Riqa SES (latış. Rīgas hidroelektrostacija‎, Rīgas HES) — Riqanın cənub sərhədinə yaxın Salaspils şəhərində yerləşən Dauqava çayın üzərində qurulan su-elektrik stansiyası.

Riqa SES
Rīgas hidroelektrostacija
Xəritə
Ümumi məlumatlar
Çay Dauqava
Sahibi Latvenerqo
Status fəaliyyətdədir
Tikilmə tarixi 1974
İstismara verilib 1975
Əsas xüsusiyyətləri
İllik elektroenerji istehsalı 640 mln. kVt⋅s
Təxmini basqı 17,2 m
Elektrik enerjisi gücü 402 MVt
Avadanlıq xüsusiyyətləri
Generatorun gücü 6×67 MVt
Əsas qurğular
Şlüz yoxdur
Paylama qurğusu 330
Yerləşməsi
56°51′08″ şm. e. 24°16′19″ ş. u.HGYO
Ölkə
Yer Salaspils
Riqa SES xəritədə
Riqa SES
Riqa SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas məlumatlar

redaktə

"Hidroproyekt" institutu stansiyanın layihəçi olmuşdur.

Riqa SES 1974-cü ildə istismara verildi. Bəndin inşası 1970-ci illərin sonlarında tamamlandı. Stansiyanın ümumi quraşdırılmış gücü 402 MVt-dır. Altı generator, transformator və 330 kV-lik iki elektrikötürmə xətti quraşdırılmışdır.

Su-elektrik stansiyasının tikintisi üçün Dauqava üzərində Doles adasının ortasına qədər bənd tikildi, hansınınki yarısı sonradan, digər adalar ilə birlikdə Riqa su anbarına görə suyun altında qaldı.

Bəndin yuxarı hissəsi boyunca magistral yol çəkilmişdir, hansıki Riqa halqa yolunun bir hissəsidir. Bundan başqa, tikinti zamanı işlənən dəmir yolları da çəkilmişdir (Salaspils dəmir yolu stansiyasından adanın mərkəzinə qədər). XXI əsrin əvvəllərində onlar lazımsız olduğundan söküldülər (sol sahilin yaxınlıqda dəmir yolu yox idi).

Su anbarının ortasında, Salaspilsdən Yelqavaya və stansiyaya qədər 330 kV-lik iki xətti dəstəkləyən elektrik ötürücü dayaq quruldu. Sahillər arasındakı məsafə təxminən 1 km-dir.

Elektrik stansiyası Latvenerqo tərəfindən idarə olunur.

Əhəmiyyəti

redaktə

Riqanın inkişafında Riqa SES xüsusi rol oynayır. O, şəhərin vacib elektrik enerjisi mənbəyidir və Riqa su anbarı əksər sakinlər üçün su mənbəyidir. Bundan əlavə, elektrik stansiyası Riqanın CHP-1 və CHP-2 ilə birlikdə Latviya şəbəkələrində gərginlik tənzimləyicisi və qüvvə ehtiyatıdır.[1]

İstinadlar

redaktə
  1. "Hydropower plants". Latvenerqo. 2013-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-09.
  NODES