Riçard Kantilyon

Riçard Kantilyon (ing. Richard Cantillon; 1670-ci illər[1][2][…] və ya 1680[3], Kerri[d]14 may 1734, London) — İrlandiya və Fransa iqtisadçısı, Uilyam Stenli Cevons tərəfindən "siyasi iqtisadiyyatın beşiyi" olaraq qəbul edilən "Ticarətin təbiəti haqqında ümumi oçerk" (fr. Essai sur la Nature du Commerce en Général) kitabının müəllifi.[5][6] Kantilyonun həyatı haqqında az məlumat olsa da, gənc yaşlarından müvəffəq bir bankir və tacir olduğu məlumdur. Müvəffəqiyyəti, əsasən, ailəsi və onu ilk işə götürən Ceyms Brics vasitəsilə qurduğu siyasi və işgüzar əlaqələrin nəticəsi idi. 1710-cu illərin sonu və 1720-ci illərin əvvəllərində Kantilyon spekulyasiya etdi və daha sonra böyük sərvət əldə edəcəyi Con Loun Mississipi Company şirkətini maliyyələşdirdi, lakin müvəffəqiyyəti öldüyü 1734-cü ilə qədər borcluları tərəfindən qaldırılan məhkəmələr, cinayət ittihamları və hətta öldürmə planlarına səbəb olaraq, onu rahat qoymadı.

Riçard Kantilyon
Richard Cantillon
Doğum tarixi 1670-ci illər[1][2][…] və ya 1680[3]
Doğum yeri
Vəfat tarixi 14 may 1734(1734-05-14)
Vəfat yeri
Təsirlənib Uilyam Petti, Con Lokk, Siseron Mark Tulli, Böyük Plini, Edmund Halley, İsaak Nyuton
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oçerk Kantilyonun iqtisadiyyat elminə verdiyi yeganə töhfə olaraq qalır. Əsər 1730-cu illərdə yazılmış və geniş əlyazmalar şəklində yayılsa da, 1755-ci ilə qədər nəşr olunmamışdır. Təxmini 1770-ci illərin sonlarında Qaspar Melçor de Covellanos tərəfindən ispan dilinə tərcümə edilmiş "Ticarətin təbiəti haqqında oçerk" iqtisadiyyat üçün vacib ədəbiyyat hesab edilmişdir. Oçerk fiziokratiyanınklassik iqtisadi məktəblərin erkən inkişafına çox böyük təsir göstərməsinə baxmayaraq, 19-cu əsrin sonlarında Cevons tərəfindən yenidən kəşf edilənə qədər diqqətdən kənar qalmışdı.[6] Kantilyon bir bankir kimi təcrübələrindən və Con Loun Mississippi Company spekulyativ köpüyündən təsirlənmişdi. Bundan əlavə, əvvəllər iqtisadçılardan, xüsusən də Uilyam Pettinin iqtisadi baxışından böyük ilham almışdı.

İqtisadiyyatla bağlı bu oçerk iqtisadiyyat elminə çoxsaylı töhfələr verən ilk tam traktat hesab olunur. Bu töhfələrə aşağıdakılar daxildir: Kantilyonun səbəb və nəticə metodologiyası, pul nəzəriyyələri, sahibkarın risk daşıyıcısı olma anlayışı və məkan iqtisadiyyatının inkişafı. Kantilyonun bu əsəri Adam Smit, Ann Tyürqo, Jan Batist Sey, Frederik BastiatFransua Kenenin əsərləri daxil olmaqla, siyasi iqtisadiyyatın erkən inkişafına əhəmiyyətli təsir göstərmişdir.[7]

Həyatı

redaktə

Riçard Kantilyonun bioqrafiyası ilə bağlı təfərrüatlar az olsa da,[a] 1680-ci illərdə İrlandiya Kounti Kerridə anadan olduğu düşünülür.[b][7] O, Belliheyqin torpaq sahibi Riçard Kantilyonun oğlu idi.[10] 18-ci əsrin ilk onilliyinin ortalarında Kantilyon Fransaya köçdü və burada Fransa vətəndaşlığını qəbul etdi.[9] [11] 1711-ci ildə Kantilyon paymaster general Ceyms Bricsin İspaniyada İrs müharibəsi əsnasında ingilis əsirlərinə ödəmələri təşkil etdiyi İspaniyada işə düzəldi.[9] Kantilyon Parisə qayıtmadan əvvəl bir sıra biznes və siyasi əlaqələrini inkişaf etdirərək 1714-cü ilə qədər İspaniyada qaldı.[12] Cantillon daha sonra o dövrdə bir ailə bankının Paris filialının aparıcı-müxbiri olan əmisi oğlu üçün işləyərək, bank sektoruna daxil oldu.[13] [12] [14] İki il sonra Ceyms Bricsin maliyyə dəstəyi sayəsində Cantillon əmisi oğlunun hissələrini aldı və banka sahib oldu.[13] [12] Həm ailə,[c] həm də Ceyms Brics vasitəsi ilə nail ola bildiyi iqtisadi və siyasi əlaqələrləri olan Cantillon Paris və London arasında pul köçürmələri sahəsində ixtisaslaşaraq, olduqca uğurlu bir bankir olduğunu sübut etdi.[15]

Eyni zamanda, Kantilyon Mississipi Company vasitəsilə britaniyalı merkantilist Con Loula yaxın əlaqələr qurmuşdu.[16] [17] Uilyam Potterin 1650-ci ildə yazdığı Sərvətin açarı kitabında bəhs olunan monetar nəzəriyyəyə əsaslanan[18] Con Lou pul təklifindəki artımların məhsuldarlığı artıraraq, istifadəsiz torpaq və əməyin istismarına səbəb olacağını bildirirdi.[19] [12] 1716-cı ildə Fransa hökuməti onu "Banque Generale"-yi (daha sonra Fransa Mərkəzi Bankına çevriləcəkdi) qurmaq və Mississipi Company adı altında Şimali Amerikadakı Fransa ərazilərinin inkişafının defakto inhisar icazəsini verməklə mükafatlandırdı. Lou da qarşılığında hökumətə hökumət borclarını daha aşağı faiz dərəcəsiylə maliyyələşdirmə sözü verdi.[20][12] Lou öz investorlarını maliyyələşdirmək üçün dəyərli kağız çıxarmaq məqsədiylə Banque Generalda olan faktiki inhisar hüquqularından istifadə edərək və Mississipi Company-nin də hissələrini satmaqla iqtisadi spekulyativ köpük yaratdı.[21] [12] [22]

Riçard Kantilyon da bu iqtisadi köpükdən istifadə etdi. O, Mississipi Company-nin hissələrini ilk başda aşağı qiymətdən alıb, yüksələn qiymətlərdən sataraq böyük sərvət əldə etdi. O, bu müddətdə Loun şəxsi bankiri kimi də fəaliyyət göstərirdi.[21] Kantilyonun maliyyə sahəsindəki bu uğuru və artan təsiri onun Con Loula olan münasibətlərində sürtünmələrə səbəb oldu və bu səbəblə az sonra Con Lou onu 24 saat içində ölkəni tərk etməməsi halında həbsə atmaqla təhdid etdi.[23] Kantilyon da cavabında: "Mən heç yerə getməyəcəm, ancaq sənin sisteminin müvəffəq olmasına kömək edəcəm" — dedi.[23] Bu məqsədlə, 1718-ci ildə Lou Kantilyon və varlı spekulyator Cozef Geyc Şimali Amerikada gələcəkdə yaranacaq daşınmaz əmlak spekulyasiyasını maliyyələşdirməyi hədəfləyən özəl bir şirkət qurdu.[12] [24]

Kantilyon 1719-cu ildə Amsterdama getmək üçün Parisi tərk etsə də, 1720-ci illərin əvvəllərində geri qayıtdı. Parisdə borc verdikdən sonra, Kantilyonun London və Amsterdamda ona yenidən ödənilməli olan külli miqdarda borclar var idi.[21] Mississipi köpüyünün çökməsiylə birlikdə, Kantilyon borclarını yüksələn faiz dərəcəsiylə geri ala bilmişdi.[24] Ona borclu olanların əksəriyyəti dəymiş maliyyə zərərindən əziyyət çəkmişdi və buna görə ölənə qədər Kantilyonu günahlandırmışdılar. Kantilyon ömrünün sonuna qədər ölüm təhdidləri və ona açılan məhkəmə işləri ilə əlləşməli oldu.[25] [26]

1722-ci il fevralın 16-da Kantilyon varlı tüccar və keçmiş irland general Kount Danyel Omahoninin qızı Meri Mahoni ilə evlənərək, 1720-ci illərin qalanını arvadı ilə birlikdə Avropanı səyahət edərək keçirdi.[27] [26] Meri ve Kantilyonun iki uşağı var idi: erkən yaşda ölən oğlu və ardıcıl olaraq 3-cü Stafford qrafı1-ci Farnham qrafının arvadı olmuş qızı Henrietta.[28] Kantilyonun 1729–1733-cü illər arasında tez-tez Parisə qayıtmasına baxmayaraq, onun daimi yaşayış yeri Londonda idi.[29] [30] 1734-cü ildə onun Londondakı mülkü təmamilə yanıb külə döndü və Kantilyonun da bu evin içərisində yanaraq öldüyü düşünüldü.[31] [32] [33] Yanğının səbəbi naməlum olaraq qalsa da, ümumi qəbul olunan fikir bunun bir sui-qəsd olduğu idi.[34] Kantilyonun həyatını araşdıran Antoin Mörfi Kantilyonun əslində yanğında ölmədiyini və yanğını da borclularından qaçmaq üçün qəsdən onun tərəfindən başlanması ilə bağlı nəzəriyyəni ortaya atdı. Mörfiyə görə o, daha sonra Çevalyer de Lüviqni adıyla Surinamda görünmüşdü.[34]

İqtisadiyyata töhfələri

redaktə

Riçard Kantilyonun yazdığı çox sayda əlyazmaların olduğu sübut olunmasına baxmayaraq, sadəcə "Essai Sur La Nature Du Commerce En Général" (azərb. Ticarətin təbiəti haqqında ümumi oçerk‎), qısaca "Oçerk", bu günə qədər gəlib çıxmışdı..[7][35] Əsər 1730-cu ildə yazılmış,[36] ölümündən 21 il sonra 1755-ci ildə fransız dilində nəşr edilmiş[37] və ancaq 1932-ci ildə Henri Hiqz tərəfindən ingilis dilinə tərcümə edilmişdir.[38] Araşdırmalar göstərir ki, oçerkin iqtisadiyyat elminin ilkin inkişafında çox böyük təsiri olmuşdur. Ancaq Kantilyonun bu əsəri 19-cu əsrdə böyük dərəcədə diqqətdən kənar qalmışdır.[6] 19-cu əsrin sonlarına doğru oçerk onu "siyasi iqtisadiyyatın beşiyi" adlandıran Uilyam Stenli Cevons tərəfindən yenidən kəşf edildi.[5][6] Bu kəşfdən sonra Kantilyonun oçerkinə olan diqqət sürətlə artmağa başladı. Oçerk iqtisadi nəzəriyyəylə bağlı ilk tam traktat olaraq qəbul edildi[39][14][36][40] və Kantilyon "təşəbbüs iqtisadiyyatının atası" olaraq adlandırıldı.[7][41]

 
Kantilyonun düşüncələrinə ən çox təsir edən məşhur iqtisadçı Uilyam Petti [42]

Kantilyonun yaradıcılığına ən böyük təsir edənlərdən biri ingilis iqtisadiyyatçı Uilyam Petti və onun 1662-ci ildə vergilərlə bağlı yazdığı elmi iş idi.[43] Petti Kantilyonun oçerkinin təməlini təşkil etməsinə baxmayaraq,[42] Antoni Bruyer Pettinin təsirinin şişirdildiyini iddia edir.[44] Pettidən başqa Kantilyonun düşüncələrinə təsir edənlərə Con Lokk, Mark Tulli Siseron, Tit Livi, Böyük Plini, Kiçik Plini, Çarlz Deyvnant, Edmund Halley, İsaak Nyuton, Sebastyan Voban, və Jan Boizardı misal göstərmək olar.[4] Kantilyonun Con Loun spekulyativ köpüyünə daxil olması onun pul təklifindəki artım, qiymət və istehsal arasındakı əlaqələrə olan baxışına əsaslı və böyük ölçüdə təsir etmişdir.[45]

Metodologiya

redaktə

Kantilyonun oçerkini digər merkantilist sələflərindən ayıran tərəf oçerkin yazıldığı fərqli metodoloji üslub idi.[7][46] Oçerk Kantilyonun iqtisadi hərəkət və fenomenlər arasındakı səbəb və nəticə əlaqəsini tətbiq etmək mənasına gələn "təbii" sözüylə dolu idi.[47] İqtisadçı Marrey Rotbard Kantilyonu iqtisadi hadisələri idarəsi mümkün olmayan dəyişkənlərin birləşdiyi, sadə olmayan modellərlə teoriyalaşdıran ilk nəzəriyyəçilərdən biri kimi qəbul edir.[48] Kantilyon asılı olmayan dəyişənləri zərərsizləşdirmək üçün oçerik boyunca ceteris paribus anlayışından tez-tez istifadə edir.[49] [50] Bundan əlavə, o, mürəkkəb hadisələri sadə müşahidələrdən çıxartmaqla Karl Mengerin metodoloji fərdiyyətçiliyinə bənzər[12] bir metodologiyadan istifadə edir.[51]

Səbəb-nəticə metodologiyası iqtisadiyyat elminə nisbi olaraq dəyərdən təcrid olunmuş nəzəriyyələrin daxil olmasına səbəb oldu. Əslində, Kantilyon hər hansı bir iqtisadi hərəkətin və ya fenomenin yaxşı tərəflərini ortaya çıxarmaqda maraqlı deyildi, o daha çox dəyişkənlər arasındakı əlaqələrə fokuslanmışdı.[52] Bu da Kantilyonun əvvəlki merkantilist yazıçılardan daha böyük ölçüdə iqtisadiyyatı siyasət və etikadan ayırmağına səbəb oldu.[48] Onun bu və hökumət tərəfindən dəstəklənən ticarət profisitinağd toplanılmasının müsbət iqtisadi stimul olaraq görməsi[53] Kantilyonun sadəcə bir merkantilist yoxsa ilk anti-merkantilist olaraq qəbul edilməsi müzakirələrini də özüylə gətirdi.[54][55] Araşdırmaçıların bir qismi Kantilyonun merkantilist olduğuna işarə edən düşüncələriylə, əslində onun merkantilist siyasətin açıq bir şəkildə çox limitli olduğunu göstərərək, neytral bir təhlil ortaya qoyduğunu düşünür.[56]

Monetar nəzəriyyə

redaktə

Kantilyon ilə öncül merkantilistlər arasındakı fərqlər bazarda sərvətin və qiymətin necə ortaya çıxması ilə bağlı mövzularda özünü göstərirdi.[12] Kantilyon sərvətin "ərzaq, rahatlıq və həyat zövqündən başqa bir şey olmadığını" nəzərə alaraq, pul və sərvəti bir birindən ayırırdı.[57] O, istehsalata daxil olan torpaq və əməyə əsaslanan (istehsal xərci) həqiqi dəyər nəzəriyəsini müdafiə etsə də, bir çoxları düşünür ki əslində o bununla subyektiv dəyər nəzəriyyəsinə toxunmuşdu.[58][59] Kantilyon iddia edirdi ki, qiymətlər bir başa malın həqiqi dəyəri tərəfindən yox, bazardakı tələb və təklifdən yaranır.[60] O, bazar qiymətlərinin müəyyən bir bazarda müəyyən bir malın miqdarı olan təklif və mübadilə üçün bazara gətirilən pulun miqdarı olan tələbin müqayisəsindən törəndiyini düşünürdü.[61] Bazar qiymətlərinin həqiqi qiymətlərə yaxınlaşma meyilliyinin olduğuna inanan Kantilyon qazancın eyniliyi prinsipinin (malın bazar qiymətindəki dəyişikliklər qazancdakı artım və azalışlara cavab olaraq təklif miqdarında dəyişikliklərə səbəb ola bilir) əsasını qoymuş ola bilərdi.

 
Kantilyonun primitiv dövr axının təsviri (ingilis dilində)

Kantilyon, həmçinin, oçerkində nisbi inflasiya və pulun dövr sürəti konsepsiyalarına da fokuslanaraq, Con Lokkun pulun miqdar nəzəriyyəsini inkişaf etdirmişdi. O, inflasiyanın tədricən ortaya çıxdığını, pulun neytrallığı nəzəriyyəsinə əsaslanaraq da yeni pul təklifinin inflasiya üzərindəki təsirinin çox az olduğunu düşünürdü.[62] Üstəlik orijinal alıcıların sonrakı alıcılar hesabına yeni pul səviyyəsində daha yüksək alım qabiliyyətinə və həyat standartlarına sahib olduğu fikrini irəli sürürdü.[63] Nisbi inflasiya və ya iqtisadiyyatdakı müxtəlif malların qiymətləri arasındakı qiymət artımlarının qeyri-bərabər olması konsepsiyaları iqtisadiyyat elmində Kantilyon effekti olaraq bilinir.[64][65] Kantilyona görə qiymətlər üzərində pul miqdarındakı dəyişmələrin yox, pul dövr sürətinin (müəyyən bir vaxt ərzində pulun mübadilə miqdarı) böyük təsiri var idi.[66] Pul kütləsinin yalnız növlərdən ibarət olduğuna inandığına baxmayaraq, o, əvəzedicilərin və ya banknotların artımının depozit nümunəsinin dövriyyə sürətini təsirli şəkildə artıraraq qiymətlərə təsir göstərə biləcəyi fikri üzərində durmuşdu.[67] Pul əvəzləyicisindən pulu fərqləndirməkdən əlavə, o, növ depozitlərin alıcıları kimi təklif olunan banknotlarla xüsusi növlərə və ya fidusiya mediasının miqdarından kənara çıxan bank depozitləri üçün təqdim olunan banknotları və fidusiar medyanın həcminin insanların geri qaytarılacağına inamı ilə ciddi şəkildə məhdudlaşdığını göstərirdi.[68] Kantilyon, həmçinin, fidusiar medyanı xüsusi növ pul yığımının aşağı düşdüyü zaman təzyiqləri azaltmaq üçün faydalı bir vasitə hesab edirdi.[69]

