Liderlik

(Rəhbərlik səhifəsindən yönləndirilmişdir)

Liderlik və ya rəhbərlik — nadir idarə etmək keyfiyyətidir. Rəhbər ilk növbədə kadrların seçilməsi və hazırlanması qayğısına qalmalıdır, icraçılar nə qədər çox səylə işləsələr, hər hansı iş bir o qədər yaxşı yerinə yetirilə bilər. Buna görə rəhbər daim kadr məsələləri ilə məşğul olmalı, icraçıların düzgün seçilməsinə diqqət yetirməli, onlardan ötrü lazım gələn istehsal və məişət şəraitinin yaradılması qayğısına qalmalı, onların peşə cəhətdən yüklənməsinə kömək etməli zəruri maddi və mənəvi həvəsləndirmə sistemini təmin etməlidir.

Rəhbərin əsas vəzifələri haqqında

redaktə

Rəhbər özünün rəhbərlik etdiyi bütün istehsal sahələrinin zəruri, maddi-texniki ehtiyatlarla təmin edilməsi qayğısına qalmalıdır. O istehsalı yaxşı bilməli və həmişə mütərəqqi texnologiyaya əsaslanmalıdır.

Rəhbər işində öz xarakterinə görə müxtəlif olan daimi və ya müvəqqəti təşkilat sistemləri yaradılması məsələləri əməkçi kollektivlərinin yaradılması, aqreqatların kompleksləşdirilməsi, icraçıların və texnikanın iş yerləri üzrə bölüşdürülməsi xüsusi yer tutur. Bu rəhbərin bütün təşkilat işinin çox mühüm və vacib hissəsidir. Bu işdə bu və ya digər formada daim məşğul olmaq lazım gəlir, çünki mövsümi xarakter daşıyır.

Rəhbərin gördüyü işin müvəffəqiyyəti bir çox cəhətdən idarə etdiyi istehsalın bütün sahələrində işlərin vəziyyəti haqqında dolğun və dürüst məlumatı olmasından asılıdır. İstehsalın müxtəlif cəhətlərinin vəziyyəti haqqında mükəmməl məlumat olmadan səmərəli idarəetmə ola bilməz. Buna görə də rəhbər daim elə bir informasiya təminatı sistemi yaratmalıdır ki, bu sistem ona, onun bütün köməkçilərindən və icraçılarından vaxtında zəruri informasiyasını almaq imkanını versin.

Rəhbər daim bütün istehsal sahələrində işlərin vəziyyətini təhlil, nəzarət etməlidir. Bu zaman onu təkcə təşkilat məsələləri deyil, həmçinin iqtisadi texniki-texnoloji və başqa məsələlər də maraqlandırmalıdır. Hər hansı bir sahədə istehsalın gedişi məqsəddən kənarlaşdıqda, o müvafiq təşkilat tədbirləri görməli və ya həmin sahənin gələcək fəaliyyəti proqramında zəruri düzəlişlər etməlidir. Rəhbər təkbaşına rəhbərlik prinsipləri arasında kollektivə rəhbərlik edərkən icraçıları təkcə inzibati hakimiyyət gücü ilə deyil, həmçinin öz nüfuzu ilə adamlara fərdi yanaşma bacarığı ilə də təsir göstərməyi bacarmalıdır.

Rəhbərin iş yeri təkcə onun kabinetindən ibarət deyildir. O, müntəzəm sürətdə bilavasitə əmək proseslərinin icra edildiyi obyektlərə getməli, bölmələrin rəhbərləri ilə, ayrı-ayrı icraçılarla görüşüb istehsal məsələlərini müzakirə etməlidir. Rəhbərin əmək dairəsi onun rəhbərlik etdiyi kollektiv çərçivəsindən kənara çıxır. Rəhbərin vasitəsi ilə təsərrüfat və ya bölmənin xarici mühitlə və yuxarı idarəetmə orqanları ilə əlaqəsi təmin olunur.

Təşkilatçılıq qabiliyyəti haqqında

redaktə

Rəhbər hər şeydən əvvəl yüksək təşkilatçılıq qabiliyyətinə malik olmalıdır. O, kollektiv yaratmağı bacarmalı, işdə zəruri şərait yaratmalı, vəzifələri dəqiq bölüşdürməli və göstərişlərin yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət etməlidir. Rəhbər qarşıya qoyulan məqsədə çatmaq üçün əzmkarlıq göstərməli və zəruri resursları lazımı istiqamətdə cəmləşdirməyi bacarmalıdır.

