Qax rayonu

Azərbaycanda rayon
Bu məqalə Qax rayonu haqqındadır. Qax şəhəri üçün Qax səhifəsinə baxın.

Qax rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qax şəhəridir.

Rayon
Qax

41°25′00″ şm. e. 46°55′00″ ş. u.HGYO


Ölkə
Daxildir Şəki-Zaqatala
İnzibati mərkəz Qax
İcra başçısı Musa Şəkiliyev
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi 1 493.8[1][2] km²
Hündürlük
206 m
Əhalisi
Əhalisi 56 900[3][4] nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-QAX
Telefon kodu +994 24
Poçt indeksi AZ 3400
Avtomobil nömrəsi 34
Rəsmi sayt
Qax xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 
Sumuq qala

Rayon 1930-cu ildə qurulmuştur. 1963-cü ildə Zaqatala tərkibinə qatılsa da 1 il sonra yenidən inzibati rayon statusunu geri qaytarmışdır.

Coğrafi mövqeyi

redaktə

Relyefi

redaktə

Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası, şimalda Zaqatala rayonu , cənubda Şəki şəhəri, cənub-qərbdən isə YevlaxSamux rayonu ilə həmsərhəddir.

Təbiəti

redaktə
 
İlisu kəndindəki Qoçyataq gölü

Qax Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Təbii ehtiyatları

redaktə

İnzibati rayon mineral xammal sərvətləri, tikinti materialları, iqlim ehtiyatları və bulaqlarla zəngindir. Tikinti materialları içərisində ən geniş yayılanı tikinti üçün yararlı olan çınqıl, qum və gil ehtiyatlarıdır. Bu materiallar çay dərələrində, xüsusən Kürmük çayının və onun qollarının dərələrində geniş yayılmışdır. Çınqıl-qum qarışığının əsas ehtiyatları isə çayların gətirmə konuslarında cəmləşmişdir. Bu ehtiyatların bazasında çınqılqum istehsalı müəssisələri yaratmaq mümkündür. Ərazidə kərpic və keramit istehsalı üçün yararlı gil yataqları mövcuddur. Ərazisində həmçinin mişar daşı, əhəng, sement istehsalı üçün də yararlı mineral xammalı ehtiyatları mövcuddur. İnzibati rayon ərazisində yalnız iki gil yatağının Qax və Kürmükçayın ehtiyatları hesablanmışdır. Qax yatağı Qax şəhərindən 1,5 km şimal-qərbdə yerləşir. Onun ehtiyatı 35 min kub. m-dir. Kürmükçay yatağı isə Qax şəhərindən 2,5 km cənub-şərqdə yerləşir. Ehtiyatı isə 116 min m³ hesablanmışdır.

Su ehtiyatları

redaktə

Qax rayonunun su ehtiyatları Böyük Qafqazın su ehtiyatlarının (3873 kub km) 13 faizini təşkil edir. İnzibati rayonu su ilə təmin etmək məqsədilə müxtəlif mənbələrdən saniyədə 100 min kub metr su götürülür, bunun da 99 min kub metrini çay suları, 1 min kub metrini isə yeraltı sular təşkil edir. Götürülən suyun 63 min kub metri suvarmada, 0,40 min kub metri məişətdə, 0,28 min kub metri mövcud istehsalatda, 2 min kub metri kənd təsərrüfatında, yerdə qalan hissəsi isə itkiyə gedir.

Mineral bulaqları

redaktə

Digər xammal ehtiyatlarından fərqli olaraq rayon ərazisində böyük müalicə əhəmiyyətə malik olan mineral bulaqlar qeydə alınmışdır. Bunlardan Oğlan bulaq, Qız bulaq və Hamam bulaq daha məşhurdur. Bunların içərisində yalnız Suskənd kəndi yaxınlığındakı bulaqdan daha geniş istifadə olunur. Onun əsasında sanatoriya fəaliyyət göstərir və içməli "Qax" suyu istehsal olunur.

İqlimi və təbi şəraiti

redaktə

Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarım rütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2 oS-dən yüksək, dağlıq ərazidə mənfi 10 oS –yə qədər, iyulda müvafiq olaraq 26 oS və 50 oS-dir. İllik yağıntı cənubda 300mm, şimalda 1600mm-ə qədərdir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Gördüyümüz kimi, burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən ACINOHUR gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur. Rayonun iqliminin keyfiyyətlərindən biri onun xeyli sahədə subtropikliyidir.

