Qustav Klimt (alm. Gustav Klimt‎; 14 iyul 1862[1][2][…], Vyana, Avstriya-Macarıstan[4][5]6 fevral 1918[1][2][…], Vyana, Avstriya-Macarıstan[4][6][…]) — avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır. Klimtin əsas mövzusu qadın bədəni idi.

Qustav Klimt
alm. Gustav Klimt
Doğum adı Gustav Klimt[3]
Doğum tarixi 14 iyul 1862(1862-07-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 fevral 1918(1918-02-06)[1][2][…] (55 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult[7][8]
Dəfn yeri
  • Hitsinq qəbiristanlığı[d][9]
Uşaqları 3 oğul, 4 daughter
Fəaliyyəti rəssam, dizayner, qrafika ustası[d], boyakar[d], memarlıq çertyojçusu[d]
Janrlar modern, dini incəsənət[d][5], tarix rəssamlığı[5], peyzaj[5], portret[5], məişət janrı[5]
Stillər simvolizm[10][6], modern[6]
Tanınmış işləri
Tələbəsi Eqon Şile
Üzvlüyü
  • Vyana ayrılması[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

redaktə

Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olmuşdur. Atası Ernst Klimt qravüraçı və zərgər idi və çox az qazanırdı. Rəssamın uşaqlığı kasıbçılıq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi.

1876-cı ildə Klimt Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada memar rəssamlıq təhsili alır. Klimt asanlıqla mühafizəkar təlim prinsiplərini qəbul elədi, yaradıcılığının erkən vaxtlarının işlərini akademik kimi səciyyələndirmək olar. 1877-ci ildə atası kimi qravüraçı olmaq istəyən qardaşı Ernst də məktəbə qəbul oldu. iki qardaş və dostları Frans Matsch ilə birlikdə işləməyə başladılar. 1880-ci ildən sonra onlar "Rəssamlar Kompaniyası" olaraq bir çox sifarişlər aldılar və müəllimlərinə Vyanada Kunsthistorisches muzeyi üçün divar rəsmləri çəkməyə kömək etdilər.

Təhsili bitirdikdən sonra Klim, Matsch və qardaşı Ernst Klimtlə studio açır. Üçlük interyer, xüsusilə teatr dekorasiyası ilə məşğul olurdular. Artıq 1880-ci illərdə onlar öz bacarıqları və teatr dekorasiyaları ilə Avstriya İmperisında məşhurlaşmışdılar və bu işləri indi də orada görmək olar. 1885-ci ildə onlara imperiatriça Elizabetin şəhərdən kənardakı villasının (Midsummer Night's Dream) dekorasiyası tapşırıldı. 1886-cı ildə onları Avstriyanın əsas dekoratorları kimi tanıyaraq Vyana Burqteatrın dekorasiyasını onlara tapşırdılar. 1888-ci ildə rəssamlar işlərini bitirdikdən sonra Verdienstkreuz ilə mükafatlandırıldılar və Klimtə ona böyük şöhrət gətirəcək bir iş – Köhnə Burqteatrın auditoriyasını rəngləmək tapşırıldı. Demək olar ki, fotoqrafik dəqiqliklə çəkilən bu rəsçm əsəri naturalist rəngkarlıqda böyük nailiyyət sayılır. Nəticə etibarilə, Klimt İmperiya Mükafatını qazandı və dəbli rəssama çevrildi. Belə şöhrətin ortasında Qustav Klimt yeni radikal üslüb sayılan ar-nuvo üslubunda çəkməyə başlayır.

Gələcək bir neçə ildə üçlük dağıldı. Frans Matsch daha yaxşı alındığı üçün portret çəkməklə məşğul olmaq istıyirdi. Enyi zamanda, Qustav Klimtin dəyişik stili onların birlikdə işləmələrini mümkünsüz etmişdi. Bundan başqa, atasının ölümündən qısa müddət sonra, Ernst Klimt 1892-ci ildə vəfat etdi.

Bu iki faciədən sonra Qustav diqqətini incəsənət uslubları, həmçinin Yapon, Çin, Qədim Misir və Mikena incəsənəti tarixi üslüblarını eksperiment etməyə yönəldərək ictimaiyyətdən uzaqlaşdı. 1893-cü ildə rəssam sonuncu ictimai sifarişi üzərində işləməyə başladı: Vyana universiteti üçün Fəlsəfə, Tibb və Hüquqşünaşlıq rəsmləri. Bunlar 1900-cü ildə bitəcək və o zamanın adətlərinə görə əxlaqsız olmaları və radikal stilinə görə tənqid olunacaqdı. Təəssüf ki, rəsmlər İkinci dünya müharibəsi zamanı məhv edilmiş və yalnız ağ-qara reproduksiyaları qalmışdır.

2023-cü ildə rəssamın "Yelpikli qadın" əsəri Sotbis hərrac evində 86 milyon avroya satılıb. Beləliklə, bu, Avropada ən yüksək qiymətə satılan rəsm əsəri olub[11].

Əsərləri

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Gustav Klimt (nid.).
  3. baptism registry. C. 3.
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. 1 2 3 4 5 6 7 RKDartists (nid.).
  6. 1 2 3 4 Gustav Klimt // Encyclopædia Britannica (ing.).
  7. Biography.
  8. Sterbebuch. C. 195.
  9. Find a Grave (ing.). 1996.
  10. Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0
  11. İctimai TV. "Avstriyalı rəssamın tablosu rekord qiymətə satıldı" (az.). Youtube.com. 28.06.2023. İstifadə tarixi: 2023-06-28.

Xarici keçidlər

redaktə
  NODES