Soyuqbulaq (Kəlbəcər)

SoyuqbulaqAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Şurtan kənd inzibati ərazi dairəsində kənd.[1]

Soyuqbulaq
40°00′35″ şm. e. 46°00′14″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.695 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Soyuqbulaq xəritədə
Soyuqbulaq
Soyuqbulaq

Kənd Tərtərçayın sahilində, dağ yamacındadir. Yerli əhalinin məlumatina görə, yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Mirik kəndindən köçüb gƏlmiŞ ailələr Soyuqbulaq adlanan ərazidə salmışlar. Kənd dƏ ərazinin adI ilə adlandirılmişdır.[2]

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Yaylaqlar

redaktə

Balakişinin dərəsinin yurdu, Məktəbxana yurdu, Ağyoxuş yurdu, Kümbəzlər yurdu, Şadmanlı yurdu, Elşamının yurdu, Ətyeməzli yurdu, Əyri yolun dərəsinin yurdu, Çoban şamının yurdu.

Bulaqlar

redaktə

Düz bulaq, Daş bulaq, Aşağı bulaq, Mərxin bulağı, Bulaqlar, Boğanın bulağı, Qaraqayanın bulağı, Qazman bulağı, Tavatın bulağı, Qanusulu dərənin bulağı.

Məşhur yerlər

redaktə

Evlərin qənşəri, Xöləzək güneyi, Yastıqaya, Qılıncqaya, Kürdərə, Qumdaşları, Tovladərəsi, Qaraqaya, Tos, Tosun güneyi, Boğa, Əliabbasın yeri, Yalyeri, Qazman, Silvinin döşü, Mərx, Sürüşcəkqaya, Yuxarıgav, Aşağıgav, Soyuqbulaq körpüsü, Tovlabaşı, Cukluq, Kərbəlayı Mövlanın düzü, Salmanın irəməsi, Əliabbasın çüxuru, İmanın qayası, Ortagüney, Bulaqlar, Qamışlı, Qarama, Dileşin çatımı, Məmmədin tapı, Çəvliyin quzeyi, Uzungüney, Əsədin kahası, Əlləmə, Armudağacı, Tirtökülən, Rakok ağacları, Novruzun döşü, Moruqluq, Tamaşalı, Yuxarıyol, Qaramaqazılan, Qurqurun döşü, Güneyqaya, Süleymanuçan, Tosundərəsi, Alxaslıçəpi, Tövlədərəsi, Çevriləndaş, Qələm. Cəfərli ağacları, Əkin yerləri, Döşünbaşı, Tosqayanın başı, Boğanın güneyi, Sıraqayalar, Səfərin çüxuru, Qazmanın dərəsi, Baxışbiçən, Silvinin yalı, Meşə yolu, Əlləmənin yalı, Bulaqların yalı, Qaraquzeyin yoxuşu, Tosunyalı, Əvəzbiçən, Kərimin kahası.[3]

Binələr-Qışlaqlar

redaktə

Bağırsaq binəsi (Aşağı binə, Yuxarı binə).[3]

İstinadlar

redaktə
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Soyuqbulaq (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
  NODES