Rustavi[3][4] (gürc. რუსთავი) — Gürcüstan Respublikasında Aşağı Kartli diyarının (tarixi Borçalı mahalı) mərkəz şəhəri. 1948-ci ildə şəhər kimi restrukturizasiya edilmiş Rustavinin tarixi adı Bostanşəhər olmuşdur.

Rustavi
რუსთავი
Bayraq Gerb
Bayraq Gerb
41°32′37″ şm. e. 45°00′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 60 km²
Mərkəzin hündürlüyü 350 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 132.333 nəf. (2023)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (341)
Poçt indeksi 3700–3799[2]
Digər
rustavi.gov.ge
Xəritəni göstər/gizlə
Rustavi xəritədə
Rustavi
Rustavi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1944-cü ildə hazırda Rustavi şəhəri adlanan ərazidə metallurgiya zavodu inşa edilməyə başlandı.[5] Zavodun inşası başa çatdıqdan sonra 1948-ci ildə bu yaşayış məntəqəsinə şəhər statusu verildi.[5]

Coğrafi mövqe

redaktə

Respublika tabeli şəhər olan Rustavi Kür çayının sahilində, paytaxt Tiflisdən 25 km. cənub-şərqdə Qarayazı düzündə yerləşir. Coğrafi koordinatları 41° 33' şimal enliyi, 45° 2' şərq uzunluğudur. Rustavi (Bostandərə) şəhərinin sahəsi 61 km² - dir[6] .

Rustavi şəhərinin əhalisi[7]
15.1.1959 sa. 15.1.1970 sa. 17.1.1979 sa. 12.1.1989 sa. 17.1.2002 sa. 1.1.2012 sa.
62 395 98 210 129 084 158 661[8] 116 384 122 500

2002-ci il Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Rustavi şəhərinin əhalisinin sayı 116.384 nəfər təşkil etmişdir. Ailələrin orta say tərkibi 3,4 nəfərdir. 4-nəfərlik ailələr say baxımdan cəmi ailələrin 28%-ni təşkil edir. Əhalinin 87,8%-i gürcülər, 3,1%-i ruslardır. Hal-hazırda Rustavi şəhərində buranın tarixən ən böyük etnik qrupu olan 4993 nəfər (şəhər əhalisinin 4,3%-i) azərbaycanlı yaşayır. Digər mənbələrdə isə rustavidə yaşayan azərbaycanlıların sayı 14.000 nəfər kimi göstərilir.[9] Statistikaya görə 2006-cı ildə şəhərin əhalisinin sayı 118,2 minə çatmışdır. Rustavi əhalisinin sayına görə TiflisKutaisidən sonra Gürcüstanda 3-cü yeri tutur.

İqtisadiyyatı

redaktə

Rustavi Gürcüstanın iri ağır sənaye mərkəzi hesab olunur. 1991-ci ildə Gürcüstan dövlət müstəqilliyini elan etdikdən sonra dərin iqtisadi tənəzzül ilə əlaqədar olaraq burada fəaliyyət göstərmiş 118 sənaye müəssisəsindən hal-hazırda cəmisi 3-ü işləyir. Metallurgiya və kimya sənayesi, o cümlədən gübrə və sement istehsalı inkişaf etmişdir. 2010-cu ildə Rustavidə uzun müddət bağlı qalan boru istehsal edən metallurgiya zavodu yenidən fəaliyyətə başlayıb. Yeni istehsal obyektinə 152 milyon dollar sərmayə yatırılıb və Cənubi Qafqaz fəaliyyət göstərən yeganə bu tipli zavoddur.

Mədəniyyəti

redaktə

Şəhərdə hal-hazırda 25 orta, 2 orta ixtisas, Gürcüstan Texniki Universitetinin və Tbilisi Dövlət Universitetinin filialları, eləcə də 1994-cü ildə əsası qoyulmuş "Rustavi 2" teleşirkəti fəaliyyət göstərir.

İstinadlar

redaktə

Mənbə

redaktə
  1. https://www.geostat.ge/en/modules/categories/41/population.
  2. Georgian Post. 1805.
  3. Azərbaycan Respublikası: Atlas Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine, səh. 14, 16, 26, 28, 34, 40, 44, 46, 48, 52 və 54.
  4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının Fiziki Arxivləşdirilib 2016-08-12 at the Wayback MachineSiyasi xəritəsi Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine
  5. 1 2 Official website self-governing city of Rustavi: Recent History: New Construction Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  6. "Arxivlənmiş surət". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-07.
  7. Population statistics of Eastern Europe: Cities & towns of Georgia Arxivləşdirilib 2018-05-22 at the Wayback Machine
  8. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine
  9. "Rustavi Metallurgiya Zavodu Boru Istehsalını Yenidən Bərpa Edib". 2012-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-25.
  NODES
INTERN 2