Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; bunlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat. epineurium deyilən sərt birləşdirici qişa ilə örtülü olur. Sinirlərin daxilində olan birləşdirici toxuma qatları onların istinad elementini təşkil etməklə bərabər, eyni zamanda qan və limfa damarlarını (lat. vasa nevrosum) və sinir kötüyünü innervasiya edən sinir liflərini (lat. nervi nervosum) müşayiət edir. Adətən kiçik sinirlər bir dəstədən, böyük sinirlər isə bir neçə dəstədən əmələ gəlir. Sinirlər şaxələndikcə onları təşkil edən dəstələrin miqdarı azalır.

Sinir
Latınca Nervus
Sistem Sinir
Üzv Beyin, Onurğa beyin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinir lifləri

redaktə

Sinirləri təşkil edən sinir lifləri fizioloji cəhətdən müxtəlif olur; hər bir sinir lifi müəyyən qıcığı nəqletmə qabiliyyətinə malikdir. Sinir lifləri vəzifə etibarilə aşağıdakı növlərə bölünür:

  1. Reseptor və afferent liflər;
  2. Effektor ya efferent liflər;
  3. Qapayıcı liflər;
  4. Bitişmə ya komissural liflər – mərkəzi sinir sisteminin simmetrik nahiyələrini bir-birilə birləşdirən liflər;
  5. Damardaraldıcı hərəki liflər (lat. nn. vasoconstrictores).
  6. Damargenəldici hərəki liflər (lat. nn. vasodilatatores).
  7. Damardaraldıcı hissi pressor liflər (lat. nn. pressores).
  8. Damargenəldici issi depressor liflər (lat. nn. depressores).
  9. Sürətləndirici liflər (lat. nn. accelerantes)
  10. Tormozlayıcı liflər.
  11. Sekretor və ya ifrazetdirici liflər
  12. Trofik və ya qidalandırıcı liflər.

Sinir liflərinin mərkəzi sinir sistemindən çıxan hissəsinə kök – lat. radix deyilir. Bir çox nahiyələrdə sinrlər bir birinə şaxələr verir; bəzi yerlərdə bu rabitələrin sayı o qədər çox olur ki, nəticədə kələf – lat. plexus nervosus əmələ gəlir. Buraya onurğa beyni sinirlərinin ön şaxələrinin əmələ gətirdiyi kələflər (boyun kələfi, bazu kələfi və s.) daxildir.

Mənbə

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  NODES
Done 2