Robbi Rocers

amerikalı futbolçu

Robert Hempton "Robbi" Rocers (ing. Robbie Rogers; doğum 12 may, 1987) - MLS-də çıxış edən "Los Anceles Qelaksi" komandasında oynayan ABŞ peşəkar futbolçusu. O, komandada yarımmüdafiəçi vəzifəsini yerinə yetirir.[3] Rocers həm də ABŞ milli futbol komandasında çıxış edir. 2013-cü ilin fevralında kaminq aut edən Rocers 1990-cı ildə kamminq aut etmiş Castin Faşanudan sonra ikinci açıq gey Britaniya futbolçusu olmuşdur.[4] 2013–cü ilin mayında Qelaksinin tərkibində ilk futbol oyununa çıxdıqdan sonra Rocers bütün Şimali Amerika peşəkar idman liqalarında çıxış edən komandalarda ilk açıq gey futbolçu kimi tarixə düşmüşdür.[5]

Robbi Rocers
ing. Robbie Rogers
Ümumi məlumatlar
Tam adı III Robert Hampton Rogers[1]
Ləqəbi Robbie
Doğum tarixi (37 yaş)
Doğum yeri Ranço Palos Verdes, Kaliforniya
Vətəndaşlığı ABŞ ABŞ
Təhsili
Boyu 1.78 m[2]
Çəkisi 75 kq
Mövqeyi Yarımmüdafiəçi, Müdafiəçi
Klub haqqında məlumat
Klub ABŞ Los Anceles Qelaksi
Nömrəsi 14
Karyerası
Gənclik karyerası
2002 ABŞ IMG Akademi
2005 ABŞ Merilend Terrapins
Klub karyerası[* 1]
2005 ABŞ Oreync Kantri Blu Star 3 (0)
2006—2007 Niderland Herenven 0 (0)
2007—2011 ABŞ Kolambus Kryu 106 (13)
2012—2013 Böyük Britaniya Lids Yunayted 4 (0)
2012—2013 Böyük BritaniyaStivenic 6 (0)
2013—h.h. ABŞ Los Anceles Qelaksi 50 (1)
2014 ABŞ Los Anceles Qelaksi II 4 (0)
2015 ABŞ Los Anceles Qelaksi II 1 (0)
Milli yığma[* 2]
2004—2007 ABŞ ABŞ (20 yaşlılar) 15 (3)
2008 ABŞ ABŞ (23 yaşlılar) 5 (1)
2009—2011 ABŞ ABŞ 18 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir il Merilend Universitetinin kollec komandasında oynadıqdan sonra, o, Eredivisie liqasında oynayan "Herenven" komandasının diqqətini cəlb edir. 2006-cı ilin avqustunda o, "Herenven"lə müqavilə imzalasa da, klubun tərkibində çıxış etməmiş müqavilə pozulur. 2007-ci ilin fevralında qarşılıqlı razılıq əsasında klubdan ayrılan Rocers ABŞ-yə qayıdır və "Kolambus Kryu" komandası ilə müqavilə bağlayır. Rocersin "Kolambus Kryu" komandasında dörd illik çıxışı uğurlu olur, həmin dövrdə komanda 2008-ci il MLS kubokunu qazanır, 2008 və 2009-cu illərdə isə “Supporters' Shield” mükafatını əldə edir. 2011-ci ilin dekabrında müqavilə müddəti başa çatan Rocers Kolambus Kryu komandasını tərk edir. Bir ay sonra o, İngiltərə futbol liqaları çempionatında çıxış edən "Lids Yunayted" komandası ilə azad agent kimi müqavilə imzalayır. Karyerasının "Lids" dövrünün ilk altı ayı zədə üzündən o qədər də parlaq keçməyən Rocers 2012-2013 mövsümü üçün transfer siyahısına salınır. 2012-ci ilin avqustunda Rocersin 2013-cü ilin yanvarına kimi İngiltərə Birinci Futbol Liqasında oynayan "Stivenic" komandasının tərkibinə qatılması haqqında razılıq əldə edilir. Rocersin Stivenclə müqavilə müddətinin başa çatmasından sonra o, qısa müddət ərzində Lidsə qayıdır, lakin tezliklə onun qarşılıqlı razılıq əsasında komandadan ayrılması elan edilir.

Lidsin heyətini tərk etdikdən sonra kaminq aut edən Rocer 2013-cü ilin mayında ABŞ-nin "Los Anceles Qelaksi" komandası ilə müqavilə bağlayır və beləliklə də MLS-də, o cümlədən beş əsas Şimali Amerika idman liqalarında çıxış edən ilk açıq gey futbolçu kimi tarixə düşür.[6]

Klub karyerası

redaktə

Erkən dövr

redaktə

Rocers dörd yaş yarımında Amerika Gənc Futbolçular Assosasiyasında futbol oynamağa başlamışdır.[7] Yeddi yaşı olanda Rocers Koast Soşer Liqasının əsasən ispan liqalarında oynamağa başlayır.[7] Kaliforniya ştatının Santa Ana şəhərindəki Mater Dei orta məktəbinə daxil olan Rocers burada futbol üzrə ikiqat “High School All-American” seçilir.[7] 2005-ci ildən Rocers Premyer Development Liqasında çıxış edən Oreync Kantri Blu Star komandasında oynamağa başlayır, buna görə də payızda universitetə müraciət edib-etməmək seçimi qarşısında qalır.[1][8][9] Bir mövsüm Merilend Universitetinin futbol klubunda oynayan Rocers, gələcəkdə "Kolambus Kryu"da komanda yoldaşı olacaq Ceyson Geri ilə birlikdə komandanın 2005-ci il Milli Tələbə İdman Assosasiyası Çempionatına yüksəlməsinə nail olur.[7] Universitet komandasında oynadığı bir mövsüm ərzində Rocers yeddi qol vurur, beş dəfə isə qol vurulmasına imkan yaradır.[10][11] Həmin müddətdə o, “ACC All-Conference Freshman”“Soccer Rookie Team of the Year” adlarına da layiq görülmüşdür.[7]

