Qaradağ xanlığı
Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.
Xanlıq | |
Qaradağ xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Əhər |
Rəsmi dilləri |
Azərbaycan dili (danışıq dili), fars dili (rəsmi) |
Dövlət dini | İslam |
Əhalisi | azərbaycanlılar |
İdarəetmə forması | Mütləq monarxiya |
Sülalə | Qaradağlı eli |
Xan | |
• (1747-1763) | Kazım xan Qaradağlı (ilk) |
• (1813-1828) | Məhəmmədqulu xan Qaradağlı (son) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu.
Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu. Bu ittifaq məqsədinə nail ola bilməmişdi. Qaradağ xanı Qarabağ xanlığına, Kərim xan Zəndə (1761), sonra isə Ağa Məhəmməd Qacara (1791) tabe olmuşdu.
Qaradağ xanı Abbasqulu xan XIX yüzilin əvvəllərində Pavel Sisianova məktub yazaraq Rusiyaya sadiq qalacağını bildirmiş, lakin 1804-1813-cü illər rus-İran müharibəsində Rusiyaya qarşı çıxmışdı.
Xanları
redaktəHakimləri
redaktəXanlığın hakim ailəsi Ustaclı türkmanlarının Toxmaqlı oymağına mənsub idi. I Şah Təhmasib tərəfindən Qaradağın irsi hakimləri kimi tanıdıqları Qızılbaş iyerarxiyasında 8-ci yeri tutdular,[1] onların ən qədim tanınmış əcdadı Sivasda anadan olmuş İlyas Xəlifə idi.
1. | I İlyas xəlifə | 1500—? | |
2. | Maqsud sultan Kəngərli | 1589—? | |
3. | I Şəmsəddin xəlifə | ?—1603 | |
4. | II İlyas xəlifə | 1603—1610 | |
5. | Bürhanəddin xəlifə | 1611—? | |
6. | II Şəmsəddin xəlifə | ||
7. | Əhməd xəlifə | ||
8. | Mahmud sultan | ||
9. | Bayandur sultan | 1701—? | |
10. | Məhəmmədqasım xan | ?—1721 | |
11. | Əbdürrəzzaq xan | 1721—1729 | |
12. | Kazım xan Qaradağlı | 1730—1763 | |
13. | Mustafaqulu xan Qaradağlı | 1763—1782,1786—1791 | |
14. | İsmayıl xan Qaradağlı | 1782—1783,1791—1797 | |
15. | Nəcəfqulu xan Qaradağlı | 1783—1786 | |
16. | Abbasqulu xan Qaradağlı | 1797—1813 | |
17. | Məhəmmədqulu xan Qaradağlı | 1813—1828 | |
18. | Həsənliağa xan | ?—1847 | |
19. | Həsənəli xan Qaradağlı | 1848—1929 | |
20. | Məhəmmədhüseyn xan Qaradağlı | ?—1891 | |
21. | Sadatqulu xan Qaradağlı | ||
22. | Fazil xan Qaradağlı | 1783—1786 |
Mənbə
redaktə- CƏNUBİ AZƏRBAYCAN XANLIQLARI
- Azərbaycan xanlıqları Arxivləşdirilib 2009-10-27 at the Wayback Machine
- https://web.archive.org/web/20020621224554/http://www.almanach.be/search/i/iran_garadag.html
- Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.
- Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
İstinadlar
redaktə- ↑ I. P. Petrushevsky, Essays on the history of feudal relations in Azerbaijan and Armenia in the 16th - early 19th centuries, Leningrad State University, 1949
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə