 iyun 1712-1733 |
Üslubu | Pyotr barokkosu |
Hündürlüyü | 122,5 m |
Material | kərpic |
Rəsmi sayt | spbmuseum.ru/exhibits_an… |
İstinad nöm. | 7810390046 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəTikintinin səbəbləri
redaktə1703-cü ildə I Pyotr Fin körfəzinin sahilidə Pyotr və Pavel qalasının əsasını qoyur. Pyotr anlayırdı ki, Rusiyanın dövrünün ideyalarını təcəssüm edəbilən memarlığa ehtiyacı var. Gənc paytaxtın Rusiya şəhərləri içərisində dominant mövqeyini gücləndirmək üçün səy göstərən hökmdar, Moskvada yerləşən İvan zəng gülləsindən daha hündür olacaq bir tikilinin inşası barədə düşünür. Yeni məbəd paytaxtın ən əhəmiyyətli tikililərindən biri olmalı və qəsrin mərkəzi hissəsində yerləşməli idi.
Tikinti və sonrakı mövcudluq
redaktəKilsənin inşası yeni salınmış Pyotr-Pavel qalasının ərazisində, 29 iyun 1703-cü ildə müqəddəs apostollar Pyotr və Pavel günündə başlamışdı. İlk taxta Pyotr və Pavel kafedralının təqdisi 1 aprel 1704-cü ildə keçirilmişdi. 14 may tarixində kilsədə feldmarşal Boris Şeremetevin Çud gölündə isveç qoşunları üzərində qələbəsi şərəfinə bayram təşkil edilmişdi[2].
3 may 1712-ci ildə daş kafedralın əsası qoyulur. Yeni məbəd elə şəkildə inşa olunurdu ki, köhnə taxta kilsə yeni binanın daxilində qalır. Tikinti işlərini italyan memar Domeniko Trezini rəhbərlik edirdi. I Pyotrun əmri ilə inşa işləri zəng gülləsindən başladılır. Lakin əmək quvvəsinin çatışmazlığı, kəndlilərin qaçmağı və inşa materialların lazımi miqdarda olmaması səbəbindən, kilsənin tikinti işləri yalnız 1720-ci ildə sona çatır. Beləliklə tikilinin hündürlüyü 112 metr təşkil edir və bu da Moskvada yerləşən İvan zəng gülləsindən 32 metr yüksəkdir[3]. Kafedralın tikinti işləri tam olaraq 1733-cü ildə, artıq I Pyotrun ölümündən sonra başa çatmışdı.
Sankt-Peterburq yeparxiyasının 1742-ci ildə yaradılmasından sonrakı müddətdən 1858-ci ilədək, hazırkı İsaaki kilsəsinin təqdis olunmasına qədər Pyotr və Pavel kilsəsi "kafedral" statusuna malik idi, sonralar isə yerli kilsə şöbələrinin birinin idarəsinə keçmişdi.
1756-1757-ci illərdə kafedral baş vermiş yanğın hadisəsindən sonra bərpa olunmuşdu. 1776-cı ildə kafedralın zəng gülləsinə hollandiyalı sənətkar Oort Kras kurantlar quraşdırmışdı. Yanğın zamanı zədələnmiş mələk fiqurunu 1830-cu ildə Pyotr Teluşkin taxtabəndsiz yuxarıya qalxaraq təmir edir.
1857-1858-ci illərdə kilsənin taxta konstruksiyaları metal ilə əvəz edilmişdi. (layihənin müəllifləri - mühəndislər D.İ.Juravski, A.S.Rexnevski və P.P.Melnikov). Əsas məqsəd - zəng gülləsinin taxta rafterlərinin metal ilə əvəz olunması idi. Juravski halqalar ilə birləşdirilmiş səkkizquşəli düz piramida konstruksiyası qurmağa təklif edir; o özü konstruksiyanın hesablanma metodunu da hazırlayır[4]. Konstruksiyanın hazırlanmasından sonra tikilinin hündürlüyü daha 10,5 metr artır[5].
1919-cu ildə Pyotr və Pavel kafedralı bağlanılır, 1924-cü ildə isə kilsə muzeyə çevrilir. Kafedralda saxlanılan XVII əsrin sonu, XVIII əsrin əvvəlinə aid qiymətli əşyaların bir çoxu (gümüş avadanlıqlar, kitablar, geyimlər, ikonalar) digər muzeylərə verilmişdi.
Böyük Vətən müharibəsi zamanı kafedral güclü dağıntıya məruz qalmışdı. 1952-ci ildə binanın xarici fasadları, 1956-1957-ci illərdə isə daxili interyerləri bərpa olunmuşdu. 1954-cü ildə tikili Sankt-Peterburq Dövlət Muzeyinə verilmişdi.
1990-cı ildən kilsədə mütəmadi şəkildə Rus imperatorları şərəfinə panixidalar, 2000-ci ildən isə ibadətlər keçirilir. Həmçinin 2008-ci ildə kafedralda 1917-ci ildən bəri ilk dəfə pasxa ibadəti keçirilmişdi. Hazırda kilsəyə iqumen Aleksandr (Fyodorov) başçılıq edir; o həmçinin memarlıq və mədəniyyət işləri üzrə Sankt-Peterburq yeparxiyasının nümayəndəsi sayılır.
