Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri (ərəb. أبو جعفر محمد بن جرير بن يزيد الطبري‎) — orta əsr müsəlman alimi, tarixçi, səyyah. Əsərlərini ərəbcə yazmışdır.[4]

Məhəmməd
Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Qalib Təbəri
Digər adı Təbəri
Doğum tarixi ən tezi 838[1][2][…]
Doğum yeri Amul, Təbəristan, Xəzər xaqanlığı
Vəfat tarixi 923[3][1][…]
Vəfat yeri Bağdad, İraq, Abbasilər Xilafəti
Uşağı oğlan: Cəfər ibn Məhəmməd
Atası Cərir ibn Yezid
Milliyyəti ərəb
Fəaliyyəti Tarixçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Ğalib Təbəri Təbəristanın Amul şəhərində doğulmuşdu, ulu babaları iranlı idi. 7 yaşında ikən Quranı əzbərləmiş Təbəri müqəddimat təhsilini öz şəhərində alır, sonra Rey şəhərinə gedib, biliyini təkmilləşdirir. O, BəsrəKufə şəhərlərində, habelə, Misir və Şamda hədis ustadları ilə görüşür, sonra Bağdadda məskunlaşır. Təbəri tarix və təfsir elmlərində misilsiz bacarıq sahibi idi. O, hədis elmini mükəmməl bildiyindən, öz əsərlərində hədislərin analizinə də yer ayırır, hər hansı məsələ barədə irəli sürülən nəzəriyyələr içindən ən düzgün saydığı variantı əsaslandırmağa çalışırdı. Təbəri fiqh sahəsində də yeniliklər etmiş və atasının adı ilə adlandırdığı "cəririyyə" məzhəbinin əsaslarını işləyib-hazırlamışdı. Lakin cəririyyə məzhəbi digər fiqh məktəblərinin rəqabəti qarşısında davam gətirməyib, qısa müddət ərzində unuduldu.

"Təbəri tarixi" adı ilə məşhur olan kitabın bütöv adı "Tarix-ür-rüsüli vəl-müluk"dur (Peyğəmbərlərin və hökmdarların tarixi). Yəqubinin tarixindən və Məsudinin "Müruc-üz-zəhəb"indən fərqli olaraq, Təbəri tarixi həcmcə daha genişdir. Müəllif kitabın əvvəlində keçmiş peyğəmbərlərin həyatı və İran şahlarının tarixi barədə məlumat verir. Daha sonra Həzrət Mühəmməd Peyğəmbərin (s) ulu əcdadları barədə qiymətli məlumatlarla rastlaşırıq. Peyğəmbərin özünün həyatı kitabda kifayət qədər ətraflı şəkildə, bütün incəlikləri ilə təsvir edilib.

Ümumi tarix janrında qələmə alınmış bu üç kitab – Yəqubi tarixi, Təbəri tarixi və "Müruc-üz-zəhəb" həm fərqli, həm də oxşar cəhətlərə malikdir. Onların oxşar cəhətlərindən biri əhatə etdikləri mövzulardadır. Kitabların hər üçü xilqətin əvvəlindən müəllifin zəmanəsinə qədər baş verənləri əhatə edir. Bununla belə, Yəqubinin və Məsudinin sair ümmətlər barədə verdikləri məlumatlar Təbərininkindən daha artıq və rəngarəngdir. Belə ki, ilk iki müəllif qədim Babil, Hindistan, Çin, İran, Yunanıstan və Roma torpaqlarının tarixi barədə (qısaca da olsa) məlumat verdikləri halda, Təbəri yalnız Bəni-İsrail peyğəmbərlərinin və İran şahlarının xəbərləri ilə kifayətlənir. Yəqubi və Məsudinin tarixləri coğrafi biliklər baxımından da böyük əhəmiyyətə malikdir. Onlar hər ölkənin və xalqın tarixini yazmaqla yanaşı, o yerlərin coğrafi şəraiti barədə də qənaətbəxş məlumatlar verməyə çalışırlar. Məsələyə bu baxımdan yanaşdıqda, Təbəri tarixi, coğrafi biliklərdən uzaq sırf salnamə xarakteri daşıyır. Məsudi və Yəqubi ictimai-siyasi proseslər, millətlərin adət-ənənələri, məişəti və s. barədə informasiya sarıdan da Təbərini üstələyirlər. Təbəri öz tarixini qələmə alarkən, əsas etibarilə özündən əvvəlki tarixçilərin əsərlərinə və ayrı-ayrı şəxslərdən eşitdiyi şifahi rəvayətlərə əsaslanır, hadisələri hədis şəklində, hətta sənəd zəncirini göstərmək şərti ilə xatırladır. Onun şəxsi müşahidə və təəssüratları az gözə çarpır. Bu da Təbərinin qeyri-müsəlman məmləkətlərinə səfər etməməsindən irəli gəlir. Yəqubi və Məsudi isə nəinki müsəlman ölkələrini, hətta Hindistan, Çin, Afrika torpaqlarını da gəzib-dolaşmış və öz əsərləri üçün şəxsi müşahidəyə əsaslanan orijinal informasiyalar toplamışdılar. Buna görə də, onların əsərləri quru salnaməçilik ənənələrindən uzaqdır.