Universitet komandasında oynadığı bir mövsüm ərzində Rocers Eredivisie liqasında oynayan "Herenven" komandasının diqqətini cəlb edir.[10] 2006-cı ilin yayında "Herenven" Rocersi üç həftəlik sınaq müddətinə klubda oynamağa dəvət edir və son nəticədə öz heyətinə qəbul edir.[10] Sınaq müddətini uğurla tamamlayan Rocers 2006-cı ilin avqustunda holland klubu ilə ilk peşəkar müqaviləsini imzalayır.[10] Rocers qeyd edir ki, üç il Merilenddə çalışdıqdan sonra, burada qazandığı bütün uğurlara baxmayaraq ABŞ-dən uzaqlaşıb başqa bir ölkədə peşəkar müqavilə imzalamaq “çox sərt” bir qərar idi, lakin “mən belə bir uğurun yanından keçə bilməzdim”.[10] Lakin Rocersin birinci klub təcrübəsi uğurlu alınmır, o, yalnız ehtiyat heyətdə çıxış edir.[11][12] 2007-ci ildə qarşılıqlı razılaşma əsasında Rocers Herenven klubunu tərk edir.[7][11]

Kolambus Kryu

redaktə
 
Rocer 29 mart 2008-ci ildə Kolambus Kryu Stadionunda Toronto komandasına qarşı keçirilən oyunda

Avropadan ayrılan Rocers ABŞ-yə qayıdır və MLS-də oynayan Kolambus Kryu komandası ilə müqavilə imzalayır.[13] Kolambus Kryu 2007-ci ilin martında “Draft Lottery” adlı oyunçu lotereyasında qalib gəldikdən sonra Rocersi ala bilmişdi.[13][14] Komandanın tərkibində ilk qolunu 17 iyun 2007-ci ildə vuran Rocers Nyu-İnqland Revolyuşen komandasına qarşı oyunda hesabı 3-3 bərabərləşdirmişdir.[15] 2007-ci il mövsümündə Rocers daha iki qol vurmuşdur ki, bunlar da hər ikisi, Robert F. Kennedi Memorial Stadionunda "Di Si Yunayted" klubuna qarşı oyunda qeydə alınmış və 3-2 hesablı qələbəyə imkan yaratmışdır.[15] Birinci oyun mövsümü ərzində on dəfə oyuna çıxan Rocers üç qol vurmuş, bir dəfə isə qol vurulmasına kömək etmişdir.[16]

2008-ci il mövsümü Rocersin peşəkar karyerasında sıçrayış mövsümü olmuşdur.[13] O, Kryunun daimi heyətində oynamağa başlamış, ilk qolları ilə 12 aprel 2008-ci ildə "Çivas ABŞ" komandasını evdə 4-3 hesabı ilə məğlub etməyə kömək etmişdir.[17] 4 may 2008-ci ildə Sportinq Kanzas-Siti komandasına qarşı keçirilən oyunda onun qolu komandanın 2-1 hesabı ilə qələbəsinə səbəb olmuş[18], daha sonra isə Kryu 3-2 hesabı ilə San-Xose Ertkveyks komandasını məğlub etmişdir.[19] "Ertkveyks"ə qarşı oyunda ardıcıl iki qol vuran Rocers mövsümün yeddinci həftəsində “MLS Həftənin Oyunçusu” mükafatına layiq görülmüşdür.[7] Rocersin yeddinci qolu 2008-ci ilin sentyabrında Kolambus Kryu Stadionunda "Nyu York Red Bulls" komandasına qarşı keçirilən oyunda 3-1 hesablı qələbəyə səbəb olmuşdur.[20] Hesabını 2008 MLS Pleyoff Kuboku oyunlarında davam etdirən Rocers, "Sportinq Kanzas-Siti" üzərində ikinci dəfə 2-0 hesablı qələbə əldə edilməsinə nail olmuşdur, bu qələbədən sonra "Kryu" finala keçmişdir.[21] Final oyunu da daxil olmaqla, Rocers Kryunun dörd MLS Kuboku oyunlarında iştirak etmiş, 2008-ci ilin noyabrında Stabhab Senterdə keçirilən oyunda Kryu 3-1 hesabı ilə "Nyu York Red Bulls" komandasına qalib gəlmişdir.[22] Mövsüm həm şəxsi, həm də kollektiv baxımından Rocers üçün uğurlu olmuş, o, komandada ilin “MLS Ən Yaxşı XI” mükafatına layiq görülmüş, həmçinin “Supporters' Shield” mükafatı əldə etmişdir.[7] 2008-ci il mövsümündə 33 oyuna çıxn Rocers yeddi qol vurmuş, üç dəfə isə qol vurulmasına şərait yaratmışdır.[23]

2009-cu il mövsümündə Rocers ilk qolunu mövsümün başlamasından beş ay sonra vurmuş, ilk yeddi oyunda isə "Kryu" qələbə qazana bilməmişdir[24] ; 9 avqust 2009-cu ildə Rocers "San-Xose Ertkveyks" komandasına qarşı Bak Şou Stadionunda keçirilən oyunda 3-0 hesablı qələbə qazanılmasında iştirak etmişdir.[25] Bu onun 2009-cu il MLS mövsümündə vurduğu yeganə qol olmuşdur. Bundan başqa Rocers KONKAKAF Çempionlar Liqası çərçivəsində "Puerto-Riko Aylanders" və "Sparissa" komandalarına qarşı keçirilən oyunlarda da iki qol vurmuşdur.[26][27] "Kryu"nun mövsümə zəif başlamasına baxmayaraq ümumi hesabda birinci olması Rocersin ikinci dəfə “Supporters' Shield” mükafatına layiq görülməsinə imkan yaratmışdır.[28] Lakin yarımfinalda 4-2 hesabı ilə "Real Solt-Leyk" komandasına məğlub olan "Kryu" MLS Kubokunu saxlaya bilmir.[29][30] 2009-cu ildə 31 oyunda iştirak edən Rocers cəmi üç qol vurur.[31]