Monetar müdaxilənin daimi olaraq əlverişli ticarət balansına səbəb olacağına inanan merkantilist güvəncə işarə edən Kantilyon gələcəkdə formalaşacaq beynəlxalq monetar tarazlıq nəzəriyyələrinə öncülük edəcək nağd pul axış mexanizmini inkişaf etdirmişdi.[70] O, tədavülündə yüksək miqdarda pul olan ölkələrdəki qiymətlərin qalxacağını və beləliklə də, bu ölkələrin nisbətən pul qıtlığı olan ölkələr qarşısında rəqabət gücünün azalacağını hesab edirdi.[71][72] Bununla Kantilyon mənbəyindən asılı olmayaraq, pul təklifindəki hər hansısa bir artımın qiymətləri artıracağını və bu aspektdə, daha yüksək qiymətlərin olduğu iqtisadiyyata sahib ölkələrin aşağı qiymətlərin olduğu iqtisadiyyatlar qarşısında rəqabət apara bilməsinin mümkün olmadığını düşünürdü.[73] Ancaq, ona görə beynəlxalq bazarlar tarazlığa yönəlmir, əvəzində hökumətlər rəqabətin çökməsi və qiymətlərin yüksəlməsindən yayınmaq üçün nağd pul artımından ehtiyat edirdilər.[74] Üstəlik, Kantilyon hesab edirdi ki, əlverişli ticarət balansını daha yaxşı məhsullar istehsal etməklə və keyfiyyət rəqabətini əldən verməməklə dəvam etdirmək mümkündür.[75] Onun əlverişli ticarət balansını öncəlik olaraq qəbul etməsi, əslində, merkantilistlərin bir tərəfin digərinin hesabına qazandığı sıfır cəmli oyun olacağına inamından irəli gəlirdi.[76]

Faizin nisbətən müasir nəzəriyyəsi də oçerkdə təqdim edilmişdi.[77] Kantilyon faizin kapital üçün borc alanların ehtiyacı və borc verənlərin itki qorxusundan yarandığına inanırdı. Yəni ona görə borc alanlar özlərinin müflis olma riskinin ehtimalına qarşılıq borc verənə ödəniş etməliydilər.[78] Öz növbəsində, faiz qoyulmuş kapitalın qaytarılmasından yaranan mənfəət hesabına ödənilirdi.[50] Əvvəllər faiz dərəcəsinin pul miqdarındakı dəyişmələrə görə fərqlilik göstərdiyinə inanılsa da, Kantilyon, bunun əksinə, uçot dərəcəsinin borc verilə bilən fondlar bazarındakı tələb və təklif tərəfindən təyin olunduğu fikrini qəbul edirdi.[79][80] Bu fikir, adətən, şotland filosof David Yumun ayağına yazılır.[81] Əslində, Kantilyonun istehlak üçün əldə edilən yeni pul miqdarının yox, qənaət edilən pulun faiz dərəcəsi üzərində təsirinin olduğunu deyən faiz nəzəriyyəsi onu Con Meynard Keynsin likvidlik tərcihi nəzəriyyəsinə oxşarlıq göstərir.[82]

Digər töhfələr

redaktə
 
Lüdviq fon Mizes İnstitutunun yenidən çap etdirdiyi oçerkin üz qabığı

Ənənəvi olaraq sahibkar sözünü ixtira edən və bu termini inkişaf etdirən insan olaraq Jan Batist Sey qəbul edilsə də, faktiki olaraq ilk dəfə Kantilyon bu konsepsiyanın izahını öz oçerkində vermişdi.[7][83] Kantilyon cəmiyyəti sabit gəlir-əmək haqqı əldə edənlər və qeyri-sabit gəlir əldə edənlər olmaqla iki əsas sinifə bölmüşdü.[84][85] O, sahibkarı müəyyən məbləğdə sabit əmək haqqı alan işçi və dövlət qulluqçusundan fərqli olaraq, qeyri-müəyyən miqdarda gəlir əldə etmək üçün öz qorxu və riski ilə hərəkət edən, itkilərə hazır olan, uzaqgörən və gələcəyə istiqamətlənən təsərrüfat subyekti kimi səciyyələndirmişdir.[86] Kantilyon sahibkarlıqla bağlı təməl formalaşdırsa da, qeyri-müəyyənliklə bağlı nəzəriyyəsini inkişaf etdirmədi. Bu nəzəriyyə 20-ci əsrdə Lüdviq fon Mizes, Frank Nayt, Con Meynard Keyns və başqaları tərəfindən yenidən baxılana qədər diqqətdən kənar qaldı.[87] Üstəlik, sahibkarı dağıdıcı qüvvə olaraq görən sahibkarlıq nəzəriyyələrindən fərqli olaraq, Kantilyon sahibkarın istehlakçının öncəliklərini doğru şəkildə təxmin etməklə bazarı tarazlığa gətirdiyi inancına sahib idi.[88]

Məkan iqtisadiyyatı məsafə və ərazi məsələsiylə və bunların coğrafi məhdudiyyətlər və nəqliyyat xərcləri üzərindən bazara necə təsir etdiyini öyrənən iqtisadiyyat sahəsidir. Bu sahənin inkişafı çoxu zaman alman iqtisadçı İohan Henrix fon Tyünenin adıyla bir çəkilsə də, əslində, Kantilyon məkan iqtisadiyyatına, təxminən, əsrin əvvəllərində toxunmuşdu.[89] Kantilyon nəqliyyat xərclərinin fabriklərin və bazarların mövqeyi, əhalinin haralarda mərkəzləşməsinə — fərdləri də nəqliyyat xərclərini azaltmağa sövq edən də bu idi — olan təsirini izah edərək, məkan iqtisadi nəzəriyyəsiylə bağlı fikirlərini bazarın mikroiqtisadi təhlilinə uyğunlaşdırmışdı.[90] Nəticə etibariylə, məkan iqtisadiyyatı 3 əsas üzərində qurulmuşdu:

  • eyni keyfiyyətdə olan xammal materiyalının xərci nəqliyyat xərclərinə görə paytaxt şəhərin yaxınlığında daha yüksək olacaqdı;
  • daşıma xərcləri daşınmanın növünə görə fərqlilik göstərəcəkdi (misal üçün, su nəqliyyatının quru nəqliyyatından daha ucuz olduğu qəbul edilir);
  • daşınması daha çətin olan böyük həcimli mallar istehsal edildiyi yerlərdə daha ucuz olacaqdı.[91]

Kantilyona görə bazarlar həm tacirlərin, həm də kəndlilərin nəqliyyat və vaxt baxımından xərclərini azaltmaq üçün dizayn edilmişdilər.[92] Oxşar şəkildə, o, şəhərlərin yerləşməsinin, böyük ölçüdə, yerləşən mülkiyyət sahiblərinin sərvətinin və onların daşıma xərclərini qarşılaya bilmə qabiliyyətlərindən asılı olduğuna inanırdı. Varlı mülk sahibləri nəqliyyat xərclərini qarşılaya bildikləri üçün öz mülklərindən daha uzaqda yaşamağa meyil göstərə bilirdilər.[93] Oçerkdə, məkan iqtisadi nəzəriyyəsi bazarların niyə bir coğrafi ərazini zəbt etməsi və xərclərin müxtəlif bazarlarda niyə fərqlilik göstərdiyini izah etmək üçün istifadə edilmişdi.[94]

Təsiri

redaktə

Oçerk Fransadakı ağır senzura səbəbiylə 1755-ci ilə qədər çap olunmasa da, yazıldığı gündən nəşrinə qədərki müddətdə əlyazmalar halında Avropalı alimlər, filosoflar arasında geniş şəkildə yayılmışdı.[95] Əsərin Tyürqo və digər fiziokratlar da daxil olmaqla, o dövrdə klassik iqtisadi düşüncənin əsasını qoyan öncüllərin bir çoxun üzərində təsiri olduğu görünür.[96] Ancaq Kantilyonun əsas təsiri onun əsərini Marke Mirabou vasitəsilə öyrəndiyi ehtimal olunan fiziokrat Fransua Keneyə olmuşdur.[97] Fransua Kenenin oçerki oxuyub, ondan təsirləndiyi məlum olsa da, bunun hansı dərəcədə olması bu gün də mübahisəli olaraq qalır. Əslində, Kene Kantilyonun kitabını ya tam olaraq başa düşməmişdi, ya da Kantilyonun nəzəriyyələrinin hamısından xəbərdar deyildi.[98] Kenenin bir çox iqtisadi düşüncəsi oçerkdən əvvəl formalaşsa da, o, torpağın qıtlığı və əhali nəzəriyyəsi də daxil olmaqla,[99] Kantilyonun bir çox fikrini rədd etmirdi.[100] Həmçinin, Kene kapital məhdudluğu və investisiya üçün kapitalın toplanmasının ilkin şərt olmasını da qəbul edirdi.[98] Buna baxmayaraq, Kantilyonun Kene üzərindəki bu təsiri səbəbiylə Henri Hiqs Riçard Kantilyonu "fiziokratiyanın atası" olaraq görür.[101] Ehtimal olunur ki, Kantilyon, həmçinin, şotland iqtisadçı Ceyms Styüarta həm dolayı, həm də birbaşa təsir etmişdi.[102]

Kantilyon Adam Smit tərəfindən istinad edilən çox az iqtisadçıdan biridir. Adam Smit həm də Kantilyonun işçilərin əmək haqqıyla bağlı nəzəriyyəsindən öz düşüncələrini izah etməkdə istifadə etmişdir.[7][103][104][105] Smitin iqtisadi nəzəriyyəsinin böyük hissəsi birbaşa Kantilyonun fikirlərindən təsirlənsə də, Smit Kantilyonun nəzəriyyələrini daha da inkişaf etdirmişdir.[106] Şumpeter və Rotbard[107] kimi vacib iqtisadçılara görə Smit iqtisadi nəzəriyyəsini formalaşdırarkən öz intellektindən çox az istifadə etmişdir.[7][108] İstənilən halda, Adam Smit və digər fiziokratlar üzərindəki əhəmiyyətli təsiri nəzərə alınarsa, Kantilyon, həqiqətən, klassik iqtisadi təlimin ideyalarına ən çox töhfəni verən öncül-klassik iqtisadiyyatçı sayıla bilər.[32] Buna sübut Seyin axırıncı "Siyasi iqtisadiyyat haqda traktat"ında istifadə etdiyi metodologiyada Kantilyonun əyani təsiri idi.[7][109]

Qeydlər

redaktə
  1. Spenqlerə görə oçerkin müəllifi Riçard Kantilyonun həyatının böyük bir hissəsi sirr olaraq qalmaqdadır.[8]
  2. Bruyer iki tarixi qeyd edirdi, ancaq Anton Mörfinin təxmininin keçərliliyinə daha böyük ehtimal verirdi, "Mörfi düşünür ki, Kantilyon, böyük ehtimalla, 1680-cı illərdə dünyaya göz açıb, Valş isə onun 1697-ci ildə doğulduğunu söyləyir. Kantilyonun 1711-ci ildə məsuliyyətə cəlb olunduğunu nəzərə alsaq Valşın nəzəriyyəsini qəbul etmək çətindir."[9]
    Spenqler Hona istinad edir və Kantilyonun doğum tarixi ilə bağlı eyni qeyri-müəyyənliyi burada da görür, "Hona görə Kantilyon 1697-ci ildə İrlandiyada doğulmuşdu, başqalarına görə isə bu tarixdən daha erkən bir tarix Kantilyonun doğum tarixinə uyğun gəlirdi."[8]
  3. Rotbarda görə Kantilyonun ana əmisi olan Danyel Artur Paris və Londonun tanınmış bankirlərindən biri idi.[14]

