Rumıniyada qaqauzlar

Rumıniyada qaqauzlar ən qədim etnik azlıqlardan biridir. Onların əsas yaşayış məntəqələri Dobruca bölgəsində (Rumıniyanın cənub-şərqi) yerləşir və onların əsas dini pravoslavlıqdır.

Özünüadlandırma
Gagauzlar
Ümumi sayı
45 - 3000 (təxminən)
Yaşadığı ərazilər
Dobrucanın rumın hissəsi
Dili

rumın, qaqauz

Dini

Pravoslavlıq

 
1930-cu il siyahıyaalmasına görə, qaqauzların əhəmiyyətli sayı təkçə Bessarabiyada deyil həmçinin KonstantsaKaliakra judetslərində də qeydə alınmışdır. Bu xəritədə qaqauzlar narıncı nöqtələrlə G (narıncı nişana qara nöqtə qoyulub) və ya G (narıncı nöqtənin yanında narıncı hərf yazılıb) işarələri ilə qeyd olunub.

Qaqauz xalqının DobrucaDeliorman bölgələrində yaşadığı 13-cü əsrdən məlumdur.

XIX əsrin əvvəllərində Dobrucadaki qaqauzların sayı hələ çox idi. Bessarabiya torpaqlarının Rusiya imperiyasına keçdiyi dövrdə (1812), qaqauzların kiçik bir hissəsi Dobrucadan Bessarabiyaya köçmüşdür, çünki orada qaquzları imtiyazlar vəd edilmişdir ki, onlar hərbi xidmət və çar hökumətinin qoyduğu vergilərdən azad idilər, həmçinin onlara müharibə və quldur terroru ilə əhatə olunmuş Balkan yarımadasını tərk etmək imkanı verilmişdir. Dobrucada (Bolqarıstanın şimal-şərqi və Rumıniyanın cənub-şərqi) qalan əhalinin əksəriyyəti assimilyasiya olunmuşdur.

Assimilyasiya

redaktə

Rumıniya, Rusiya, Bolqarıstan dövlətləri qaqauzların assimilyasiyasına güclü təsir etmişdilər. Bu cür proseslər 1918-1944-cü illərdə Rumıniyanın "Bessarabiyanın azad edilməsi" zamanı da baş verirdi.

 
1918-ci ildə Dobrucanın etnik xəritəsi (xəritədə "dənizkənarı" qaqauzların yaşayış yerləri qara rənglə qeyd edilmişdir)

1940-1941-ci illərdə SSRİ XDİK "Bessarabiyada xalq düşmənləri" şüarları altında qaqauzlar arasında kütləvi təmizləmələr aparmış, XDİK əməkdaşları yüzlərlə qaqauz ailəsini repressiya etmişdilər. Qaqauzlar ilk dəfə SSRİ-də hərbi xidmətə çağırılmışdılar, sovet işğalı dövründə qaqauzları rus dilində danışmağa məcbur edirdilər və doğma dillərində ünsiyyətləri qadağan olunmuşdur. Çarəsizlikdən bir çox qaqauzlular Latın Amerikasına (Braziliya və s.) üz tutmuşdular. Rumıniya hökuməti də qaqauzların assimilyasiyasının tərəfdarı idi. Rumıniya lideri Antonesku qaqauzların Dnestr tərəfə deportasiyası üçün plan hazırlamışdır, onların yerinə oraya rumınları köçürülməli idilər. Yalnız rumınların Stalinqrad döyüşündə məğlubiyyəti bu prosesin tətbiqini dayandırdı. Hazırda Rumıniyada bir çox etnik qaqauzlar yaşayır, amma rumınlaşdırma prosesləri səbəbindən onlar özlərini rumın hesab edirlər.

Yerləşmələri

redaktə

1930-cu ildə TolçuKonstansa judetslərində qaqauzların sayı 1000 nəfər idi, onların 752-si Konstansada yaşayırdı. 2002-ci il siyahıyaalınmasında Rumıniyada 45 qaqauz var idi. Tolçu judetsində qaqauzların ən böyük yaşayış məntəqələri: Beydaud, Stejaru, Acıoğlu və Izvoarele. Konstantsa judetsində qaqauzlar Yılanlık, Kara Ömer, Azaplar, Göl-Punar, Nastradin, Topraisar, Çernavode, Tekirgöl, Manqaliya və Konstantsada yerləşiblər.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES