Ramiz Məlik
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ramiz Məlik (tam adı: Ramiz Ağarza oğlu Məlikov; 4 avqust 1943, Bakı – 14 dekabr 2023, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (1998), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Ramiz Məlik | |
---|---|
Doğum tarixi | 4 avqust 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 14 dekabr 2023 (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Fəaliyyəti | aktyor, kino aktyoru |
Fəaliyyət illəri | 1967–2023 |
Mükafatları |
|
IMDb | ID1142115 |
Həyatı
redaktəRamiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.
Ramiz Məlik 14 Dekabr 2023-cü ildə 80 yaşında vəfat edib.[1] İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]
Mükafatları
redaktəRamiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1998-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.[3]
29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.[4] Prezident təqaüdçüsü olmuşdur.
14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.[5]
Teatr səhnəsindəki rolları
redaktə- Marsel ("Hamlet", Uilyam Şekspir),
- Aqşin ("Od gəlini", Cəfər Cabbarlı),
- Barat ("Almaz", Cəfər Cabbarlı),
- Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
- Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
- Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
- Teymur ("Yastı təpə", Əkrəm Əylisli),
- Valter ("Yad adam", L. Frank),
- Arif ("İblis", Hüseyn Cavid),
- Jan ("Dəfn edilməmiş ölülər", J. P. Sartr),
- Toğrul ("Atabəylər", Nəriman Həsənzadə),
- Antoni ("Kölgələrin oyunu", Y. Edlis),
- Katib ("Gecə döyülən qapılar", Nəbi Xəzri),
- Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
- Vilyams ("Kəllə", Nazim Hikmət),
- Qaçaq Süleyman ("Dirilən adam", İsmayıl Şıxlı),
- İvanov ("Yaşar", Cəfər Cabbarlı).
Filmoqrafiya
redaktə- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Əlinin dostu
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-filmi səsləndirən: Bəylər (Əbdül Mahmudov)
- Araqarışdıran (film, 1987)
- Aşkarsızlıq şəraitində... (film, 1986)
- Atillanın atlıları (film, 2002)
- Babək (film, 1979) - rol: Səhl İbn Sumbat
- Bakıda küləklər əsir (film, 1974)
- Bəyaz həyat (film, 2003)
- Bir anın həqiqəti (film, 2003)
- Bir cənub şəhərində (film, 1969)
- Bircəciyim (film, 1986) - rol: Yusifov
- Cəza (film, 1986)
- Dağıdılmış körpülər (film, 1996)
- Dağlarda döyüş (film, 1967)
- Dəfn edilməmiş ölülər (film, 1988)
- Divar (film, 1991)
- Doğma sahillər (film, 1989)
- Ən vacib müsahibə (film, 1971)
- Gözlə məni (film, 1980)
- Günahsız Abdulla (film, 1984)
- Günaydın, mələyim! (film, 2008)
- Hökm (film, 1994)
- İnanmırsansa… — Adil
- İstanbul reysi (film, 2010)
- İstintaq (film, 1979)
- İstintaq davam edir (film, 1966)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Kimin Sualı var?
- Qanun naminə (film, 1968)
- Qapalı orbit (film, 1984)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Qatır Məmməd (film, 1974)
- Qəm pəncərəsi (film, 1986)
- Qəzəlxan (film, 1991)
- Qu quşunun məhəbbəti (1995)
- Qüdsi (film, 2007)
- Mahmud və Məryəm (film)
- Məhkumlar (film, 2007)
- Mən ki gözəl deyildim (film, 1968)
- Nəsimi (film, 1973)
- O qızı tapın (film, 1970)
- Od içində (film, 1978)
- Ömrün ilk saatı (film, 1973)
- Özgə ömür (film, 1987)
- Park (film, 1983)
- Sevinc buxtası (film, 1977)
- Səmt küləyi (film, 1973)
- Son döyüş (film, 1996)
- Şahid qız (film, 1990)
- Şeytan göz qabağında (film, 1987)
- Şərqin səhəri — Bəhruz
- Taleyin qisməti beləymiş (film, 1996)
- Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
- Tütək səsi (film, 1975)
- Ulduz (film, 1964)
- Ümid (film, 1995)
- Yaramaz (film, 1988)
- Yeddi oğul istərəm... (film, 1970)
İstinadlar
redaktə- ↑ Xalq artisti Ramiz Məlik vəfat edib
- ↑ "Xalq artisti Ramiz Məlik dəfn olunub". 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
- ↑ Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010. (az.)
- ↑ "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-02.
- ↑ "R.A.Məlikin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.