Sakit Məmmədov

Azərbaycanlı rəssam
(Sakit Məmmədov (rəssam) səhifəsindən yönləndirilmişdir)

Sakit Qulam oğlu Məmmədov (5 avqust 1958, Neftçala rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü.

Sakit Məmmədov
Sakit Qulam oğlu Məmmədov
Doğum tarixi 5 avqust 1958(1958-08-05) (66 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Uşağı
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2007 [[Fayl:||link=d:Q110548724|"Vətən Övladı" ordeni ]]
"Şərəf" ordeni — 2013[1]
sakitmammadov.art
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Sakit Məmmədov 1958-ci il avqust ayının 5-də Neftçala şəhərində anadan olmuşdur. 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuş S. Məmmədov 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olmuş, 1987-ci ildə oranı adəti olaraq fərqlənmə ilə bitirmişdir. RusTürk dillərini bilir. Ailəlidir 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.

Fəaliyyəti

redaktə

Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. "Xatirə şəkli", "Oyun", "Məşq", "Falabaxanlar", "Ad günü", "Leninqrad xatirələri", "Yaşasın İstanbul", "Bayram", "Toy", "Metro", "13 nömrəli avtobus', "Həvəskar" və s. kimi əsərlərinin adlarını çəkmək olar.[2] Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Sakit Məmmədov müsahibələrin birində demişdir:

  «İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…»  

1983-cü ildən müxtəlif sərgilərdə iştirak edən Sakit Məmmədovun əsərləri dünyanın məşhur qalereyalarında nümayiş olunur. Onların sırasında Puşkin muzeyi, Avropa Parlamenti, Fransanın Opera qalereyası, Türkiyənin Dolmabağça sarayının qalereyaları, İspaniya, Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur.

Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın yaratdıqlarından heyrətlənərək, "Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir"- demişdir. Sənət haqqında Sakit Məmmədovun dediklərindən: "Rəssamlıq mənim aləmimdə böyük sənətdir. Məncə, bu sənətlə məşğul olmaq hər insanın işi deyil. Çünki bu, göz qabağında olan sənətdir. Deyərdim, incəsəntin ən çətin sahəsidir ki, tamaşaçı burada həm rəngi, həm obrazı, həm də hissələri görə bilir. Bu sənət insan kimi dünyaya gəlir, ömrünü yaşayır. Mən rəssamlığı qız övladına bənzədirəm. Kimsə rəsmi alıb aparırsa, məni onun taleyi maraqlandırır: o hansı evə düşəcək, onu orda nələr gözləyəcək? Rəssamların çoxuna elə gəlir ki, onlar nə vaxtsa yaşayıblar. Amma demək olmaz ki, yaradıcılıqları filan əsrə aiddir. Rəssam nəyi düşünürsə onu çəkməlidir. Təsəvvür edin, Allah neçə milyon illərdir ki, yer üzünü, insanları yaradıb, amma yenə də axtarışdadır. Axı bütün insanlarda göz, burun, ağız olduğu halda onlar yenə də bir-birinə bənzəmir. Eyni zamanda ümumi oxşarlıqlar var. Qəribə deyilmi? Bəzi rəssamlara elə gəlir ki, artıq hər şey çəkildiyi üçün təzə nə isə yaratmaq mümkün deyil. İntibah dövrünün rəssamlarından tutmuş bu günə kimi çərçivədən çıxmamaq şərtilə insanı olduğu kimi çəkirlər. Ona görə də ən böyük dahilik gündəlik gördüyün obrazlardan böyük bir əsər yaratmaqdır. Əsl sənətə xidmət edən yaradıcı insan üçün zaman anlayışı yoxdur. Sakit Məmmədovun "Günaydın" əsəri Tumblr sosial şəbəkəsində günün fotosu seçilmişdir. [8]

Opalizm və Sakit Məmmədov

redaktə

Opalizm[3] akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur.

Sərgiləri

redaktə

1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusiyada, İsveçdə, Ukraynada, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada, Gürcüstanda, Tatarıstan Respubilkasında, Sinqapurda, Portuqaliyada sərgiləri keçirilmişdir.

Sərgilərin xronoloji ardıcıllığı

  •   1989-cu ildə Minsk şəhərində Gənclər sərgisi.
  •   1991-ci ildə Ərzurum şəhərində azərbaycanlı rəssamların sərgisi.
  •   1993-cü ildə Krakov şəhərində sərgi.
  •   1994-cü ildə İstanbul şəhərində Art Fayr beynəlxalq sərgisi.
  •   1994-cü ildə İstanbul şəhərində fərdi sərgi.
  •   1995-ci ildə İstanbul şəhərində Taksimdə sərgi.
  •   1996-cı ildə Moskva şəhərində sərgi.
  •   1996-cı ildə İstanbul şəhərində "Kış Müzayedesi" sərgisi.
  •   1997-ci ildə Stokholm şəhərində fərdi sərgi.
  •   1998-ci ildə Kiyev şəhərində azərbaycanlı rəssamların sərgisi.
  •   1999-cu ildə Berlin şəhərində azərbaycanlı rəssamların sərgisi.
  •   2000-ci ildə Sidney şəhərində Olimpiadaya həsr olunmuş sərgi.
  •   2001-ci ildə Strasburq şəhərində Avropa Şurasının Binasında azərbaycanlı rəssamların sərgisi.
  •   2001-ci ildə Brüssel şəhərində Kunstbeurs sərgisi.
  •   2002-ci ildə Bakı şəhərində fərdi sərgi.
  •   2002-ci ildə Moskva şəhərində "Na Salyanke" sərgi salonunda fərdi sərgi.
  •   2004-cü ildə Paris şəhərində Fransa Senatının muzeyində 20 azərbaycanlı rəssamın sərgi.
  •   2004-cü ildə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş sərgi.
  •   2005-ci ildə Seul şəhərində Beynəlxalq Ətraf Mühitin qorunmasına həsr olunmuş sərgisi.[4]
  •   2005-ci ildə Bakı şəhərində "İtaliya Azərbaycanlı Rəssamların Gözü İlə" sərgisi.
  •   2007-ci ildə Sinqapurda Opera qalereyasında tanınmış rəssamların sərgisi, İştirak edən rəssamlar: Mark Şaqal, Yuri Qarbaçov, Yuri Kuper, Sakit Məmmədov
  •   2007-ci ildə İstanbul şəhərində "Akdenizlilik ve Gurbet" sərgisi.
  •   2009-cu ildə Seul şəhərində keçirilən IV Beynəlxalq İpək yolu sərgisi.
  •   2009-cu ildə Londonda Sothbey's sərgi salonunda keçirilən "Buta Festival"-ın təşkil etdiyi azərbaycanlı rəssamların sərgisi.
  •   2009-cu ildə Brüssel şəhərində Avropa Parlamentinin binasında fərdi sərgi.[5]
  •   2010-cu ildə Bakı şəhərində "Gallery 1969" sərgi salonunda fərdi sərgi, "Vətən Övladı" ordeni və "Qorqud" mükafatı ilə təltif olunub.
  •   2011-ci ildə Qəbələ şəhərində I Beynəlxalq İncəsənət Sərgisi.
  •   2011-ci ildə Moskva şəhərində "Manej" qalereyasında beynəlxalq "Vera" festivalı çərçivəsində "Müasirlik və Ənənələr" sərgisi.[6]
  •   2011-ci ildə Qəbələ şəhərində II Beynəlxalq İncəsənət sərgisi.
  •   2013-cü ildə Qəbələ şəhərində III Beynəlxalq Qəbələ İncəsənət Festivalının qalibi.
  •   2013-cü ildə Bakı şəhərində Heydər Əliyev Mərkəzində fərdi sərgi, UNESCO Rəssamlar birliyinin diplomu.[7]
  •   2014-cü ildə Şanxay şəhərində "Sülh adına" keçirilən beynəlxalq sərgi.
  •  2014-cü ildə Lissabon şəhərində "Vera" beynəlxalq incəsənət festivalının qalibi, I yer.[8]
  •   2015-ci ildə Bakı şəhərində Dünya Rəssamlıq Akademiyasının təşkil etdiyi sərgi, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzve və akademiyanın medalı ilə təltif edilmişdir.
  •   2015-ci ildə Paris şəhərində Luvr muzeyində Carusel de Louvre sərgisi , ATEA Cəngavərlər İttifaqının "Böyük Qızıl Ulduzu".[9]

