Qüstav Flober (12 dekabr 1821[1][2][…], Ruan[3][4]8 may 1880[1][2][…]) — ən yaxşı roman müəlliflərindən biri sayılan Fransa yazıçısıdır. 1857-ci ildə yazılmış ilk romanı "Madam Bovari" ilə daha çox tanınır.

Qüstav Flober
fr. Gustave Flaubert
Doğum tarixi 12 dekabr 1821(1821-12-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 may 1880(1880-05-08)[1][2][…] (58 yaşında)
Vəfat səbəbi beyin qansızması[d]
Fəaliyyəti romançı, yazıçı
Əsərlərinin dili fransız dili
İstiqamət ədəbi realizm
Tanınmış əsərləri
Mükafatları "Fəxri legion" ordeni kavaleri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1821-ci il 12 dekabrda cərrah ailəsində dünyaya gəmişdir. Kiçik yaşlarından əsərlər yazmağa başlamışdır. Doğma şəhərində təhsil almışdır. 1840-cı ildə Parisə getmiş və hüquq təhsili almışdır. Burada Viktor Hüqo ilə tanış olmuşdur. 1846-cı ildə Parisi tərk etmişdir.

1854-cü ildən doğma şəhərində anası ilə yaşamış və heç evlənməmişdir. Müxtəlif ölkələrə səyahət etmişdir.

Yaradıcılığı

redaktə
 
Alfons Dode, Qüstav Flober, Emil Zolyaİvan Turgenyev

Eyni qədər romantik və realist bir yazıçı olmuşdur. XX əsr yazıçılarına təsir etmişdir. Bunlardan biri də Frans Kafkadır.

Həyatı

redaktə

12 dekabr 1821də Fransa Rouendə doğulub. 1880 ildə xəstəlik nəticəsdə həyatını itirdi. Atası Achille Flaubert Rouendəki bir xəstəxananın baş cərrahı, anası da bir həkim qızıdır. 1840da liseyi bitirdi. 1841də Paris Hüquq Fakültəsinə qəbul oldu. 22 yaşındaykən ölümcül olduğu qəbul edilən bir xəstəliyinin tutulduğu ortaya çıxdı. Təhsilini tamamlamadı. 1846da atasını itirdi. Bir qızı olan bacısı da ölüncə, anası və bacı oğlusuyla Rouen yaxınlarındakı Croissetə yerləşdi, həyatının bütününü burada keçirdi. İlk yazı çalışması 1837də nəşr olundu. Noyabr 1849dan Aprel 1851ə qədər Maxime du Camp ilə birlikdə Yunanıstan, Anadolu, Misir, Fələstin, Suriya və İtalyanı gəzdi. İçə qapalılığından, tək Misirə və Tunisə etdiyi səfərlərlə sıyrıldı. Məşhur romanı Salambonu ona esinleyen də, bu səfərlər oldu. Ədəbiyyat dünyasından bir çox adamla məktublaşdı. Bu məktublardan bəziləri sonradan böyük ad qazanib.

Realizm axınını başladan adam olaraq göstərilməsində məşhur romanı Madame Bovary qədər bu məktublarda dilə gətirdiyi ədəbiyyat və sənətlə əlaqədar fikirləri də təsirlidir. Yaşadığı dövrdə kitablarından maddi qazanc təmin edə bilmədi. Həyatının son illəri ağrılar, ədəbi müvəffəqiyyətsizliklər və maddi çətinliklərlə keçdi. Bu dövrdəki ən böyük ovuntuları, mənəvi oğulu olan Guy da Maupassantın müvəffəqiyyəti və başını Əmilə Zolanın çəkdiyi natüralist (təbiiçi) qrupun ona verdiyi dəyər idi. Ən məşhur romanı olan «Madam Bovari» 1856-cı ildəda nəşr olunduğunda, yazar və nəşrçi haqqında əxlaqsızlığa təşviq günahından iddia açıldı. «Madam Bovari» bu gün dünya ədəbiyyatının təməl daşlarından biridir.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Gustave Flaubert (nid.).
  3. 1 2 Флобер Гюстав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 Archivio Storico Ricordi. 1808.

Mənbə

redaktə
  • XIX əsr xarici ədəbiyyat tarixi. (tərcümə edəni: İsmayıl Şıxlı). Bakı, 1964.
  NODES
os 1