Nürnberq qurultayları

(Reichsparteitag səhifəsindən yönləndirilmişdir)

Reyxsparteitaq (Rəsmi: Reichsparteitag; "Reich partiya konqresi" mənası verir) — Reyxsparteitaq 1923–1938-ci illərdə Veymar RespublikasındaNasist Almaniyasındakı Nasional Sosialist Alman Fəhlə Partiyasının (Nasist Partiyası, NSDAP) illik mitinq idi.

Reichsparteitag 1934, Luitpoldarena

NSDAP tərəfindən ilk yığıncaqlar 1923-cü ildə Münhendə və 1926-cı ildə Veymarda təşkil edildi. 1927-ci ildən sonra təkcə Nürnberqdə keçirildi. Nürnberq praqmatik səbəblərdən seçilmişdi. Bu şəhər yaxşı bir yer kimi uyğun idi.

Nürnberq polisi bu mitinqlərə rəğbətlə yanaşırdı. Partiya, ordu və dövlətin hər təbəqəsindən olan iştirakçılar və də yarım milyondan çox iştirakçının hər il artan sayı ilə izdiham ilə zirvəyə çatmışdı. Bu görüşlərdə güc nümayişi yalnız mitinqlə məhdudlaşmırdı; Çılğın izdiham tərəfindən şəhər mərkəzinə yürüş də həyata keçirilirdi.

Partiya qurultayları, Almaniya xalqı və Nasist Partiyası arasında həmrəyliyi simvolizə etmək üçün keçirilirdi. Nürnberq yığıncaqlarının ilk məqsədi Adolf Hitlerin ifrat dərəcədə qüvvətlənməsini gücləndirmək idi. Hitler Almaniyanın və almanların xilaskarı olaraq təsvir edilirdi. Toplanan kütlələr Fürerin çıxışlarını dinləyir və ona sədaqət andı içirdilər.

  NODES