2010-cu il mövsümündə dördüncü il "Kryu" komandasının heyətində çıxış edən Rocers 34 oyunda iştirak edir, iki dəfə qol vurur.[32] İlk qolunu o, "Kryu"nun "Nyu İnqland Revolyuşen" komandasının 3-2 hesabı ilə məğlub edildiyi oyunun 91-ci dəqiqəsində vurur.[33] MLS Kuboku yarımfinalında "Kolorado Repidz" komandasına qarşı keçirilən oyunda isə Rocers ikinci qolunu vurur.[34] Rocersin qoluna baxmayaraq, əlavə müddətdə Repidz cərimə zərbələrində hesabı keçərək 5-4 hesabı ilə qalib gəlir.[34]

2011-ci il mövsümündə Rocers ilk qolunu komandanın Di Si Yunaytedə qarşı keçirdiyi ilk oyunda vurur, cərimə zərbəsi zamanı vurulan bu qol Kryunun 3-1 hesablı qələbəsini təmin edir.[35] Bir ay sonra 2011-ci ilin aprelində Kolambus Kryu Stadionunda "Sportinq Kanzas-Siti" komandasına qarşı keçirilən oyunda onun vurduğu qol "Kryu"nun 1-0 hesablı qələbəsinə səbəb olur.[36] Bu, onun otuz oyunda iştirak etdiyi mövsüm ərzində vurduğu son qol idi.[37] Komanda heyətində onun son oyunu 28 oktyabr 2011-ci ildə "Kolorado Repidz" komandasının 1-0 hesabı ilə məğlub edildiyi oyun olur.[38] Komanda heyətində son mövsümü zamanı Rocers Kryu Ən Çalışqan Futbolçu mükafatına layiq görülür.[37][39] 2011-ci ilin dekabrında "Kolambus Kryu" ilə müqaviləni uzatmaqdan imtina edən Rocersin azad agent olduğu elan edilir.[40][41][42] "Kryu" komandasının tərkibində keçirdiyi 138 oyunda iştirak edən Rocers on yeddi qol vurur.[43]

Lids Yunayted

redaktə

"Kolambus Kryu" komandasını tərk etdikdən sonra Rocers "Lids Yunayted" komandasına dəvət edilir.[44] 2011-ci ilin dekabrında o, iki həftəlik sınaq müddətinə komandaya qoşulur[45], bir ay sonra isə 2012-ci ilin yanvarında o, "Lids"lə müqavilə imzalayır.[46][47] Rocers bildirirdi ki, onun milli komandadakı məşqçisi Yurgen Klinsman onu "Lids"in baş məşqçisi Saymon Qreysona məsləhət görmüş, o isə Rocersi Elland Roud Stadionuna sınaq oyununa dəvət etmişdir.[48] Bir həftə sonra klub onunla müqavilə imzalamışdır.[49] 18 fevral 2012-ci ildə debütünü edən Rocers "Donkaster Rovers"ə qarşı oyunun 79-cu dəqiqəsində meydana çıxmışdır.[50] Lakin meydana çıxmasından on dəqiqə sonra "Donkaster"in müdafiəçisi Tommi Spurr ilə ciddi toqquşaraq zədələndiyi üçün əvəzlənmə ilə meydandan çıxarılmışdır.[50][51] Başından ciddi zədə aldığına görə, bir neçə həftə oyunlardan kənar saxlanılmışdır.[52] 2012-ci ilin aprelində əsas heyətə qayıdan Rocers yeni baş məşqçi Nil Uornokun rəhbərliyi ilə Madeyski stadionunda "Redinq" klubuna qarşı keçirilən və 2-0 hesablı qələbə ilə yekunlaşan[52] oyunun 85-ci dəqiqəsində əvəzləyici kimi meydana çıxmışdır.[53] Bu oyunda Robert Snodqrassın yerinə meydana çıxan Rocers kapitan qolbağını daşımışdır.[54] Bir həftə sonra 14 apreldə, Rocers klubun tərkibində "Piterboro Yunayted" klubuna qarşı ev oyununda iştirak etmişdir.[52][55] Debüt oyununda olduğu kimi, cəmi on dəqiqə sonra topuğundan aldığı zədəyə görə meydandan çıxarılmışdır.[55][56] Topuq zədəsi mövsümün sonuna kimi onun oynamasına mane olmuşdur.[57][58] 2012-ci il mövsümünün ikinci yarısında Rocers daha dörd oyunda iştirak etmişdir.[52]

2012-2013-cü il mövsümünün əvvəlində klubun baş məşqçisi Nil Uornok qeyd edir ki, o, Rocersin bu sezonda tam oyun göstərə biləcəyinə ümid edir.[59] 2012-ci ilin iyununda reabilitasiya proqramında iştirak etmək üçün ABŞ-yə gələn Rocers "Los Anceles Qelaksi" komandası ilə iki həftəlik məşqlərdə iştirak edir.[45][60] 2012-ci il iyulun əvvəllərində "Lids"ə qayıdan Rocers, klubun bir neçə dostluq görüşlərində iştirak edir; "Farsli Seltik" və "Tavistok" klubları ilə oyunda fərqlənir.[61][62] Yeni mövsümün başlamasından əvvəl 9 avqustda baş məşqçi Nil Uarnok Rocers və komanda yoldaşı Denni Pyunun transfer siyahısına salındığını, onların transferindən əldə ediləcək gəlirə isə yeni hücumçu almağı planlaşdırdıqlarını elan etdi.[63][64]

23 avqustda Rocers İngiltərə Birinci Futbol Liqası komandası "Stivenic"in heyətinə qatıldı və 2013-cü ilin yanvarında müqavilə müddəti başa çatana kimi burada fəaliyyətini davam etdirdi.[65][66] Əvvəl "Kolorado Repids" komandasının baş məşqçisi olmuş "Stivenic" komandasının baş məşqçisi Qari Smit qeyd edir ki, ABŞ-də fəaliyyət göstərdiyi müddətdə Rocers həmişə onu heyran etmişdi.[67] 25 avqustda müqavilə imzalayan Rocers iki gün sonra "Stivenic" komandasının heyətində, "Oldem Atletik" komandasına qarşı 1-0 hesabı ilə başa çatmış oyunda ilk dəfə meydana çıxır.[68] Beş aylıq fəaliyyət müddətində Rocers doqquz oyuna qatılır.[69] 15 yanvar 2013-cü ildə o, əsas klubuna geri qayıdır.[69]

Kluba qayıtdıqdan sonra Rocersin qarşılıqlı anlaşma nəticəsində "Lids"i tərk etdiyi və azad agent statusu verildiyi açıqlandı.[70] Klubda oyunu zamanı Rocer cəmi dörd dəfə futbol meydanına çıxarılmışdı ki, bunlardan da üçü əvəzləmə idi.[70][71]

 
Rocers nüfuzlu "Attitude" jurnalının üz qabığında.

Təqaüd dövrü

redaktə

Lids Yunayted klubundan ayrıldıqdan bir həftə sonra Robbi Rocers 25 yaşında peşəkar futbolu tərk etdiyini və gey olduğunu elan etdi, beləliklə də Rocers 1990-cı ildə kaminq aut etmiş Castin Faşanudan sonra, kaminq aut etmiş ikinci futbolçu olmuşdur.[72] “robbiehrogers.com” adlı bloqunda paylaşdığı 408 sözlük məqalə ilə istefası və cinsi oriyentasiyası haqqında açıqlama verən Rocers yazır ki, “Mən futbolçuyam, mən xristianam və mən geyəm. İnsanların deyə biləcəkləri fikirlər bəzən yerində səslənməyə bilir. Lakin ailəm məni şəxsiyyət kimi böyüdüb və inandığım fikirlərin tərəfində olmamı təlqin edib.”[73]

2013-cü ilin martında “The Guardian” qəzetinə verdiyi müsahibədə Rocers qeyd edir ki, “mətbuat və fanatların təzyiqlərindən qaça bilmək üçün istefaya getdim.” Rocers deyir: “İnsanlar ona görə sizə baxmağa gəlirlər ki, siz geysiniz? Mən istərdimmi ki, hər gün müsahibə verim və yoldaşlarımla necə duş qəbul etdiyimi izah edim.”[73]

2013-cü ilin aprelində kaminq aut edən basketbolçu Ceyson Kollins media ilə işləməklə bağlı Rocerslə məsləhətləşir.[74]

Los Anceles Qelaksi

redaktə

1 may 2013-cü ildə Rocers “xüsusi qonaq” kimi MLS komandası olan "Los Anceles Qelaksi" komandasının tərkibinə qatılır.[75] Rocers qeyd edir ki, Portlend, Oreqonda 500-dən artıq LGBT gənci qarşısında çıxış edərkən “ciddi şəkildə özümü qorxaq hiss etdim” və 2013-cü ilin aprelində yenidən futbola qayıtmağa qərar verdim. “USA TODAY Sports”a verdiyi müsahibədə qeyd edir ki, “həmin gənclər özlərini müdafiə edərək dünyanı dəyişməyə çalışırdılar, mənim 25 yaşım olsa da, onlar üçün nümunə olmaq üçün platformam və səsim var. Nə qədər qorxaq olmuşam ki, irəli addım atmamışam.” O, "Qelaksi"nin məşqçisi Brüs Arena ilə əlaqə saxlayaraq məşq imkanlarını genişləndirməyə qərar verdi.[73]

24 may 2013-cü ildə Rocers MLS hüquqlarının satışı ilə bağlı "Qelaksi"nin şərtləri ilə və "Çikaqo Fayer" komandasından Mayk Megginin transferi ilə razılaşdı.[76] Həmçinin, Fayer onun MLS hüququnu əldə etdi, lakin radioya verdiyi müsahibədə Rocers qeyd edir ki, "Çikaqo" klubunda oynamaq fikri yoxdur, çünki, Cənubi Kaliforniyada yaşayan ailəsinə yaxın olmaq istəyir.[77]

26 may 2013-cü ildə "Qelaksi"nin heyətində "Sietl Saunders" klubuna qarşı 4-0 hesabı ilə başa çatmış oyunda ilk dəfə meydançaya çıxan Rocers Şimali Amerika peşəkar idman liqalarında oynayan ilk (bir ay əvvəl kaminq aut etmiş Kollins həmin vaxt agentə malik deyildi) açıq gey idmançı kimi tarixə düşmüşdür.[5]

2014-cü ildə Rocers "Qelaksi" MLS Kubokunu əldə edərkən Rocers bu titulu daşıyan komandada oynayan ilk kişi açıq gey atlet olmuşdur.[78]

Beynəlxalq karyerası

redaktə

18 yaşlılardan ibarət ABŞ Milli Komandasında səkkiz dəfə meydana çıxan Rocers üç qol vurmuş, iki qolun vurulmasında iştirak etmişdi, lakin bütün bunlar qeyri-rəsmi yoldaşlıq görüşləri zamanı baş vermişdi.[79] 2004-2007-ci illərdə Rocers 20 yaşlılardan ibarət ABŞ milli omandasında oynamışdır. O, komandanın 2006-cı il Süd Kuboku oyununda, həmçinin 2007-ci il 20 yaşadək futbolçuların FİFA Dünya Kubokundakı oyunlarında iştirak etmiş[79], komandasının hər beş oyununda ölkəsini təmsil etmişdir.[79] U-20 kubokunda 15 oyunda iştirak etmiş Rocers üç qol vurmuşdur.[79]

Pekində keçiriləcək 2008 Yay Olimpiya Oyunlarına hazırlıq üçün 2007-ci ildə Çində keçirilən yarışlarda 23 yaşlılardan ibarət ABŞ Milli Komandasının tərkibində Rocers iki oyunda iştirak etmişdir.[79] Bu tur zamanı bir qol vuran Rocers Çin komandası ilə 3-3 hesabla yekunlaşmış oyunda bir qolun da vurulmasında iştirak etmişdir.[79] Bundan sonra Rocers 18 nəfərdən ibarət U-23 Olimpiya heyətinin tərkibinə qatılmaq üçün dəvət edilmiş, lakin komanda seçim mərhələsində yarışmanı tərk etmişdir.[79]

Əsas heyət

redaktə
 
Rocers 2013-cü ildə LA Qelaksi komandasının formasında çıxış edərkən

2008-ci ilin oktyabrında baş məşqçi Bob Bredli Rocersi 2010-cu il FIFA Dünya Kuboku seçmə mərhələsində Trinidad və Tobaqo komandasına qarşı oyunda iştirak etmək üçün dəvət etdi.[80][81] Lakin kürəyindən zədə aldığına görə o, komandanı tərk etməli oldu və Kris Rolfla əvəzləndi.[80] Bundan sonra 25 nəfərlik heyətə dəvət edilən Rocers 24 yanvar 2009-cu ildə İsveç komandasına qarşı keçirilmiş dostluq görüşündə iştirak etdi.[80] O, Stabhab Senter stadionunda 3-2 hesablı qələbə ilə nəticələnmiş oyunda 69 dəqiqə oynayaraq yüksək göstərici ilə yadda qalmışdır.[82] Bundan sonra Rocers 2009 KONKAKAF Qızıl Kuboku komanda heyətinə daxil edilmişdir. 5 iyul 2009-cu ildə Qrenada komandasına qarşı keçirilən və 4-0 hesabı ilə yekunlaşan oyunda Rocers əvvəlcə iki qol məhsuldar ötürməsini etdikdən sonra, üçüncü qolu özü vurmuşdur.[83] ABŞ komandasının Meksika komandasına məğlub olduğu oyun da daxil olmaqla[84] Rocers ümumilikdə beş oyunda iştirak etmişdir.[85][86][87]

Qızıl Kubok oyunlarında müsbət təəssürat yaradan Rocers, 2009-cu ilin oktyabrında ABŞ-nin 2010 FIFA Dünya Kuboku seçmə oyunlarında iştirak etmək üçün komandaya dəvət edildi.[88] Baxmayaraq ki, 11 oktyabr 2009-cu ildə Honduras komandasına qarşı keçirilən və 3-2 hesablı qələbə ilə nəticələnən oyunda o, oyunçu heyətinin tərkibinə salınmamışdı[89], dörd gün sonra Kosta Rika komandasına qarşı keçirilən və 2-2 hesabı ilə yekunlaşan oyunun ikinci hissəsində Rocers meydana çıxmışdır.[90] ABŞ-nin 2-0 hesabı ilə məğlub olduğu oyunda Rocers, Maykl BredliConatan Bornşteynə kömək etməsi üçün meydana buraxılmış və hesab 2-2-yə çatdırılmışdı.[90][91] 2009-cu ilin noyabrında SlovakiyaDanimarka komandalarına qarşı keçirilən yoldaşlıq oyunlarında da iştirak edən[92][93] Rocers əsas komanda heyətində iştirak etdiyi oyunların sayını doqquza çatdırmışdı.[94]

2010-cu ildə FIFA Dünya Kuboku oyunlarına hazırlıqların başlamasından əvvəl Rocers Honduras və El Salvador komandalarına qarşı yoldaşlıq görüşlərində iştirak etmişdir.[95][96] 2010-cu ilin mayında Bredli Rocersi Dünya Kuboku oyunlarına gedəcək 30 nəfərlik heyətin tərkibinə seçdi[97], o, 25 may 2010-cu ildə Çexiyaya qarşı yoldaşlıq oyununun ikinci hissəsində iştirak etdi.[98] Bir gün sonra, Rocersin final heyətdən ixtisar edilmiş yeddi oyunçudan biri olması elan edilmişdi.[99] Bundan sonra o, 17 noyabr 2010-cu ildə Keyptaunda Cənubi Afrika Respublikasına qarşı keçirilmiş və ABŞ-nin 1-0 hesablı qələbəsi ilə nəticələnmiş oyunda meydana çıxmışdı.[100]

Rocers 2011-ci il KONKAKAF Qızıl Kuboku oyunçu heyətinə daxil edilmiş[101] və turnirin başlamasından dörd gün əvvəl dünya çempionu olmuş İspaniya komandasına qarşı yoldaşlıq görüşündə iştirak etmişdir.[102][103] Lakin turnir boyunca o heç bir yarışda iştirak etməmiş, final oyununda isə, ikinci dəfə ABŞ komandası Meksika komandasına məğlub olmuşdur.[104] 2011-ci ilin avqustunda Linkoln Faynenşl Fild stadionunda Meksika komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda hesabı 1-1 edən Rocer Yurgen Klinsmanın baş məşqçiliyi altında ilk oyununu keçirmişdir.[105][106] Bu oyunda Brek Şeyin əvəzinə meydana çıxan Rocers topa ilk təmasında qol vurmağa nail olmuşdu.[107] Bu oyundan sonra 2011-ci ildə Rocers daha üç oyunda iştirak etmişdi ki, bunların üçü də yoldaşlıq oyunları olmuşdu.[108][109][110] 2014-cü ilin dekabrından bu vaxta kimi ABŞ milli komandasında 18 oyuna çıxan Rocers iki qol vurmağa nail olmuşdur.[111]

Oyun stili

redaktə

ESPN.com-dan Ceff Karlayl Rocersin cinahda oyununu aktiv kimi qiymətləndirir, xüsusən “təkbətək qarşılaşmalarda hücumçuların öhdəsindən gəlmək və ötürücülük qabiliyyətini qeyd edir.” [112]

