Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti.[1] Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b. prinsiplər əsasında aparılır.[2]

Polşa.Baltik dənizi sahili.

Sahilin morfoloji elementləri

redaktə
 
Sahilin morfoloji elemntləri

Sahillərin dəniz yaxud göl ləpədöyməsi dağılması, yuyulması abraziya adlanır. Əgər abraziyaya yüksək sahil məruz qalırsa, onda iki əsas sahil profili elementi- klif[3]benç[4] yaranır.

 
Üç qardaş kekuru.Kamçatka

Klif — qaya süxurlarının sahil uçurumuna deyilir. Dalğalar yüksək sahilləri dəniz səviyyəsində yuyub oyur. Burda dalğa-ləpədöymə taxçasi (və ya oyuğu) əmələ gəlır. Qaya süxurlarında klifin hündürlüyü çox böyük ola bilər. Şərqi KamçatkadaOxot dənizi sahilboyunda klif 700 m-ə çatır. Əğər klif xeyli qalın çökmə qatlardan əmələ gəlirsə, o, çox halda sürşmələrlə və uçqunlarla mürəkkəbləşir. Dəniz səviyyəsinin alçalmadığı şəraitdə, uçqun sayəsində əsas sahil tədricən ləpədöymə xəttindən quruya doğru geriyə çəkilir. Sahili təşkil edən süxurlar yekcins olmadıqda dəniz dalğqası sahili adda-budda dağıdır. Ən davamlı süxurlar dənizdə qayalar, dirəklər formasında qalır. Onlar kekurlar adlanır. Xeyli zəif süxur sahillərində mənfi formalar — ovuqlar, taxçalar, kahalar yaranır. Əgər dalğa yümşaq çöküntülərdən təşkil olunmuş alçaq sahili dağıdırsa, klif əvəzinə sahil enişi əmələ gəlir.[5]

Benç — dalğa taxçasından aşağıda olan zəif meyilli səthə deyilir. Benç də klif kimi, yalnız qaya süxurlarında deyil, dənəvər olmayan çökmə süxurlarda da yaranır. Bençin eni 5 km-ə ola bilir: 40 m-ə qədər gedir.

Çimərlik — benç üzərində olan məhsulların arası kəsilmədən sürtülüb xırdalanması və çınqıl, quma çevrilməsi nəticəsində əmələ gəlir.

 
Kopakabana çimərliyi. Rio de Janeyro.

. Bəzən çimərlik balıqqulağından ibarət olur. Çimərlik suyun ən alçaq səviyyəsi ilə ən yüksək səviyyəsi arasında yerləşir. Bu, qabarmaçəkilmə səviyyələri ola bilər, qabarma olmayan dənizlərdə və göllərdə isə — sakit havadakı səviyyə və fırtına dalğası səviyyəsi ola bilər. Çımərlik dəniz səviyyəsi altına keçir və tədricən sualtı yığıntıya çevrilir.

Sahilyanı sahə — dənizin yığıntı hüdudundaki hissəsinə deyilir. Bunu bəzən litoral da adlandırırlar.

Sahilboyu — dənizə toxunmayan, yəni klifdən kənarda qalan quru sahəsidir.

Beləliklə, qurudan dənizə keçiddə üç paralel zolaq ayrılır:

  • sahilboyu zolaq.
  • sahil zolağı.
  • sahilyanı zolaq.

Dayaz dənizlərdə sahildən uzaqda və okean dayazlıqlarında bankalar, sədlər , və tirələr əmələ gəlir. Banka əydəmli və çox böyük sahəli dayazlıqıdır. Məsələn: Şimal dənizində Dogger-Bank, Atlantik okeanında Nyufaundlend bankəsi.

 
Arbat oxunun cənub hissəsi.

Morfoloji cəhətdən say (bar) daha kəskin ifadə olunmuşdur.[6] Sahil sayı sahildən müəyyən qədər aralı və sahil boyunca uzanmış ensiz yığıntı zolağıdır. Dənizin sayla ayrılmış hissəsi laquna adlanır. Sayın eni, adətən, 100–200 m-ə yaxındır. Uzunluğu yüz kilometrlərlədir. Meksika körfəzinin qərb sahilboyunca uzanan sayın uzunluğu 800 km-dir.

Dilləroxlar ensiz qum zolaqlarıdır. Onlar KalininqradQdansk yanında (Baltik dənizində) və Azov dənizində (Arbat oxu) yaxşı inkişaf etmişdir.[7]

Sahillərin təsnifatı

redaktə

Sahillərin böyük praktiki əhəmiyyəti olduğuna görə onların təsnifatı çoxdan yaradılmışdır və daim təkminləşdirilir. Parçalanma dərəcəsinə görə bütün sahillər buxtalı sahillərədüz sahillərə bölünür. Buxtalı sahillərin konfiqurasiyası mürəkkəb, düz sahillərinki isə nisbətən sadədir.