Mükafatları

redaktə
  •   Azərbaycan Respublikasının əməkdar rəssamı
  •   Azərbaycan Respublikasının xalq rəssamı (2018)[10]
  •   YUNESKO (UNESCO) və Azərbaycan Rəssamlar İttifaqının fəal üzvü
  •   Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü
  •   Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru[11]
  •   Rusiya İncəsənət Akademiyasının fəxri üzvü
  •   Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü[12]
  •   Dünya İncəsənət Akademiyasının həqiqi üzvü
  •   Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü
  •   Dünya İncəsənət Akademiyasının qızıl ordeni
  •   "Türk Dünyası" Akademiyasının həqiqi üzvü
  •   Beynəlxalq "Atatürk" medalı laureatı
  •   "Qızıl Ulduz" Türk medalının qalibi
  •   Serbiya Kral Akademiyasının mükafatı "Gran pri" və "Qızıl Mələk" medalı laureatı
  •   Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçının sahibi
  •   "Vətən övladı" qızıl ordeni
  •   Beynəlxalq "Dədə Qorqud" mükafatı
  •   Leonardo da Vinçi medalı
  •   "Şpitsveq" medalı
  •   "Müqəddəs Qiorqi" medalı
  •   "Qızıl Tac" ordeni
  •   "Avropanın şərəfi" ordeni
  •   "Böyük Cəngavər Qızıl Ulduzu" ordeni
  •   Xidmətlərinə görə "İmperator I Aleksandr" ordeni
  •   Almaniya Dostluq ordeni
  •   Beynəlxalq "Vera" mükafatının qalibi — Moskva (2010)
  •   Beynəlxalq "Vera" mükafatının qalibi — Portuqaliya (2014)
  •   "Beynəlxalq cəngavərlər ittifaqı" senatorunun ulduzu
  •   Rusiyanın nüfuzlu "Minilliyin adamı" mükafatı
  •   Albrext Dürer medalı
  •   "Alman ordeni"nin xatirə medalı
  •   Beynəlxalq "Qəbələ" Festivalının qalibi
  •   "Tadaşi Qoino" medalı — Yaponiya
  •   "Rembrandt" medalı
  •   Çingiz Aytmatov adına Beynəlxalq mükafat
  •   Şərəf xaçı medalı
  •   Motsart medalı[13]
  •   İtaliyanın Qızıl ordeni
  •   Beynəlxalq "Sülh naminə" sərgisinin qalibi — Çin Xalq Respublikası
  •   "Vətənə xidmət" ordeni
  •   Beynəlxalq "Sülh naminə" sərgisinin qalibi — Qırğızıstan
  •   BMT-nin Xoşməramlı Səfiri
  •   2016–2019-cu illər ərzində Böyük Britaniya Kraliçası II Yelizavetlə dəfələrlə şəxsi görüşləri baş tutub
  •   Vatikan Zadəgan Heraldika Akademiyasının qraf titulu
  •   Avropa İqtisadi Senatının Fəxri senatoru
  •   Dünya İncəsənət Akademiyası tərəfindən layiq görülən "Planetin sənətkarı" və "İlin sənətkarı" adları
  •   Qazaxıstanın Turan medalı[14]
  •   Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı[15]

Dünyada məşhur əsərləri

redaktə

Sakit Məmmədovun kataloqları

redaktə

Sakit Məmmədovun ev muzeyi

redaktə

Sakit Məmmədovun ev muzeyində 170-dən çox əsər nümayiş olunur. Dünyanın tanınmış şəxsiyyətləri həmin muzeydə dəfələrlə olub, şəkillərə böyük qiymət veriblər. Burada həmçinin məşhur müğənni Rilayanın "Saf" adlı mahnısına klip çəkilmişdir.[16]

İstinadlar

redaktə
  1. Heydər Əliyev Mərkəzində Əməkdar rəssam Sakit Məmmədovun fərdi sərgisi açılıb
  2. [1] Arxivləşdirilib 2015-10-02 at the Wayback Machine,.
  3. "Turkey to open Arts Academy after Azerbaijani painter". www.news.az (ing.)). 11.07.2012. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11.07.2012.
  4. [2] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Seulda Ətraf Mühit İncəsənət Assosiasiyası tərəfindən keçirilən "Beynəlxalq Ətraf Mühit İncəsənəti EKSPO Koreya 2005" adlı sərgidə Sakit Məmmədovun əsərləri nümayiş olunub
  5. [3] [ölü keçid], KÜLTÜR-SANAT : AVRUPANIN KALBİNDE AZERBAYCAN RÜZGARI ESTİ.
  6. [4] Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Sakit Məmmədov Moskva şəhərində beynəlxalq festivalın qalibi olub.
  7. [5] Arxivləşdirilib 2015-01-28 at the Wayback Machine, Heydər Əliyev Mərkəzində rəssam Sakit Məmmədovun "Rənglər aləmində" adlı fərdi sərgisi açılıb (FOTO).
  8. [6] Arxivləşdirilib 2014-12-06 at the Wayback Machine, Сакит Мамедов удостоен самой престижной награды VERA World Fine Art Festival: "Имя родины – АЗЕРБАЙДЖАН!".
  9. ressami-sakit-memmedovun-ve-onun-sagirdlerinin-eserleri-numayis-etdirilib--1726090 [ölü keçid], Luvrda "Carrusel du Louvre" sərgisində Azərbaycanın Əməkdar Rəssamı Sakit Məmmədovun və onun şagirdlərinin əsərləri nümayiş etdirilib.
  10. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  11. Sakit Məmmədov Avropa Təbiət Elmləri Akademiyasının akademiki adına layiq görülüb
  12. "Sakit Məmmədov Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü seçilib". 2017-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-20.
  13. "Rəssam Sakit Məmmədov "Motsart" medalı ilə təltif olunub". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-20.
  14. "Сакит Мамедов в Казахстане удостоен медали "TURAN" (ФОТО)". 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19.
  15. Sakit Məmmədov Özbəkistan Rəssamlıq Akademiyasının qızıl medalı ilə təltif edilib — FOTO
  16. [7] Arxivləşdirilib 2015-11-04 at the Wayback Machine, Rilaya — Saf.

Xarici keçidlər

redaktə
  NODES