Müasir şəraitdə istehsal rəhbərləri texniki, iqtisadi, hüquqi və digər cəhətdən savadlı olmalı və müəyyən peşə hazırlığı səviyyəsinə malik olmalıdır. Rəhbərlik etmək üçün səlahiyyətli olmaq, bütün istehsal şəraitini tam və dəqiq bilmək, bu istehsalın texnikasını müasir biliklər səviyyəsində mənimsəmək və müasir elmi bilikləri səviyyəsində olmaq lazımdır. Məsələn: bilavasitə texnoloji proseslərin idarə edilməsi ilə məşğul olan rəhbərlər, baş mühəndislər, istehsal, istehsalat və texniki şöbənin rəisləri, iş icraçıları və ustalar, nəinki yalnız istehsalın incəliklərini mükəmməl bilməli, həm də müntəzəm olaraq öz texniki səviyyələrini yüksəltməli, öz sahəsindəki bütün ən yeni nailiyyətlər haqqında təsəvvürə malik olmalı və bu nailiyyətlərdən səmərəli şəkildə istifadə etməyi də bacarmalıdır. Rəhbər istehsalın idarəedilməsinin nəzəriyyəsi və təşkili, iqtisadiyyat, hüquqi, sosiaologiya v psixologiya da daxil olmaqla zəruri elmi fənlər kompleksi ilə bərabər bir sıra texniki biliklərə yiyələnməlidir. Bundan başqa onun idarə etməyə elmi cəhətdən kompleks yanaşması və əldə etdiyi bütün bilikləri rəhbərlikdə birləşdirməsi də son dərəcə vacibdir.

Rəhbərin mühüm keyfiyyətlərindən biri təşəbbüskarlıq və müstəqil qərar qəbul etmək qabiliyyətidir. O, riskə getməyi, konstruktiv düşünməyi bacarmalı və öz tabeçiliyində olanların orijinal düşünməsini stimullaşdırılmalıdır.Rəhbər tabeçiliyində olan şəxslərə qarşı diqqətli olmalı, onların şəxsi tələbatlarını dərindən başa düşməli və hər bir şəxsə fərdi yanaşmağı bacarmalıdır. Rəhbər dözümlü, nəzakətli olmaqla bərabər tündməcaz olmamalıdır.

Rəhbərlərin özlərinə və tabeçilikdə olanlara qarşı yüksək tələbkarlığa psixoloji faktla sağlam sinirlə və istənilən şəraitə uyğunlaşmaq bacarığı ilə əlaqələndirməlidir. Rəhbərin ən başlıca mənəvi-psixoloji keyfiyyətlərindən biri düzlük və alicənablıqdır. Bu keyfiyyətlər həmişə və hər yerdə istehsalda, insanlara münasibətdə və ailədə özünü göstərməlidir.

Hamı özünü rəhbərə bərabər tutmağa çalışır və onu etalon kimi qəbul edir. Buna görə də onlar, yəni rəhbərlər həmişə və hər yerdə öz davranışlarına fikir verməlidir. Xarici görünüş onun vizit kartoçkasıdır. Bununla insan haqqında ilkin mülahizələr yürüdülür. Burada belə bir atalar sözünü xatırlamaq yerinə düşür ki, geyimlə qarşılayır, ağılla yola salırlar.

İnsanları özünə cəlb etmək bacarığı rəhbərin ən mühüm keyfiyyətlərindən biridir. Bu tabeçilikdə olanların tələbatlarını, onların maraqlarını və nəyə cəhd etdiklərini öyrənmək əsasında işlənib hazırlanan istedad və məharətdir. Kütlələri idarəetməyə mürəkkəb istehsal və sosial-məişət problemlərinin həllinə fəal cəlb etmək bacarığı xüsusilə vacibdir. Tənqid və özünü tənqidin həvəsləndirilməsi həmişə adamlara xoş təsir bağışlayır, rəhbərin nüfuzun möhkəmləndirir, inam atmosferi yaradır və əlverişli sosial-psixoloji mühit yaranmasına kömək edir.

Rəhbər göründüyü öhdəliklərə ciddi əməl etməlidir və öz emosiyalarını idarəetməyi bacarmalıdır. Davranışda humanist olmaq və ətrafdakılara hörmət hissi bəsləmək müasir rəhbərlər üçün son dərəcə vacibdir. Rəhbər üçün son dərəcə zəruri olan keyfiyyətlərdən biri də daimi işin element kimi müntəzəm və zəhlətökməyən nəzarəti təşkil etmək bacarığıdır.

Rəhbərlik üslubu hər bir rəhbərə xas olan metodlar və fəndlər sistemidir. Bunların köməyi ilə onlar idarəetmə üzrə öz funksiyalarını reallaşdırırlar.

Konkret istehsal şəraitində kollektiv rəhbərlik üslubu bir sıra əsas amillərdən təşkil olunur. Mühüm amillərdən biri istehsalın xarakteri, onun təşkili və texnoloji xüsusiyyətləridir. İstehsalın xarakterinin təsiri yalnız bir mənalı deyildir, həm də ziddiyyətlidir. O, eyni zamanda müxtəlif istiqamətlərdə fəaliyyət göstərir: bir tərəfdən təşkiletmə və idarəetməni mürəkkəbləşdirir, digər tərəfdən isə idarəetmə heyətinin və bütövlükdə bütün kollektivin fəaliyyətini stimullaşdırır . İdarəetmə üslubunun formalaşmasında yalnız rəhbərlər deyil, həm də kollektiv mühüm rol oynayır. Bununla əlaqədar olaraq kollektiv nə qədər uzun müddətə mövcud olarsa bir o qədər sabit olar, onun rolu mühüm olar və rəhbərin idarəçilik üslubunun formalaşmasına bir o qədər təsir göstərər.

Möhkəm (sarsılmaz ) ənənələri olan kollektivlər öz tərkibi və quruluşu ilə təşəkkül tapmış qarşılıqlı münasibətləri ilə psixoloji mühiti ilə rəhbərlik üslubuna təsir göstərir. Kollektivin yaş və cins üzrə ixtisas səviyyəsi və ümumi təhsil hazırlığı üzrə siyahıların xüsusi çəkisi üzrə tərkibi rəhbərlik üslubunun işlənib hazırlanmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Formalaşmaqda olan kollektivlər idarəetmə üslubuna öz qeyri-müəyyənliyi ilə tələbatın qeyri-sabitliyi ilə və dəqiq ifadə edilməmiş sosial qeyri-sabitliklə təsir edir.Rəhbərin şəxsiyyəti, onun temperamenti, əsas xarakterik əlaqələri, siyasi və əxlaqi dünyagörüşü (kredosu), peşə biliklərinin səviyyəsi idarəetmə üslubunun formalaşmasının əsas amilidir.

Rəhbərlik üslubunun təsnifatı haqqında

redaktə

Rəhbərin şəxsi keyfiyyətlərinin təsiri altında onun istifadə etdiyi idarəetmə metodları və fəndləri formalaşır: onun subyektiv yanaşması olaraq konkret məzmun verir və çox vaxtı yalnız formasını saxlayır. Məhz bu həmin rəhbərə xas olan idarəetmə metodları və üsullarına müəyyən tamlıq gətirir və bənzərsiz idarəetmə üslubu yaradır. Üslub özündə sosial-siyasi anlayışı əks etdirir, onda rəhbərin öz dünyagörüşü öz əksini tapır. Üslubda hər şeydən əvvəl rəhbərlərlə tabeçilikdə olanlar arasındakı münasibətlərdən ifadə olunur. Buna görə də rəhbərlik üslubunun keyfiyyətlərini müəyyən edərkən yadda saxlamaq lazımdır ki, hər şeydən əvvəl bu şərait onların təsnifatının əsasını təşkil edir. Rəhbərlik üslubunun təsnifatının bir neçə tipi vardır ki, bu da özündə ən çox yayılmış üç növü birləşdirir.

  1. Direktiv. Bunu çox vaxtı avtoritar rəhbərlik üslubu da adlandırırlar
  2. Demokratik
  3. Liberal

Direktiv idarəetmə üslubu şəraitində qərarlar rəhbər tərəfindən təkbaşına qəbul edilir; demokratik üslub şəraitdə rəhbər qərarların işlənib hazırlanmasına məsul şəxslərin icraçılara, ictimai təşkilatları və kollektivləri cəlb edir. Liberal üslubda isə qərarlar rəhbərlərin susmaqla razılaşdığı bir şəraitdə tabeçilikdə olanlar tərəfindən qəbul edilir. Direktiv idarəetmə üslubu şəraitində rəhbər səlahiyyət və hüquqları öz əlində cəmləşdirir, vəzifələri isə tabeçilikdə olanlar arasında bölüşdürür, demokratik üslub şəraitində rəhbər səlahiyyət və hüquqları tabeçiliyində olanlarla bölüşür, liberal üslub şəraitində isə hüquq və vəzifələr nisbətən az dəqiqliklə rəhbərlər və tabeçilikdə olanlar arasında bölüşdürülür. Liberal rəhbər çalışır ki, məsuliyyəti öz üzərinə götürsün. Demokratik idarəetmə üslubu şəraitində isə rəhbərlər məsuliyyəti tabeçiliyində olanlarla bölüşdürür. Direktivdə isə məsuliyyəti tabeçilikdə olanlar daşıyır.

İstinadlar

redaktə
  NODES