Rəhməti Təbrizi

Rəhməti Təbrizi (?-1616) — Azərbaycan şairi.

Həyatı

redaktə

Təx­mi­nən XVI əs­rin or­ta­la­rın­da Təb­riz­də dün­ya­ya gəl­miş, Hin­dis­ta­na sə­fər edə­rək 1616-cı il­də ora­da və­fat et­miş Rəh­mə­ti Təb­ri­zi­dir. Təz­ki­rə­çi Tə­qi Əv­hə­di "Ərə­fa­tül-aşi­qin və ərə­sa­tül-ari­fin" ad­lı təz­ki­rə­sin­də onun Hin­dis­tan sə­fə­rin­dən əv­vəl (1605-ci il­dən ön­cə) 7-8 min beyt­lik di­va­nı­nı gör­dü­yü­nü qeyd et­sə də, şai­rin AMEA M.Fü­zu­li adı­na Əl­yaz­ma­lar İnsti­tu­tun­da sax­la­nı­lan şeir­lə­ri 2050 beyt həc­min­də­dir. Bu şeir­lə­rin ək­sə­riy­yə­ti fars­ca­dır, cə­mi 25 qə­zəl və 1 rü­bai (129 beyt) Azər­bay­can türk­cə­sin­də­dir. Şa­ir fars­ca yaz­dı­ğı fəx­riy­yə­lə­rin­də döv­rü­nün bir sı­ra sə­nət­kar­la­rı­nın, ərəb şair­lə­rin­dən Bux­to­ri və Bu fə­ra­sın, fars şair­lər­dən Ün­sü­ri, Ən­və­ri, Ru­də­ki, Əs­cə­di, Fü­tu­hi, Də­qi­qi və baş­qa­la­rı­nın adı­nı çə­kir, özü­nü on­lar­dan üs­tün sa­yır. Ad­la­rı­nı çək­mə­sə də, onun türk­cə şeir­lə­rin­də Nə­vai və Fü­zu­li­dən tə­sir­lən­di­yi­ni gör­mə­mək müm­kün de­yil. I Şah Ab­ba­sın döv­rün­də (1587-1629) Hin­dis­ta­na mü­ha­ci­rət edən şa­ir bu öl­kə­nin müx­tə­lif ədə­bi məc­lis­lə­rin­də çox yük­sək də­yər­lən­di­ri­lən Nə­vai şeir­lə­ri ilə da­ha ya­xın­dan ta­nış ol­maq im­ka­nı əl­də et­miş­di. C.Na­ğı­ye­va Rəh­mə­ti­nin Nə­vai ya­ra­dı­cı­lı­ğı­na ya­xın­lı­ğı ba­rə­də ya­zır: "Rəh­mə­ti də Nə­vai ki­mi in­sa­nı hər şey­dən uca tut­muş­dur. Əgər Nə­vai­də "Məs­hə­fi-hüs­nün­də gör­düm bis­mil­la­hi­ni" oxu­yu­ruq­sa, Rəh­mə­ti "Məs­hə­fi-hüs­nün­də ol pey­vəs­tə bis­mil­lah­lər" de­yir. Hər iki şair­də za­hid və vaiz­lə­rin tən­qi­di ey­ni­dir. Rəh­mə­ti də Nə­vai ki­mi "Ka­fe­re-eş­qəm be­dəs­təm süb­he­ye mə­deh", "Mə­nəm Al­lah", "Mə­nə Mən­sur ki­mi dar ağa­cı la­zım­dır" de­yir, şə­ra­bı kö­nül açan ne­mət, gö­zə­lin üzü­nü Məş­həf (Qu­ran), xət­tü xa­lı­nı Qu­ran­da­kı e'rab­lar he­sab edir". Rəh­mə­ti­nin qə­zəl­lə­rin­də iş­lət­di­yi "niy əcəb" ("nə əcəb"), "gö­tür­gəc" ("gö­tür­cək") ki­mi cı­ğa­tay söz­lə­ri bir da­ha onun Nə­vai­dən bəh­rə­lən­di­yi­ni gös­tə­rir. Rəh­mə­ti­nin cı­ğa­tay söz­lə­rin­dən da­ha çox is­ti­fa­də et­di­yi "İtlər ilən süb­hə­dək hər ge­cə fər­yad ey­lə­rəm", "Dəhr əs­ba­bi­nə, ey dil, çox də­xi et­mə hə­vəs", "Bə­nim ye­rim fə­na bəh­ri­vü Məc­nun ye­ri sa­hil­dür" şeir­lə­rin­də Nə­vai ru­hu da­ha çox du­yu­lur.

Yaradıcılığı

redaktə

Mənbə

redaktə

Ənvər Çingizoğlu, Rəhməti Təbrizi, "Soy" еlmi-kütləvi dərgi, 2010, №6, səh.85-86.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES