SplitXorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitsko-Dalmatinskaya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadasıAdriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir.

Split
Split
Bayraq Gerb
Bayraq Gerb
43°30′36″ şm. e. 16°26′24″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi 79.38 km²
Mərkəzin hündürlüyü 0 ± 1 m
Əhalisi
Əhalisi 178 102 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +385 021
Poçt indeksi 21000[2]
Nəqliyyat kodu ST
Digər
split.hr
Xəritəni göstər/gizlə
Split xəritədə
Split
Split
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir.

Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur. Splitin taleyi ilk Xristianları qırması ilə anılan Roma hökmdarı Diocletianın 300-cü ildə yay iqamətgahını burada tikdirməsi ilə dəyişmişdir. Ölümündən sonra da Roma imperatorları bu sarayı istifadə etməyə davam ediblər. Romalılar Split yaxınlığındakı Solana koloniyasını tərk etmək məcburiyyətində qaldıqları zaman bu koloniyada yaşayanların hamısını Splitə köçürdüblər.

Split Xorvatiyanın ikinci böyük şəhəridir. Mərkəz əhalisi 178.192 (165.893 Split) olub (88.37% Katolik və 95,15% Xorvat vətəndaşı) və ətraf ərazilərlə birlikdə təxminən ümumi əhali 470.000 nəfərdir.

Coğrafiyası

redaktə

Şəhər cənubda Adriatik (Aralıq Dənizi), şimalda Adriatik Alp dağları ilə əhatə olunmuşdur.

Split "Kastela Körfəzinin" şərq sahili ilə Split Boğazı arasında olan bir yarımadada qurulub. Bu yarımadanın qərb tərəfində (178 metr aralıda) "Marjan Təpəsi" yerləşir. Hündürlüyü 779 m. olan Kozjak dağı ilə hündürlüyü 1339 m olan Mosor dağı şəhəri şimaldan və şimal-şərqdən gələn hava axınlarına qarşı qoruyurlar və şəhəri materikdəki sahələrindən ayırırlar.

İstinadlar

redaktə
  NODES
mac 1
os 7