Samsung

Mərkəzi Cənubi Koreyada yerləşən holdinq şirkət

"Samsung" sənaye qrupu (kor. 삼성 그룹 — Samseong Georup) — Cənubi Koreyanın ən inkişaf etmiş, beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi dünyada tanınan korporasiya.[1]

Samsung
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi özəl şirkət[d], ictimai şirkət
Sənaye Konqlomerat
Məhsulları elektronika, məişət texnikası, gəmiqayırma, Maliyyə, kimya, Əyləncə, mobil telefon, geyim, avtomobil, fləş-yaddaş, şəbəkə avadanlıqları
Təsis tarixi 1938
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 208.500.000.000 $ (2018)
Xalis mənfəəti
  • 37.100.000.000 $ (2017)
Əməliyyat mənfəəti
  • 6.700.000.000 $ (2020)
Struktur
İşçi sayı
  • 590.000 nəf. (2014)
Rəhbərlik
Təsisçi
samsung.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Samsung dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkətidir. 1969-cu ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi Cənubi Koreyanın Seul şəhəridir.

Əsası Li Ben Çxol tərəfindən, 1938-ci ildə qurulmuşdur. İdarə heyəti Başçısı Lee Kun-Hee'dir. Samsung müxtəlif şirkətlərdən ibarət olan bir qrup olub, bunlardan ən əhəmiyyətlisi, Samsung Elektroniks'dir.

Şirkətinin Li Ben Çxoldan sonrakı taleyi

redaktə

"Samsung" 1991–1992-ci illərdə mobil qurğuların və mobil telefoniyanın ilk istehsalını yekunlaşdırdı.[1]

Şirkət məhsulları inkişaf etdirməklə yanaşı marketinq dəyişiklikləri etməyə, şirkətin missiyası və onun simvolunu dəyişikdirmək qərarına gəlir. Şirkətin loqotipində üç qırmızı ulduz əks olunmuşdu, amma Samsung rəhbərliyi, əvvəlki loqotipi beynəlxalq korporasiyanın imicinə uyğun gəlmədiyini əsas götürərək onu dəyişdirdi. Məhz onda müasir emblem işıq üzü gördü — içərisində firmanın adı yazılmaqla dinamik əyilmiş göy ellips. Əla dizayn və genişmiqyaslı reklam kampaniyası öz işini gördü: loqotip dünyada ən tanınanlardan biri oldu. Aparıcı ali məktəblərin tələbə-reklamçıları bu gün xüsusi uğurlu rebrendinq nümunəsi kimi Samsung loqotipinin dəyişməsini öyrənirlər. Şirkət nümayəndələrinin versiyasına görə, loqotipin ellips forması yenilənmə və təkmilləşdirmə ideyasını dəstəkləyərək dünya sahəsində hərəkəti simvollaşdırır.[1]

1999-cu ildə Samsung Electronics məişət elektronikasının istehsalı sahəsində Forbes Global jurnalı mükafatı ilə təltif edildi.[1]

Hazırda "Samsung Electronics" elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısıdır. Mənzil-qərargahı Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsində 286 min nəfər işçi çalışır.[1]

Şirkətin 2014-cü ilin birinci rübündə xalis gəliri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq 7,57 trilyon von (7 milyard dollardan çox) təşkil edib. Hesabat dövründə istehsalçının mədaxili 1,5 faiz artaraq 53,68 trilyon von (52 milyard dollar) olub.[1]

 
Li Byung-chul, Samsung-un qurucusu
 
1982-ci ildə təqdim edilən SPC-1000 Samsungun ilk fərdi kompüteri idi. Məlumatları yükləmək və saxlamaq üçün audio kaset lentindən istifadə edilirdi

Yeniliklər

redaktə

"Samsung" şirkəti "CES 2014" sərgisində yeni 85 düym diaqonallı elastik "Samsung Bendable TV" məhsulunu təqdim edib. İzləyici idarəetmə pultu vasitəsilə televizoru istənilən bucağadək əyə bilər. Texniki olaraq, televizor LED işıqlaması əsasında işləyir. Şirkət növbəti dəfə dünyada televizorların satışı üzrə hamını qabaqlayaraq ardıcıl səkkiz ildir liderliyini qoruyur. Şirkət "Mobile World Congress" konfransında "Galaxy S5" smartfonunu nümayiş etdirdi. Barmaq izlərinin skaneri, nəbz ötürücüsü və kamera artıq satışa çıxarılan aparatda ən nəzərəçarpacaq yenilik olub. Bundan başqa, "Galaxy S5" smartfonu sələflərindən fərqli olaraq, toz və sukeçirməzdir.[1]

