SAT (Scholastic Assessment Test)

SATAmerika Birləşmiş Ştatlarında kolleclərə qəbul üçün nəzərdə tutulan standartlandırılmış test. Test əvəllər Sxolastik Qabiliyyət Testi və yaxud Sxolastik Qiymətləndirmə Testi adlandırılırdı. SAT Birləşmiş Ştatlarda qeyri-kommersiya təşkilatı olan Kollec Şöbəsi tərəfindən qəbul edilir, dərc olunur və inkişaf etdirilir. Əvvəllər isə o, Təhsil Test Xidmətləri (TTX) tərəfindən inkişaf etdirilmiş, dərc olunmuş və nəticədə böyük üstünlük qazanmışdı. 2005-ci ildə bu test “SAT Məntiq Testi” adlandırıldı. Kollec Şöbəsi qeyd edir ki, SAT kollecdəki akademik uğur üçün lazım olan tənqidi təfəkkür bacarıqlarını təyin edir. Qeyd olunur ki, SAT test verənlərin problemləri necə təhlil və həll etmə bacarıqlarını qiymətləndirir. SAT adətən, orta məktəbin aşağı və yuxarı sinif şagirdləri tərəfindən istifadə olunur.[1] Kollec Şöbəsi bildirir ki, orta məktəbdə orta dərəcəli qiymətləndirmə ilə birlikdə SAT-dan istifadə olunması kollecdəki uğurun daha yaxşı göstəricisidir.

SAT
Loqonun şəkli
Mənşə ABŞ ABŞ
Tip Kağız üzərində standart bir test
Sahibi College Board, Educational Testing Service
Bölmələr Yazı, tənqidi oxu, riyaziyyat
Məqsəd Universitet və ya kolleclərin bakalavr proqramlarına qəbul
İlk ili 1926
Müddəti 3 saat (inşa olmadan), 3 saat 50 dəqiqə (inşa ilə)
Bal şkalası 400–1600
Etibarlılıq müddəti 3 il
Təkliflər İldə 7 dəfə
Məhdudiyyətlər Rəsmi məhdudiyyət yoxdur. Orta məktəb tələbələri üçün nəzərdə tutulub. Sərrast ingilis dili bacarığı tələb edilir.
Bölgə Ümumdünya Bütün dünya
Test dili İngiliscə
İştirakçıların sayı 2.22 milyon
Qiyməti 52.50$–101.50$ (ölkədən ölkəyə fərqlilik göstərir)
sat.collegeboard.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerikada federal, yerli idarə və özəl, distant və ölkədaxili məktəblərdə təhsil alan tələbələrin sayının çoxalması ilə əlaqədar olaraq maliyyələşdirmə, tədris planı və qiymətləndirmədə mühüm fərqlər var, buna görə də ABŞ orta məktəblərində çətinliklər mövcuddur. SAT-nin nəticələri orta məktəb qeydiyyatını tamamlamaqla qazanılır və tələbə qəbulu üzrə məsul şəxslərə kurs işi, dərəcələr, sinfi səviyyələr kimi məlumatları təmin etməkdə kömək edir.

2005-ci ilin martında SAT-da dəyişiklər edilmişdi. Tarixən, SAT sahilboyu zonalardakı kolleclərdə, AKT (Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test) isə Orta QərbCənubda daha çox məşhurluq qazanmışdı.

2015-16-cı tədris ilindən başlayaraq Kollec Şurası pulsuz SAT hazırlığını təmin etmək üçün Khan Academy ilə işləməyə başladı. 2022-ci ilin yanvar ayında Kollec Şurası testin rəqəmsal olacağını açıqladı.[2][3] Bu dəyişiklik artıq 2023-cü ilin martında beynəlxalq imtahan verənlər üçün baş verib və ABŞ imtahan verənlər üçün 2024-cü ilin martında başlayacaq.

İstinadlar

redaktə
  1. Fuess, Claude. The College Board: Its First Fifty Years. New York: Columbia University Press. 1950. 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-05.
  2. "College Board Will No Longer Offer SAT Subject Tests or SAT with Essay – College Board Blog". College Board (ingilis). August 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2021.
  3. Hartocollis, Anemona; Taylor, Kate; Saul, Stephanie. "Retooling During Pandemic, the SAT Will Drop Essay and Subject Tests". The New York Times (ingilis). January 20, 2021. ISSN 0362-4331. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2021.
  NODES