İstinadlar

redaktə
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Richard Cantillon.
  3. 1 2 Czech National Name Authority Database as Linked Data, Báze národních jmenných autorit v podobě propojených dat.
  4. 1 2 Higgs, 1892. səh. 437
  5. 1 2 Jevons, 1881. səh. 342
  6. 1 2 3 4 Cantillon, 2010. səh. 15
  7. 1 2 3 4 5 6 7 8 9 Nevin, Seamus. "Richard Cantillon: The Father of Economics". History Ireland. 21 (2). 2013: 20–23. JSTOR 41827152.
  8. 1 2 Spengler, 1954. səh. 283
  9. 1 2 3 Brewer, 1992. səh. 2
  10. Higgs, 1891. səh. 270
  11. Higgs, 1891. səh. 271–72
  12. 1 2 3 4 5 6 7 8 9 Finegold, 2010
  13. 1 2 Brewer, 1992. səh. 4
  14. 1 2 3 Rothbard, 1995. səh. 345
  15. Brewer, 1992. səh. 4-5
  16. Rothbard, 1995. səh. 345–46
  17. Brewer, 1992. səh. 5
  18. Potter, William. "The Key of Wealth". England: Johnson Reprint Corp. 1650.
  19. Rothbard, 1995. səh. 327–30
  20. Brewer, 1992. səh. 5-6
  21. 1 2 3 Brewer, 1992. səh. 6
  22. Rothbard, 1995. səh. 329, 345–46
  23. 1 2 Higgs, 1891. səh. 276
  24. 1 2 Rothbard, 1995. səh. 346
  25. Brewer, 1992. səh. 7–8
  26. 1 2 Rothbard, 1995. səh. 346–47
  27. Higgs, 1891. səh. 282–83
  28. Higgs, 1871. səh. 282, 288
  29. Higgs, 1891. səh. 286
  30. Spengler, 1954. səh. 284
  31. Rothbard, 1995. səh. 347
  32. 1 2 Hayek, 1991. səh. 246
  33. Higgs, 1891. səh. 290
  34. 1 2 Brewer, 1992. səh. 8
  35. Brewer, 1992. səh. 9
  36. 1 2 Cantillon, 2010. səh. 13
  37. Spengler, 1954. səh. 61
  38. Hone, 1994. səh. 96
  39. Jevons, 1881. səh. 341–43
  40. Brewer, 1992. səh. 11
  41. Cantillon, 2010. səh. 5
  42. 1 2 Schumpeter, 1954. səh. 210
  43. Jevons, 1881. səh. 343
  44. Brewer, 1992. səh. 15
  45. Hyse, 1971. səh. 823
  46. Salerno, 1985. səh. 305
  47. Hayek, 1991. səh. 259–60
  48. 1 2 Rothbard, 1995. səh. 348
  49. Hayek, 1991. səh. 260–61
  50. 1 2 Cantillon, 2010. səh. 70–71
  51. Salerno, 1985. səh. 306
  52. Hayek, 1991. səh. 260
  53. Brewer, 1988. səh. 447
  54. Brewer, 1988
  55. Thornton, 2007
  56. Thornton, 2007. səh. 4
  57. Cantillon, 2010. səh. 21
  58. Rothbard, 1995. səh. 349–50
  59. Cantillon, 2010. səh. 53–56
  60. Hülsmann, 2002. səh. 696
  61. Cantillon, 2010. səh. 119
  62. Rothbard, 1995. səh. 355
  63. Rothbard, 1995. səh. 356
  64. Cantillon, 2010. səh. 155
  65. Bordo, 1983. səh. 242
  66. Cantillon, 2010. səh. 147–48
  67. Bordo, 1983. səh. 237
  68. Spengler, 1954. səh. 414–15
  69. Cantillon, 2010. səh. 227–30
  70. Rothbard, 1995. səh. 59
  71. Spengler, 1954. səh. 418
  72. Rothbard, 1995. səh. 358–59
  73. Bordo, 1983. səh. 244
  74. Rothbard, 1995. səh. 359
  75. Brewer, 1992. səh. 114
  76. Brewer, 1992. səh. 117–18
  77. Hayek, 1991. səh. 265
  78. Cantillon, 2010. səh. 169–70
  79. Bordo, 1983. səh. 247
  80. Brewer, 1992. səh. 91
  81. Hayek, 1991. səh. 265–66
  82. Bordo, 1983. səh. 247–48, 253
  83. Brewer, 1992. səh. 51
  84. Rothbard, 1995. səh. 351
  85. Hülsmann, 2002. səh. 698
  86. Tarascio, 1985. səh. 251
  87. Tarascio, 1985. səh. 251–52
  88. Rothbard, 1995. səh. 352
  89. Hébert, 1981. səh. 71
  90. Rothbard, 1995. səh. 354
  91. Hébert, 1981. səh. 72
  92. Cantillon, 2010. səh. 31–32
  93. Cantillon, 2010. səh. 35–36
  94. Hébert, 1981. səh. 75
  95. Rothbard, 1995. səh. 360
  96. Rothbard, 1995. səh. 360–61
  97. Schumpeter, 1954. səh. 209–10
  98. 1 2 Brewer, 1992. səh. 168
  99. Brewer, 1992. səh. 159–75
  100. Brewer, 1992. səh. 174–75
  101. Higgs, 1892. səh. 454
  102. Brewer, 1992. səh. 175
  103. Smith, 2009. səh. 45
  104. Cantillon, 2010. səh. 59–65
  105. Marx, 2007. səh. 608
  106. Brewer, 1992. səh. 192-93
  107. Rothbard, 1995. səh. 435
  108. Schumpeter, 1954. səh. 179
  109. Salerno, 1985. səh. 312

Ədəbiyyat

redaktə
  NODES
Note 1
todo 8