Statistikası

redaktə
3 dekabr, 2013. tarixində yenilənib

Klublar

redaktə
Klub göstəricisi Liqa Kubok Liqa kuboku Qitə Digər Ümumi
Klub Mövsüm Liqa Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
ABŞ Liqa ABŞ Açıq Kuboku MLS Kuboku KONKAKAF Digər Ümumi
Kolambus Kryu 2007[16] MLS 10 3 0 0 0 0 0 0 0 0 10 3
2008[23] 27 6 2 0 4 1 0 0 0 0 33 7
2009[31] 22 1 0 0 2 0 7 2 0 0 31 3
2010[32] 20 1 2 0 2 1 2 1 8 0 34 3
2011[37] 27 2 1 0 1 0 2 0 0 0 31 2
Ümumi 106 13 5 0 9 2 11 3 8 0 139 18
İngiltərə Liqa FA Kuboku Liqa Kuboku UEFA Digər Ümumi
Lids Yunayted 2011–12[113] Çempionat 4 0 0 0 0 0 0 0 0 0 4 0
Ümumi 4 0 0 0 0 0 0 0 0 0 4 0
Stivenec (təxsis) 2012–13[114] Birinci Liqa 6 0 1 0 1 0 0 0 1 0 9 0
Ümumi 6 0 1 0 1 0 0 0 1 0 9 0
ABŞ Liqa ABŞ Açıq Kuboku MLS Kuboku KONKAKAF Digər Ümumi
Los Anceles Qelaksi 2013[115] MLS 11 0 1 0 2 0 2 0 0 0 16 0
Ümumi 11 0 1 0 2 0 2 0 0 0 16 0
Los Anceles Qelaksi II 2014 USL Pro 0 0 0 0 0 0 0 0 0 0 0 0
Karyera nəticələri 127 13 7 0 12 2 13 3 9 0 168 18

"Digər" bölməsi SuperLiqaFutbol Liqası Trofeyi çərçivəsində keçirilmiş oyun nəticələrini nəzərdə tutur.

Beynəlxalq

redaktə
Milli komanda Mövsüm Oyun Qol
ABŞ 2009[111] 9 1
2010[111] 4 0
2011[111] 5 1
Ümumi 18 2

Beynəlxalq qollar

redaktə
# Tarix Meydan Opponent Hesab Nəticə Yarışma
1. 4 iyul, 2009 Sençuri Link-fild, Sietl, ABŞ Qrenada 3 – 0 4 – 0 2009 Qızıl Kuboku
2. 10 avqust, 2011 Linkoln Faynenşel Fild, Filadelfiya, ABŞ Meksika 1 – 1 1 – 1 Yoldaşlıq

Şəxsi həyatı

redaktə

Rocers Tereza və II Robert Hempton Rocersin oğludur.[116] Onun Timoti adlı bir qardaşı, Nikol, Kamilla, Alisiya və Keyti Rouz adlı bacıları var.[116] Onun anası vaxtilə oynadığı Kolambus Kryu komandasının aid olduğu Kolumbus ərazisindəndir.[116][117] Ana tərəfdən babası Ohayo Dövlət Universitetinin məzunudur, anasını körpəliyini Dublin, Ohayoda keçirmiş, daha sonra isə ailə Kaliforniyaya köçmüşdür.[7]

Yeniyetməlik dövründən serfinqlə maraqlanan Rocer indi də serf sürür.[116] Həmçinin stolüstü tennis oynamağı sevən Rocersin musiqiyə də böyük marağı var.[116] Rocers sevimli idmançısının Zlatan İbrahimoviç olduğunu deyir.[116]

Rocers Hollivud film prodüseri Qreq Berlanti ilə partnyor münasibətindədir.[118]

Tələbə olaraq London Dəb Kollecinə qəbul edilmiş Rocers “Halsey” adlı kişi geyim brendinin sahibidir.[119]

2014-cü ilin oktyabrında abc telekanalı Rocersin karyerası və kaminq aut etməsindən bəhs edən tək kamera ilə çəkilmiş komediya filmi yayımlamışdır. “Storyline Entertainment” və “Universal Television” 2014-cü ilin iyulunda onun həyat tarixçəsinin ekranlaşdırılması hüququnu əldə etmiş, özünü isə prodüser təyin etmişlər.[120]

Mükafatları

redaktə
Kolambus Kryu
  • MLS Kuboku (1): 2008
  • MLS Supporters' Shield (2): 2008, 2009
LA Qelaksi
  • MLS Kuboku (1): 2014
Şəxsi
  • MLS Ən Yaxşı XI (1): 2008
  • MLS Həftənin Oyunçusu (1): Həftə 7, 2008[7]