Buxtalı sahillər

redaktə
 
Avstraliya sahillərində rias tipli körfəz.
  • Rias sahilləri.(ispanca rio-çay) Sahil xəttinin ümumi istiqamətinə perpendikulyar çay dərələri ilə parçalanmış uca massivlər yaxud dağ massivləri su altından qalan zaman yaranır. Riaslar (körfəzlər) çay dərələrinin su basmış dərin mənsəbləri olub dənizə doğru genişlənmiş qıfa bənzəyir. Rias tipli sahillər sıra dağlardan sahilə düz bucaq altında yanaşdığı yerlərdə: Priney dağlarının qərb qurtaracağında, Şərqi Çin dənizində, Yaponiyanın bəzi rayonlarda yayılmışdır.[8]
  • Dalmasiya sahilləri. Sıra dağları sahilə paralel uzanan dağlıq ölkəni dəniz basan yerdə bu tip sahillər formalaşır. Bu ad Adriatik dənizi sahil boyunda Dalmasiya vilayətinin adından götürülüb. Ensiz uzun körfəzlər və boğazlar, onların arasında isə adalar və yarımadalar dəniz sahilinin ümumi istiqaməti boyunca uzanır.[9]
 
Skorsbi fiordu.
  • Fiord sahilləri. Materik buzlaşması təsirinə məruz qalmış dağlıq ölkələrdə əmələ gəlir.(norveç.fyord və ya fiord-körfəz). Fiordlar yüksək və dik dağ sahilləri olan ensiz , çox dərin və uzun körfəzlərdir. Fiordlar həmişə qruplarla yerləşir və bu tip sahillər böyük məsafədə uzanır. Onların yerləşməsində də müəyyən qanunauyğunluq nəzərə çarpır. Fordlu sahillər mütləq 50° şm. e-dən şimalda, Çilidə isə 40 °C.e-dən cənubda yerləşir. Ən uzun fiord Qrenlandiyanın şərqində yerləşən Skorsbi fiordudur.(350 km.). Avropada idə Norveç sahillərindəki Soqne-fyordudur.(204 km). Bəzi ədəbiyyatlarda Magellan boğazınıda ford hesab edirlər.(550 km).
 
Naantali şəhəri yaxınlığında şxer sahil.
  • Şxerli sahilləri. Sahil yaxınlığında yerləşən xırda qayalıq, daşlıq adalar və sualtı qayalardan ibarət olur. Bu sahillər də möhkəm kristallik süxurlardan ibarət olan və materik buzlaşmasına məruz qalmış sahələrdə formalaşır. Finlandiyanın cənub sahilinin şxerləri daha tipikdir. Norveç, Kanada, Qrenlandiya sahillərində daha çoxdur. Adalar və sualtı qayalar, kristallik süxurların çıxıntıları, su altında qalmış buruq qayalar və qoyun kəllələrindən ibarətdir.[7].

Düz və düzəlmiş sahillər

redaktə

Nisbi düzxətliliyi olan sahillərə ilk düz yaxud sadəcə olaraq düz sahillər deyilir.

  • Düzləşmiş sahillər. Buxta sahillərinin ləpədöymə və axınlar vasitəsilə dəyişilməsi nəticəsində yaranır. Belə sahillər çox halda dənizin təsirinə məruz qalmış və materiklərin qıraqıarının ilk xətti artıq xeyli dəyişilmişdir. Bu sahillərdə kliflər yaranmış, onların boyunca bəzən benclər və çimərliklər, bəzən də allüvial düzənliklər yerləşir. Dənizin abrazion-akkumlativ fəaliyyəti həmişə sahilləri düzləşdirməyə yönəlmiş olur.
 
Mavi laqun. Ölüdəniz.Türkiyə
  • Laquna sahillər. Düzləşdirmənin müəyyən mərhələsində formalaşır. Belə sahillər ovulan çöküntülərdən təşkil olunmuş geloji baxımdan cavan ovalıqlarda inkişaf edir. İlk əvvəl dəniz çay dərərləari və digər çökəkliklərlə çox alçaq sahilli şaxələnmiş körfəzlər şəklində quruya çox irəlləyir. Sonralar ovulan süxurların yuyulması nəticəsində dillər, dayazlıqlar, dar yerlər əmələ gəlir. Onlar dənizin bir hissəsini şaxəli körfəzləri olan ensiz uzn laquna şəklində ayrılır. Laqunalı sahillər Şimali Amerikanın Atlantik okeanı sahilboyunda, Baltik dənizinin cənub sahilinin bəzi yerlərində, Xəzərin qərb sahilboyunda, şərqi Saxalində, Venesiya yaxınlığında, Qvineya körfəzində yayılmışdır.
 
Puerto-Rikoda manqrov sahili
  • Marşlı sahillər. Laqunalı sahilin sonrakı inkişaf mərhələsində meydana gəlir. Laqunaların yerində bataqlaşmış ovalıqlar əmələ gəlir. Laqunalar onlara tükülən çayların çöküntülərilə, qabarma və qasırğa dalğalarının tulladıqları dəniz qumları ilə dolur. Bitkilər də burda böyük rol oynayır.
  • Manqrov sahilləri. Marş çəmənliklərinin analoqu isti qurşaqda manqr cəngəllikləridir. Onlar hər qabarma zamanı su basan, lilli alçaq sahillərdir.[10]
  • Mərcan sahilləri. Tropik dənizlərdə geniş yayılmışdır.

Sahil proseslərində və sahil tiplərinin əksəriyyətində enlik zonallığı əlamətləri var. Rütubətli iqlimlərdə riaslı, limanlı və laqunalı sahillər ola bilir. Quru iqlimlərdə dəniz və səhra sərhəddində eol prosesləri və eol relyef formaları üstünlük təşkil edir. Fior, şxer sahillər isə adətən şimalda müşahidə olunur.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. "БСЭ. Статья «Берег»". 2008-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-12.
  2. Sahil // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
  3. БСЭ. Статья "Клиф" [ölü keçid]
  4. "Статья «БЕНЧ »". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.
  5. Леонтьев О.К.Геоморфология морских берегов и дна.М,Изд-во МГУ,1968.с.56–59.
  6. "Arxivlənmiş surət". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-27.
  7. 1 2 Л.П.Шубajeв. Yмуми Jершyнаслыг. Бакы.1986.s.397–405
  8. Л.П.Шубajeв. Yмуми Jершyнаслыг. Бакы.1986. s.399
  9. "Arxivlənmiş surət" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-28.
  10. "dic.academic.ru". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-28.
  NODES