Artıq "Samsung" smart saatlar və lampaların da istehsalına başlayıb.[1] 2013-cü ilin sentyabrında "Galaxy Gear" adlandırılan smart saatların birinci nəsli təqdim olunmuşdu.[1] Bu il isə "Samsung" şirkəti Barselonada keçirilən mətbuat konfransında "Gear" "ağıllı" saatlarının ikinci nəslini təqdim edib: "Gear 2" və "Gear 2 Neo". "Gear 2" smart saatı daxili iki meqapiksel təsvir ölçülü kamera ilə təchiz edilib, "Gear 2 Neo"nun çəkisi 55 qr, "Gear 2" isə 68 qr-dır.[1] Yeni saatları sələfindən fərqləndirən əsas cəhət əməliyyat sistemidir. Yeni qurğular "Tizen" sistemi ilə işləyir, halbuki birinci nəsil cihazlar "Android" platforması ilə işləyir. "Tizen" əməliyyat sistemi "Linux" nüvəsinə əsaslanır.[1] Qurğu nəbz ötürücüsü ilə təchiz edilib, bundan başqa, saat toz və sudan qorunub.[1]

"Samsung" şirkəti həmçinin "Bluetooth" vasitəsilə uzaq məsafədən idarə olunan "Smart Bulb" adlı smart lampa təqdim edib. Lampa xüsusi mobil tətbiq vasitəsilə bir otaqda və ya bütün evdə işıqlandırmanı idarə etməyə imkan verir. "Smart Bulb"un sahibi tətbiq vasitəsilə 10–100% nominal güc diapazonunda lampanın işıqlanma parlaqlığını tənzimləmək, həmçinin işığın rəng temperaturunu dəyişdirə bilər.[1]

Tarixçə

redaktə

Samsung, 1990-cı illərdə, Koreya xaricində sürətli bir böyümə göstərmişdir. Digər Asiya şirkətlərindən fərqli olaraq , 1997'dəki Asiya İqtisadi Krizisinə demək olar ki, ziyansız sovuşdurmuşdur. Yalnız Nissan tərəfindən qurulan Samsung Motor Co. "Nun, Renault'a satışını reallaşdıraraq avtomobil işindən çıxması lazım idi. Bu dövrdə Elektron və komponentlərinə investisiya edilmiş, Samsung Elektroniks qrupu içərisində olan ən təsirli şirkət halına çevrilmişdir. Qrupun tikinti şirkəti də, bu dövrdə, Kuala Lumpurdakı Petronas Qüllələri tikintisi ilə diqqətləri üzərinə çəkmişdir.

Samsung Elektron 2000–2005 illərində rekord böyümə və mənfəət əldə edib, dünyanın ən qiymətli markaları sıralamasında 2-ci sırada iştirak etmişdir.

Amerika və Avropada bir çox məhsulu dizayn texnologiya və patent mükafatları almışdır və almaqdadır. Elektron, Televiziya, Telefon, Kompüter, Avtomobil, Tibb, Kosmos Araşdırmaları kimi bir çox sahədə fəaliyyət göstərməkdədir. Cənubi Koreya peyk istehsalını demək olar ki, tək başına Samsung etməkdədir. Yapon şirkətləri ilə də Yaponiya üçün peyk istehsalında ortaq olmuşlar. Elektron sektorunda Rəqəmsal kamera, DVD, Blu-Ray, VCD, Peyk qəbuledicisi, Dvd-Cd istehsalı, əşya (Soyuducu, Paltaryuyan, Qab-qacaq maşını), bina idarəetmə sistemləri kimi çox müxtəlif sahələrdə istehsal etməkdədir. Televiziya sektorunda da uzun bir keçmişə sahib olan Samsung 1960-cı illərdən bəri televiziya istehsalı etməkdədir. LCD istehsalında bazar payının olduqca əhəmiyyətli bir hissəsini tutur. Ayrıca Samsung 3D LED TV-nin inkişaf etdirilməsində çox əhəmiyyətli bir rol oynamışdır.

Telekommunikasiya sektorunda da mobil telefonları ilə rəqabətə girən Samsung telefon istehsalı satışında ilk sıradadır. Qısa müddətdə telekommunikasiya sektorunda bu çıxışı etməsinin səbəbi Ar-Ge qoyuluşunun çox olması istehsalını və modellərini istifadəçinin istəyinə görə tənzimləməsi və uyğun qiymətə yüksək texnologiyalı cihazlar çıxarmasıdır. Bundan başqa Cənubi Koreya kimi bir ölkədə istehsal etməsi və telekominikasyon yeniliklərinin ilk uyğulandığı ölkələrdən birində olması (3G, Mobil TV tətbiq edən ilk ölkələrdən biri Cənubi Koreya 4G sınaqları aparılır) digər telefon markalarının bir neçə ay sonra çıxaracağı modelləri və xüsusiyyətdəki telefonları çıxarmasında köməkçi olmaqdadır. Ayrıca IBM dən sonra ən çox patent alan şirkətdir. Son olaraq Samsung 2010-cu ildə çıxardığı Samsung Wave mobil telefonunda öz çıxardığı əməliyyat sistemi olan "Bada" nı istifadə və mobil telefon sektorunda proqram işinə də girərək sahələrini daha da çox genişlətməkdədir. 2011-ci il cəmi endossament olaraq 148 milyard dollarla dünyanın ən böyük elektron şirkətidir. 2012-ci ilin statistikasına görə, cəmi telefon satışlarında Nokianı keçərək satışda liderdir.

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 17 (811), 8 may 2014, səh. 27.  (az.)
  NODES