Spermatozoid

kişi qameti

Spermatozoid (yun. σπέρμα, σπέρματος) — ailə, yun. ζωή — həyat) — erkək qamet, qadın cinsiyyət qameti – yumurta hüceyrəsini mayalandırmağa xidmət edən kişi cinsiyyət hüceyrəsi. Yumurta hüceyrəsindən qat-qat kiçikdir. Spermatozoidlərin toxum şirəsi ilə qarışığı sperma adlanır.

Spermatozoid
Yumurta hüceyrəsini mayalayan spermatozoid
Yumurta hüceyrəsini mayalayan spermatozoid
Spermatozoidin qurluşu
Spermatozoidin qurluşu
Latınca spermiusmatro
Qrey subyekt 258 1243
Sistem Sidik-cinsiyyətlat. Systema urogenitale – BNA
Üzv Kişi cinsiyyətlat. Organa genitalia masculina
MeSH Spermatozoa
Dorlands/Elsevier Spermatozoa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quruluşu

redaktə
 
Bir çox heyvanların spermatozoidləri tipik qurluşa malikdirlər.

Tipik spermatozoid baş, gövdə və quyruq hissədən ibarətdir. Baş hissədə xromosom daşıyıcısı hüceyrə nüvəsi, yumurta hüceyrəsinin divarını əritmək üçün lazım olan litik ferment ilə dolu akrosoma və sentriol yerləşmişdir. Baş və gövdə arası boğazcıqda adətən mitoxondrion və spiral mitoxondriya yerləşir. Quyruqcuq hərəkət funksiyası yerinə yetirir.

bir çox heyvanların spermatozoidləri atipik qurluşa malikdirlər. Amma kənaraçıxmalar da mövcuddur: akvarium balığı tetradon iki quyruqlu spermatozoidlərə malikdir, tritonlarda spermatozoidin quyruğu üzgəclidir, bəzi kisəli heyvanlarda spermatozoidlər ikiləşmiş olub cüt şəkildə sinxron hərəkət edirlər və yumurta hüceyrəsinə çatarkən ayrılmış olurlar. Spermatozoidlər mikroskopik ölçüdə olub onların uzunluğu 10 dan 100 mikronadək ola bilir. Siçan spermatozoidi insan spermatozoidindən 1,5 dəfə böyük ölçüyə malikdir. triton spermatozoidi insanınkindən bir neçə dəfə böyükdür.

İnsan spermatozoidi

redaktə

Kəşfi

redaktə

İlk dəfə 1677 ci ildə insan spermatozoidi holland mikroskopisti Anton van Levenhuk tərəfindən təsvir edilmişdir. Formal olaraq spermatozoidlərin kəşfi Yohan Hama məxsus olsa da Anton van Levenhuk ilk olaraq spermatozoidin şəklini çəkərək təsvir etmiş, və göstərmişdir ki, bu "toxum heyvancıqları" mayalanmada iştirak edirlər. Buna baxmayaraq demək olar ki, bir əsrə qədər belə hesab edilirdi ki, spermada tapılan bu "toxum heyvancıqları" parazit orqanizmlərdir və mayalanma bilavasitə toxum şirəsi hesabına baş verir. "Spermatozoid" termini ilk dəfə elmə XIX əsrin əvvəllərində Sankt Peterburq akademiyasının mənşəcə alman olan akademiki Karl Ernst fon Ber tərəfindən gətirilmişdir.

Quruluşu və funksiyası

redaktə
 
(1) Akrosoma, (2) Hüceyrə qılafı, (3) Hüceyrə nüvəsi, (4) Mitoxondri.

İnsan spermatozoidi quruluşundan doğan funksiyaya malik xüsusi hüceyrədir. Onun funksiyası, qadın cinsiyyət yolunu yumurta hüceyrəsinə qədər qət edərək, ona kişi genetik materialını daşımaqdan ibarətdir. Spermatozoid yumurta hüceyrəsinə daxil olaraq onu mayalamış olur. İnsan orqanizmin ən xırda hüceyrəsi sayılan spermatozoid 55 mkm uzunluqdadır. Spermatozoidin başı 5,0 mkm uzunluğa, 3,5 mkm eninə və 2,5 mkm hündürlüyə malikdir.

 
Spermatozoidin yumurta hüceyrəsini mayalandırması

Ellepsoid formalıdır, kənarları büzük, bir tərəfi çuxuqdur. Bəzən onu qaşıqla da müqayisə edirlər. Aşağıdakı hüceyrə elementlərinə malikdir:

  1. Nüvə, tək-haploid xromosom dəstinə malikdir. Yumurta hüceyrəsi ilə birləşdikdə diploid orqanizm – ziqota əmələ gətirir. Spermatozoid nüvəsində RNT sintez olunmur.
  2. Akrosoma, lizosomun şəkildəyişmiş içi 15 cür litik fermentlə dolu qılafcıqlı qovucuq olub, nüvənin önündə yerləşərək onun yarısını örtmüş olur. Yumurta hüceyrəsi ilə toqquşduqdan sonra bu qovucuqdakı ferment xaricə atılır və onun divarını yeyərək spermatozoidin daxil olması üçün kiçik giriş qapısı açmış olur.
  3. Sentrosoma, mikroborucuqlar təşkil edərək quyruğun hərəkətliliyini təmin edir.

Gövdə və quyruq

redaktə

Başın gövdəyə keçən hissədə daralma qeyd olunur ki, buna boğazcıq deyilir. Gövdənin mikroborucuq skletinin ətrafında spiral formalı mitoxondrilər yerləşmişdir. Burada spermatozoidin hərəkətliliyi üçün lazım olan enerji ATF sintezindən alınır. Gövdədən sonra gələn hissə quyruqdur. Quyruq gövdədən uzun olub spermatozoidin hərəkətverici qüvvəsi sayılır.

Spermatozoidin hərəkəti

redaktə

Spermotozoid quyruqcuğun köməyi ilə öz boylama oxu ətrafında fırlanaraq hərəkət edir. Onun sürəti 0,1 mm/san və ya təqribən saatda 30 sm-dir. Insanda eyakulyasiyalı koitusdan 1–2 saat sonra spermatozoidlər uşaqlıq borularının, mayalanmanın baş verdiyi, ampulyar hissəsinə yetişmiş olurlar. İnsanın orqanizmində spermatozoidlər qeyri aktiv formada olurlar. Onların aktivliyi prostat şirəsinə qarışdıqdan sonra oradakı fermentlərin təsirindən baş verir. Onların qadın cinsiyyət yolundakı hərəkəti müstəqil şəkildə, maye axınının əks istiqamətində olur. Mayalanma üçün spermatozoid 20 sm məsafə (servikal kanal – 2 sm, uşaqlıq boşluğu – 5 sm, uşaqlıq boruları – 12 sm) qət etməlidir.

Yaşama qabiliyyəti

redaktə

İnsan orqanizmində spermotozoidlər yetişdiyi gündən başlayaraq 30–64 gün həyat qabiliyyətli olurlar. Eyakulyasiyadan sonra mühitdən asılı olaraq 24 saat sağ qala bilirlər. Uşaqlıq dəhlizində spermatozoidlər bir neçə saata məhv olurlar. Uşaqlıq boynunda, uşaqlıqdauşaqlıq borusunda 3 günə qədər sağ qala bilirlər.

Mənbə

redaktə
  • Vivien Marx: Das Samenbuch, alles über Spermien, Sex und Fruchtbarkeit. Fischer-Taschenbuch-Verlag, Frankfurt am Main 1999. ISBN 3-596-14140-0
  • Robie H. Harris: Was jetzt kommt ist … einfach irre! Ein Buch über Eier und Spermien, Geburt, Babys und Zusammenleben. Beltz & Gelberg, Weinheim 2002. ISBN 3-407-75319-5
  • Дроздов А. Л., Иванков В. Н. Морфология гамет животных. Значение для систематики и филогенетики. — М., Изд.дом "Круглый год", 2000. — 460 с.: илл.
  NODES