Memarlıq xüsusiyyətləri
redaktəÖz planı və zahiri görünüşü ilə, Pyotr və Pavel kafedralı pravoslav çadır və çarpaz-qübbəli kilsələrinə tamamilə bənzəmir[6]. Məbəd qərbdən şərqə uzanan "düzbucaq zal" formalıdır və bu üslub məhz Qərbi-Avropa kilsələrinə xas cəhətlərdən sayılır. Onun eksteryeri sadə və ciddidir. Kilsənin divarları sadəcə olaraq yastı sütun-pilyastr, aynalarda isə heruvim haşiyələr ilə bəzədilmişdi. Şərq fasadında rəssam P.Titovun «Apostollar Pyotr və Pavelin İsa peyğəmbər ilə qarşılaşması» adlı freskası yerləşdirilmişdi. Zəng qülləsinin əsasını təşkil edən qərb fasadı ana giriş qapısı sayılan portikin hər iki tərəfindən altı pilyastr ilə bəzədilmişdi. Mehrabın üst hissəsində günbəz ilə kiçik nağara yerləşir.
Qərb fasadında yerləşən pillə yaruslu pilyastr ilə bəzədilmiş zəng qülləsi Kafedralın üstünlük təşkil edən hissəsi sayılır. İlk iki yarus eninə paylanaraq kilsənin əsas binasından hündür qülləyə sərbəst və hamar keçid təşkil edir. Üçüncü pillə asanlıqla yuxarıya yönəlir; o massiv ağ daş çərçivələrinə salınmış dörd dairəvi pəncərə ilə qızıl suyuna salınmış dam örtüyünə quraşdırılmışdı. Damın üzərində səkkizbucaqlı dar şaquli açılışları olan zərif və eleqant nağara yerləşir. Onun üstündə isə yenə də səkkizbucaqlı hündür qızıl tac ucalır. Ənənəvi pravoslav kilsələrdə bu tacın üstündə xaç quraşdırılır, lakin burada qızıl tac uzun şpilin əsasını əmələ qətirir[7]. Kilsə gülləsinin ən hündür yerinə, əlində xaç saxlayan mələyin qızıl fiquru yerləşdirilib[8]. Zəng gülləsi bütün bunlardan başqa şəhərin əsas orientiri hesab olunur. Hündürlüyü 122,5 metr təşkil edən Pyotr və Pavel kafedralı uzun illər Peterburqun ən yüksək binası hesab olunurdu.
-
Pyotr və Pavel kafedralının şpilinə quraşdırılmış mələk.
-
1776-cı ildə zəng gülləsində quraşdırılmış kurantların müəllifi hollandiyalı sənətkar Oort Krasdır.
-
Pyotr və Pavel kafedralı Peterburqun əsas simvolu və orientiri hesab olunur.
İmperator sərdabəsi
redaktəHakim sülalə üzvlərinin məbədlərdə basdırılma ənənələri onların hakimiyyətinin ilahi mənşəli anlayışı üzərinə əsaslanır. Pyotrdan öncəki Rusiyada Çar ailələrinin məbəd-sərdabəsi Moskva kramlində yerləşən Arxangel kafedral kilsəsi idi. Orada İoann Kalitadan başlayaraq V İvana kimi ən ulu knyaz və çarlar dəfn olunmuşdular.
I Pyotrun dövründə imperator ailəsinin üzvləri üçün məzar yeri tam olaraq müəyyən edilməmişdir. Çar qohumları Blaqoveşşeniye sərdabəsində basdırılırdılar. Yarımçıq Pyotr və Pavel kafedralında 1715-ci ildə I Pyotrun və Yekaterinanın 2 yaşlı qızı Natalya, zəng gülləsinin aşağısında isə çareviç Aleksey Petroviçin həyat yoldaşı şahzadə Şarlotta Xristina Sofiya Braunşveyq-Volfenbüttel dəfn olunmuşdular. Elə burada da 1718-ci ildə çareviçin qalıqları torpağa basdırılır. 1716-cı ildə kafedralın girişində III Fyodor Alekseyeviçin dul qadını Marfa Matveyevna Apraksina dəfn olunmuşdu.
I Pyorun ölümündən sonra onun qəbri müvəqqəti olaraq tilikməkdə olan kafedralın daxilində yerləşən kapellada yerləşdirilmişdi. Dəfn yalnız 29 may 1731-ci ildə baş tutmuşdu. Daha sonralar İmperator sərdabəsində 1730-cu ildə Moskvada həlak olan II Pyotr (o Moskvada yerləşən Arxangel kafedral kilsəsində basdırılmışdı)[9] və 1764-cü ildə Şlisselburqda qətlə yetirilən VI İvan istisna olunmaqla (VI İvanın dəqiq basdırıldığı yer bu günə kimi naməlum olaraq qalır)[10], III Aleksandr da daxil bütün İmperator və İmperatriçalar dəfn olunmuşdu.