İstinadlar

redaktə
  1. 1 2 "Robbie Rogers – About". Robbie Rogers. 2010-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  2. "Robbie Rogers – ESPN". ESPN Soccernet. 2017-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  3. "LA Galaxy say Robbie Rogers has been 'brilliant' at left back". 2014-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
  4. McRae, Donald. "Robbie Rogers: why coming out as gay meant I had to leave football". The Guardian. March 29, 2013. July 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015. Rogers then became only the second gay footballer in Britain to come out in public.
  5. 1 2 Witz, Billy. "Milestone for Gay Athletes as Rogers Plays for Galaxy". The New York Times. 27 may 2013. 27 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2015.
  6. Lalas, Greg; Firchau, Nick. "It's official: Robbie Rogers joins LA Galaxy; Chicago Fire get postseason hero Mike Magee in exchange". MLSsoccer.com. 25 may 2013. 8 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  7. 1 2 3 4 5 6 7 8 9 10 "MLS Soccer – Robbie Rogers". MLS Soccer. 2014-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  8. "Orange County Blue Star". USFC Soccer. 2012-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2012.
  9. "Robbie Rogers – Cal South Alumnus". Cal South. 2013-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  10. 1 2 3 4 5 "Rogers leaves Maryland for Dutch club Heerenveen". Soccer America. August 16, 2006. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  11. 1 2 3 "USA – Robbie Rogers". Team USA. 2012-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  12. "Robbie Rogers Update from Heerenveen". US Soccer. September 14, 2006. July 23, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2015.
  13. 1 2 3 "US Soccer Profile – Robbie Rogers". US Soccer. 2014-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  14. "MLS – Robbie Rogers – About". MLS Soccer. 2012-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  15. 1 2 "Schedule – Columbus Crew – 2007". Columbus Crew. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  16. 1 2 "Statistics – Columbus Crew – 2007". Columbus Crew. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  17. "Columbus Crew 4–3 Chivas USA". Soccerway. April 13, 2008. September 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  18. "Columbus Crew 2–1 Kansas City Wizards". Soccerway. May 4, 2008. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  19. "San Jose Earthquakes 2–3 Columbus Crew". Soccerway. May 11, 2008. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  20. "Columbus Crew 3–1 New York Red Bulls". Soccerway. September 19, 2008. September 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  21. "Columbus Crew 2–0 Kansas City Wizards". Soccerway. 9 noyabr 2008. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  22. "Columbus Crew win 2008 MLS Cup". American Soccer News. November 23, 2008. November 20, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015. (#apostrophe_markup)
  23. 1 2 "Statistics – Columbus Crew – 2008". Columbus Crew. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  24. "Schedule – Columbus Crew – 2009". Columbus Crew. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  25. "San Jose Earthquakes 0–3 Columbus Crew". Soccerway. August 9, 2009. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  26. "Columbus Crew 2–0 Puerto Rico Islanders". Soccerway. August 19, 2009. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  27. "Columbus Crew 1–1 Deportivo Saprissa". Soccerway. September 30, 2009. March 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  28. "Columbus Crew Clinch 2009 Supporters' Shield". Our Sports Central. October 22, 2009. İstifadə tarixi: 22 sentyabr 2015. (#apostrophe_markup)
  29. "Real Salt Lake 1–0 Columbus Crew". Soccerway. 31 oktyabr 2009. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  30. "Columbus Crew 2–3 Real Salt Lake". Soccerway. 6 noyabr 2009. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  31. 1 2 "Statistics – Columbus Crew – 2009". Columbus Crew. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  32. 1 2 "Statistics – Columbus Crew – 2010". Columbus Crew. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  33. "Columbus Crew 3–2 New England Revolution". Soccerway. May 9, 2010. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  34. 1 2 "Columbus Crew 2–1 Colorado Rapids". Soccerway. November 6, 2010. April 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  35. "DC United 3–1 Columbus Crew". Soccerway. 19 mart 2011. 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  36. "Columbus Crew 1–0 Sporting Kansas City". Soccerway. April 17, 2011. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  37. 1 2 3 "Statistics – Columbus Crew – 2011". Columbus Crew. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  38. "Colorado Rapids 1–0 Columbus Crew". Soccerway. October 28, 2011. March 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  39. "American Winger Set For Whites Deal". The Scratching Shed. 10 yanvar 2012. 2013-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015. (#apostrophe_markup)
  40. "Futures of Rogers, Ekpo, Burns uncertain in Columbus". MLS Soccer. 10 noyabr 2011. 2013-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  41. "Mendoza heads the list of roster casualties in Columbus". MLS Soccer. 29 noyabr 2011. 2012-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  42. "Rogers' departure no surprise for forward-thinking Crew". The Drovester. 11 yanvar 2012. İstifadə tarixi: 22 sentyabr 2015. (#apostrophe_markup)[ölü keçid]
  43. "Robbie Rogers – Soccerway". Soccerway. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
  44. "Leeds strike it lucky as Championship side close in on Rogers signing". Daily Mail. 19 dekabr 2011. 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015. (#apostrophe_markup)
  45. 1 2 "Robbie Rogers – Leeds United". Leeds United A.F.C. 2012-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  46. "Leeds United sign US international Robbie Rogers". BBC Sport. 11 yanvar 2012. İstifadə tarixi: 23 avqust 2015.
  47. "American Winger Signs For Whites". The Scratching Shed. 2013-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2015.
  48. "Klinsmann provides Robbie reference". Leeds United A.F.C. 13 yanvar 2012. 2012-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2015.
  49. "Rogers granted work permit". Leeds United A.F.C. January 19, 2012. January 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2015.
  50. 1 2 "Leeds 3–2 Doncaster". BBC Sport. February 18, 2012. February 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  51. "Luc's late, late winner for Leeds". Leeds United A.F.C. 18 fevral 2012. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2015.
  52. 1 2 3 4 "Games played by Robbie Rogers in 2011/2012". Soccerbase. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  53. "Reading 2–0 Leeds". BBC Sport. April 6, 2012. August 26, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  54. "Late goals break United resistance". Leeds United A.F.C. 6 aprel 2012. 2012-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  55. 1 2 "Leeds 4–1 Peterborough". BBC Sport. 14 aprel 2012. 2015-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  56. "Leeds United vs Peterborough United". Leeds United A.F.C. 14 aprel 2012. 2014-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  57. "United boss weighs up his Blackpool options". Leeds United A.F.C. 17 aprel 2012. 2012-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  58. "O'Dea's days at Leeds are done – Boss". Leeds United A.F.C. April 20, 2012. April 22, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  59. "Injury update from United boss". Leeds United A.F.C. 3 may 2012. 8 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 September 2015.
