Rezonans
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Rezonans - sistemə təsir edən xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi rəqslərin tezliyinə bərabər olduqda icbari rəqslərin amplitudunun artaraq maksimum qiymət almasına deyilir. Rəqs amplitudunun maksimum qiyməti mühitin sürtünmə (müqavimət) qüvvəsindən də asılıdır. Müqavimət böyük olduqda rezonans hiss olunmaya bilər. Məsələn, havada sapdan asılmış yükün rəqslərinin amplitudu rezonansda artsa da maye mühitində artırmaq olmur. Hər bir sistemə məxsus məxsusi rəqs tezliyi var.
Periodik təsir edən kiçik qüvvələr qurğuları, tikililəri dağıda bilər. Buna görə körpülərdən keçərkən ,binalarda nizamlı yeriş olmaz .
Rezonans anlayışı ilk dəfə 1602-ci ildə Qalileo Qaliley tərəfindən kəfgirin və musiqi simlərinin tədqiqinə həsr olunmuş əsərlərində öz əksini tapmışdır.
Ədəbiyyat
redaktə- A.Mehrabov və b. Fizika kursu.
- X.Şirinov. Fizika.