Seksual penetrasiya

Seksual penetrasiya, yaxud cinsi nüfuzetmə — insan və heyvan cinsiyyətində cinsiyyət orqanı və ya barmaqlar kimi bədən orqanlarının vagina, anus və ya ağız kimi orqanlara daxil edilməsi aktı.

Bu termin hüquqda da geniş formada istifadə olunur. Bir çox ölkələrdə təcavüzü cəzalandırmaq üçün vajinanın və ya anusun cinsi orqan və ya başqa bir əşya ilə zorlanması şərti tələb olunur.

Təriflər

redaktə

Penisin vajinaya daxil olmasına vaginal cinsi münasibət deyilir[1][2]. Eynilə, penisin anusa nüfuz etməsi isə anal seks adlanır[3]. Nüfuzetməyə məruz qalan orqan ağız olanda isə oral seks baş verir. Penis ilə baş verən hadisə fellatio, vulva ilə baş verən hadisə isə cunnilingus adlanır. Ağızın anusa daxil olmasına anilingus deyilir. Penetrasiya üçün barmaqlardan istifadə edildikdə barmaqlama, yumruqdan istifadə edildikdə isə fistinq adlı hadisə baş verir. Penetrasiyada təkcə orqanlardan istifadə edilmir. Dildo, vibrator və ya digər seks oyuncaqları da penetrasiya üçün istifadə olunur[4][5].

İstinadlar

redaktə
  1. Cecie Starr, Beverly McMillan. Human Biology. Cengage Learning. 2008. səh. 314. ISBN 978-0495561811. October 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2013.
  2. Sexual intercourse // Collins English Dictionary. January 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 5, 2012.
  3. Savage, Dan. Savage Love from A to Z: Advice on Sex and Relationships, Dating and Mating, Exes and Extras (ingilis). Sasquatch Books. 2021-09-21. ISBN 978-1-63217-383-6. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
  4. Barry R. Komisaruk; Beverly Whipple; Sara Nasserzadeh; Carlos Beyer-Flores. The Orgasm Answer Guide. JHU Press. 2009. 108–109. ISBN 978-0-8018-9396-4. İstifadə tarixi: November 6, 2011.
  5. Janell L. Carroll. Sexuality Now: Embracing Diversity. Cengage Learning. 2009. 270–271. ISBN 978-0-495-60274-3. October 21, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2010.
  NODES