  60. "Robbie's Galaxy workout". BBC Sport. June 13, 2012. June 15, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  61. "United kick-off with five at Farsley". Leeds United A.F.C. 20 iyul 2012. 2012-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  62. "United hit Tavistock for six". Leeds United A.F.C. 23 iyul 2012. 2012-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  63. "Duo placed on transfer list". Leeds United A.F.C. 9 avqust 2012. 2012-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  64. "Leeds United Supporters' Trust confirms collapse of takeover bid". BBC Sport. 9 avqust 2012. 2014-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  65. "Boro seal Rogers loan deal". Stevenage F.C. 23 avqust 2012. 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  66. "Stevenage take Robbie Rogers on loan from Leeds United". BBC Sport. 23 avqust 2012. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  67. "Smith on Rogers signing". Stevenage F.C. 23 avqust 2012. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  68. "Oldham 0–1 Stevenage". BBC Sport. 25 avqust 2012. 2012-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  69. 1 2 "Risser and Rogers loans end". Stevenage F.C. 15 yanvar 2013. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  70. 1 2 "Leeds United release US international Robbie Rogers". BBC Sport. 15 yanvar 2013. 2015-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  71. "American departs the club". Leeds United F.C. 15 yanvar 2013. 2013-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2015.
  72. "Robbie Rogers: Ex-Leeds United and USA winger reveals he is gay". BBC News. 15 fevral 2013. 2013-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  73. 1 2 3 Foss, Mike; Brady, Erik. "Rogers coming back as first openly gay player in MLS". USA Today. May 24, 2013. July 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2015.
  74. "MLS Commissioner Don Garber on Robbie Rogers: "A courageous man and a terrific soccer player"". MLS Soccer. May 25, 2013. June 11, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  75. "Robbie Rogers trains with Los Angeles Galaxy". Reuters Limited. 1 may 2013. 3 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2015.
  76. "Robbie Rogers to resume career". ESPN.com. 24 may 2013. 7 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2015.
  77. Zillis, Anthony. "Robbie Rogers meets with Chicago Fire owner Andrew Hauptman about potential deal". MLSsoccer.com. 8 may 2013. 7 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 September 2015.
  78. Robbie Rogers's L.A. Galaxy Wins Soccer Championship Arxivləşdirilib 2014-12-10 at the Wayback Machine, advocate.com, 7 dekabr 2014, İstifadə tarixi:29 sentyabr 2015
  79. 1 2 3 4 5 6 7 "MLS – Robbie Rogers – Country". MLS Soccer. 2012-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  80. 1 2 3 "Player Bio – Robbie Rogers". US Soccer. 2014-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2012.
  81. "Bradley names roster for Wednesday qualifier against Trinidad & Tobago". Soccer Wire. 12 oktyabr 2008. 2011-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015. (#apostrophe_markup)
  82. "USA 3–2 Sweden". Soccerway. 24 yanvar 2009. 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  83. "USA 4–0 Grenada". Soccerway. 5 iyul 2009. 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  84. "USA 0–5 Mexico". Soccerway. 26 iyul 2009. 2021-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  85. "USA 2–0 Honduras". Soccerway. 9 iyul 2009. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2015.
  86. "USA 2–1 Panama". Soccerway. 19 iyul 2009. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  87. "Honduras 0–2 USA". Soccerway. 24 iyul 2009. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  88. "Rogers, Finley get first call-up for U.S qualifiers". ESPN FC. 27 avqust 2009. 2009-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  89. "Honduras 2–3 USA". Soccerway. 11 oktyabr 2009. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  90. 1 2 "USA 2–2 Costa Rica". Soccerway. 15 oktyabr 2009. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  91. "U.S. 2–2 Costa Rica: Bornstein ties it late". ESPN Soccernet. 15 oktyabr 2009. 2009-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  92. "Slovakia 1–0 USA". Soccerway. 14 noyabr 2009. 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  93. "Denmark 3–1 USA". Soccerway. 18 noyabr 2009. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  94. "Robbie Rogers – National team". Soccerway. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  95. "USA 1–3 Honduras". Soccerway. 24 yyanvar 2010. September 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2012.
  96. "USA 2–1 El Salvador". Soccerway. 25 fevral 2010. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  97. "US Soccer: Bradley Announces 30 Man Preliminary Roster for World Cup". Bleacher Report. 11 may 2010. 14 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015. (#apostrophe_markup)
  98. "USA 2–4 Czech Republic". Soccerway. 25 may 2010. 20 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  99. "USA's 23-man World Cup roster announced". Fox Soccer. 26 may 2010. 10 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  100. "South Africa 0–1 USA". Soccerway. 17 noyabr 2010. 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  101. "Bradley Announces 23-Man Roster for 2011 Gold Cup". US Soccer. 23 may 2011. 26 May 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  102. "World champions show their class". ESPN Soccernet. 4 iyun 2011. 2013-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  103. "USA 0–4 Spain". Soccerway. 4 iyun 2011. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  104. "Mexico beats U.S. to win the Gold Cup". ESPN Soccernet. 26 iyun 2011. 2013-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  105. "USA 1–1 Mexico". Soccerway. 10 avqust 2011. 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  106. "Robbie Rogers scores to salvage draw". ESPN Soccernet. 12 avqust 2011. 2016-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  107. "USA 1vs1 Mexico". Goal.com. 10 avqust 2011. 2011-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  108. "USA 0–1 Costa Rica". Soccerway. 3 sentyabr 2011. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  109. "Belgium 1–0 USA". Soccerway. 6 sentyabr 2011. 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  110. "Slovenia 2–3 USA". Soccerway. 15 noyabr 2011. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  111. 1 2 3 4 "Rogers, Robbie". National Football Teams. İstifadə tarixi: 29 sentyabr 2015.
  112. Carlisle, Jeff. "Rogers to make history while the Fire get a steal". espnfc.com. 2013-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2015.
  113. "Leeds United 2011/2012 player appearances". Soccerbase. 2012-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  114. "Stevenage 2012/2013 player appearances". Soccerbase. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  115. "Robbie Rogers". LA Galaxy. 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  116. 1 2 3 4 5 6 "US Soccer Profile – Robbie Rogers – Personal". US Soccer. 2014-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  117. "Robbie Rogers". Columbus Crew. 2011-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  118. "Gay Soccer Star Robbie Rogers on His Memoir, Boyfriend Greg Berlanti and Locker Room Talk"". November 25, 2014. October 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  119. Borden, Sam. "Freed of a Secret's Burden, a Soccer Player Looks Ahead". The New York Times. March 29, 2013. July 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.
  120. Smith, C. Molly. "Robbie Rogers-inspired comedy 'Men in Shorts' coming to ABC". Entertainment Weekly. October 14, 2014. January 12, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2015.

Xarici keçidlər

redaktə

Şablon:LA Qelaksi heyəti

  NODES
INTERN 2