1831-ci ildə İmperator I Nikolay kafedralda qardaşı Konstantin Pavloviçin basdırılmasını tələb edir; o zamandan İmperator sərdabəsində Çar ailəsinin qohumlarını və yaxınlarını basdırmağa icazə verilmişdi.
1865-ci ildə bütün qəbirlərin baş daşları eyni tipli ağ mərmərdən və bürünc qızıl suyuna salınmış xaçlı sarkofaqlar ilə əvəz edilmişdir (memarlar A.A.Puaro, A.L.Qun). İmperator sarkofaqları iki başlı qartallarla bəzədilmişdi. Sarkofaqların ikisi Perehof fabrikasında 1887-1906-cı illərdə III Aleksandrın sifarişi ilə valideynləri üçün hazırlanmışdı: II Aleksandr üçün yaşıl yəşəmdən, Mariya Aleksandrovna üçün isə çəhrayı rodonitdən.
13 mart 1990-cı ildə İmperator II Aleksandrın ölümünün 109 illiyi ilə bağlı Sovet hakimiyyəti illərindən bu yana ilk dəfə panixida verilmişdi. Həmin gün «Rusiya bayrağı» adlı tarix və vətənpərvər Birliyi nin üzvləri «600 saniyə» çəkiliş qrupu ilə birgə Pyotr və Pavel kafedralında yerləşən II Aleksandrın başdaşının yanına təntənəli gül dəstələrini qoymağa çalışırlar. Şəhər tarix muzeyinin polis müdafiə işçiləri yalnız İmperator I Pyotrun məzar daşına gül dəstələri qoymaq icazə olduğu barədə göstərişə istinad edərək bu hərəkətlərə müdaxilə etməyə çalışır və demonstrativ şəkildə gülləri yerə atır[11]. Pyotr və Pavel Kafedral kilsəsinin divarlarında baş vermiş qalmaqallı hadisə ilə bağlı məlumatlar tezliklə «600 saniyə» proqramında nümayiş olunmuşdu, bu da muzeydə mövcud qaydaların yenidən baxılması zəruriliyi ortalığa ataraq, ictimai rəyin təşviqinə və son olaraq Pyotr və Pavel Kafedralının pravoslav kilsəyə geri qaytarılmasına gətirib çıxarmışdı.
17 iyul 1998-ci ildə Dövlət Komissiyasının qərarına əsasən 1918-ci ildə Yekaterinburq şəhərində qətlə yetirilmiş İmperator II Nikolay, onun həyat yoldaşı Aleksandra Fyodorovna, habelə böyük knyaginyalar Tatyana, Olqa və Anastasiyanın qalıqları kafedralın cənub-qərb qanadında yerləşən Yekaterina kapellasında torpağa basdırılmışdı. Bu qalıqlar Rus pravoslav kilsəsi tərəfindən tanınmamışdı. İmperator ailəsindən başqa burada həmçinin leyb-həkim Yevgeni Botkin, lakey Aloiziy Trupp, aşpaz İvan Xaritonov və qulluqçu Anna Demidova da basdırılmışdı.
2005-ci ildə Rusiya və Danimarka hökumətləri arasında əldə olunmuş razılığa əsasən, II Nikolayın anası Mariya Fyodorovnanın qalıqları Roskille şəhərindən Peterburqa gətirilir. 28 sentyabr 2006-cı ildə Mariya Fyodorovnanın qəbri öz vəsiyyətinə əsasən oğlunun yanında yenidən dəfn edilir.
-
Pyotr və Pavel kafedralının daxili interyerləri.
-
Zəng gülləsində yerləşən karillyonlar.
-
Çar darvazaları.
Kafedral kilsənin mədəniyyətdə əks olunması
redaktəLeninqrad vilayətinin Boksitoqorsk rayonunun Somino kəndində Kafedralın eyniadlı və kiçildilmiş surəti yerləşir. Pyotr və Pavel kafedralı 50 Rus rubl pul əskinasının avers hissəsinin arxa planında fon rəsmi kimi təsvir olunmuşdu. Kafedralın şpilinə quraşdırılmış mələk 2001-2004-cü illərdə «Peterburq» telekanalın loqotipi seçilmişdi.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Высота построенной в 1956—1962 годах телебашни составляет 326 метров, однако её относят к классу инженерных сооружений, и поэтому не включают в это сравнение.
- ↑ Осада Дерпта (1704)
- ↑ Высота колокольни Ивана Великого составляет 80 метров
- ↑ Статья «Дмитрий Иванович Журавский» Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine на сайте Биографии, интервью, истории Arxivləşdirilib 2014-06-24 at the Wayback Machine
- ↑ С 1858 года высота Петропавловского собора составляет 122,5 метра
- ↑ Длина постройки — 61 метр, ширина — 27,5 метра
- ↑ Высота шпиля — 40 метров
- ↑ Высота фигуры ангела — 3,2 метра, размах крыльев — 3,8 метра
- ↑ Пётр II был похоронен в Архангельском соборе.
- ↑ Точное место захоронения Ивана VI на данный момент не известно.
- ↑ "Краткая хроника деятельности Историко-патриотического объединения «Русское Знамя»". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-10.