Meşə və torpaq sahəsi

redaktə

Meşə sahəsi

redaktə

Meşələrin ümumi sahəsi 43,7 min hektar olub, qiymətli ağac növlərindən, müxtəlif meyvə ağaclardan və kollarından ibarətdir. Həyətyanı sahələr 2,3 min hektar, sair torpaqlar 37,7 min hektar olub, ümumi rayon ərazisinin 25 faizini təşkil edir. Qax rayonunda meşə sahəsini 26848 hektar ətraf mühiti mühafizə edən qoruyucu kateqoriyasına aiddir. İlisu kəndi ətrafında yerləşən rekreasiya meşələri 300 hektar sahəni təşkil edir. Bakı-Zaqatala və Şəki-Zaqatala yolları və dəmir yolu boyu qoruyucu meşə zolaqları isə 865 hektar təşkil edir. Qanıx çayı boyu 764 hektar meşə sahəsi qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan edilən meşə zolağına aid edilmişdir. Daşüz və Axarbaxar silsiləsinin sıx parçalanmış yamaclarında 4867 hektar saqqız və ardıc ağacları xüsusi qiymətli meşə massivinə aid edilmişdir.

Torpaq sahəsi

redaktə

Qax rayonunun 149,6 min hektar ümumi torpaq sahəsinin, 62,8 min hektarı, yəni 42 faizi kənd təsərrüfat sahələri altında istifadə olunur. Əkin və bağ sahələrinin yalnız 20 min hektarı suvarmada istifadə edilir. İnzibati rayonun ümumi əkin sahəsi 22,4 min hektar, çoxillik əkmələr isə 6,2 min hektardır. Örüşlər 39,1 min hektar olub, əsasən yüksək dağlıq və rayonun cənub-şərq hissəsinin quru göl və yarımsəhra zonasında yerləşməklə ümumi ərazisinin 26 faizini təşkil edir.

Yaşayış məntəqləri

redaktə

Rayonda 1 şəhər 58 kənd vardır. Rayonun inzibati mərkəzi Qax şəhəridir.

Əhalisi

redaktə

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 54.458 nəfər əhali yaşayır.[4]

Əhalisi 55.6 min nəfər olmaqla 59 yaşayış məntəqəsini(1 şəhər, 58 kənd) özündə birləşdirir. 82,51 %-ni azərbaycanlılar, 13,98 %-ni ingiloylar, 1,89 %-ni saxurlar, 0,48 %-ni ləzgilər və 1,14 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır.

Etnik tərkibi

redaktə
Etnik
qrup
27 yanvar-3 fevral, 1999-cu il sa.[5] 13–22 aprel, 2009-cu il sa.[4][6][7]
Sayı % Sayı %
Cəmi 51 161 100.00 53 259 100.00
Azərbaycanlılar 39 355 76.92 43 946 82.51
Gürcülər 7 450 14.56 7 447 13.98
Saxurlar 2 612 5.11 1 008 1.89
Ləzgilər 609 1.19 253 0.48
Ruslar 91 0.18 67 0.13
Türklər 96 0.19 64 0.12
Avarlar 11 0.02 9 0.02
Tatarlar 0 0.00 0 0.00
Ermənilər Kökü kəsilib Kökü kəsilib Kökü kəsilib Kökü kəsilib
Ukraynalılar 26 0.05 5 0.01
Digərləri 899 1.76 446 0.84

Görkəmli şəxsləri

redaktə

İqtisadi xarakteristikası

redaktə
 
İlisu kəndində Uludağ istirahət mərkəzi

Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.

Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.

İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.

Mətbəx

redaktə

Qax öz mətbəxi ilə də sevilir. Belə ki, onun sürhüllü, xingili, qırs (ala qırsı, ət qırsı, çürümtək qırsı) kimi ləziz təamları vardır. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da, dadları tamam fərqlidir. Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Əsasən, Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, xingili, qırs yeyə bilərsiniz. Reseptləri təqdim etmək yersiz olardı, çünki xəmirin bükülmə, çəkilmə, hətta yoğrulma qaydalarını gözlə görmək gərəkdir. Ən əsası, bəzi yeməkləri sadəcə dadmaq lazımdır. Rayona bir dəfə gəlib bu təamları yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcəkdir.

 
İçəri bazar küçəsi

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Ümumi məlumat. — Azərbaycan Respublikasının inzibati–ərazi vahidləri. — İnzibati kənd rayonları (01.01.2006), səhifə 12. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Qax rayonu [ölü keçid]
  3. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.
  4. 1 2 3 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: Qax rayonu Arxivləşdirilib 2015-11-13 at the Wayback Machine
  5. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2017-09-19 at the Wayback Machine
  6. Population statistics of Eastern Europe Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine: Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  7. "Əhalisi — Qax Rayon İcra Hakimiyyəti". Archived from the original on 2015-06-29. İstifadə tarixi: 29 iyun 2015..

Xarici keçidlər

redaktə
  NODES