Hər üç müəllif xilafət tarixini xəlifələrin hakimiyyət ardıcıllığı üzrə işıqlandırmışlar. Bir xəlifənin hakimiyyət dövründə baş vermiş hadisələr təsvir edildikdən sonra növbəti xəlifədən söhbət açılır. Bu zaman Təbəri daha da xırdalığa vararaq, hadisələri həm də baş verdikləri illər üzrə qruplaşdırır. Yəni onun kitabının müsəlman xilafəti barədəki bölümü başdan-başa "filanıncı ilin hadisələri" başlıqlarından ibarətdir. Yəqin ki, bunun səbəbi Təbəri tarixinin digər salnamələrdən həcmcə daha böyük olmasıdır. Əgər müəllif hadisələri illər üzrə bölüşdürməsəydi, konkret olaraq bu və ya digər hadisə barədə informasiyanı kitabdan tapmaq çox çətin olardı.

Fəaliyyəti

redaktə

O, öz müstəqil rəyini (ərəb. اجتهادijtihād) bildirməkdə tərəddüd etmirdi.[5] Öz qiymətləndirməni mənbələrindən hansıları dəqiq olduğlarını keşf etməktən başlayırdı. Bu o demək deyil ki, o, özünü yenilikçi kimi sayırdı. Əksinə, dini yeniliklərinə qarşı idi. Əl Təbəri haqqında bir əhvalatda deyilir ki, o ölməyinə yaxın olanda ibn Kamil ona məsləhət veridi ki, bütün düşmanlarını bağışlasın. Əl Təbəri cavab verib ki, ona yenilikçi deyən adamdan başqa bütün düşmanlarını bağışlayacaq.[6] Əl Təbərinin yanaşması əsasən barışdırıcı və mülayim idi və konfliktlərdə rəylərin arasında harmonik razılaşmanı axtarırdı.[7]

Əvvəlcə o, özünü fiqh intizamında Şafi kimi müəyyənləşdirirdi və Şafilər onun özünü belə saymağına görə şad idilər. Sonra isə o, öz məktəbini yaratdı. Ona baxmıyaraq ki, əl Təbəti Bağdada cavanlığda ibn Hənbəldən öyrəməyə üçün gəlib, o, Hənbəlilərin tərəfindən nifrətə qərq olub.[8] Əl Təbırinin məzhəbi əsasən onun atasının adı və ondan sonra gedən Cariri adı ilə adlanır.[9] Lakin, onun məzhəbi o vaxtın acı rəqabət atmosferdə dözə bilmədi.[10]

Onun geniş biblioqrfiyadan ən tanınan iki əsərlər bunlardılar:

  • Peyğəmbərlərin və hökmdarların tarixi (ərəb. تاريخ الرسل والملوك‎ və ya Tarikh al-Rusul wa al-Muluk or Tarikh al-Tabari)

Bu kitabda Quranın nazil olmasından bəri 915 ilinə dək universal tarix izah olunur.

  • Quran üzrə şərh

Təbəri bu əsərini 7 il ərzində (283–290) yazmış.

İstinadlar

redaktə
  1. 1 2 ṬABARĪ AL- // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  2. Abu Djaafar Muhammad bin Djarịr at- Tabari // Brockhauz Ensiklopediyası (alm.).
  3. Waines D. al-Tabari // Encyclopædia Britannica (ing.).
  4. Gaston Wiet, etc, "The Great Medieval Civilizations: cultural and scientific development. Volume 3. The great medieval civilizations. Part 1", Published by Allen and Unwin, 1975. pg 722:In the meantime another author, Tabari, Persian by origin, had been unobtrusively at work on two monumental pieces of writing, a commentary on the Koran ..
  5. Rosenthal, Franz. The History of al-Ţabarī: Volume 1. State University of New York Press. 1989. səh. p. 55.
  6. Rosenthal, Franz. The History of al-Ţabarī: Volume 1. State University of New York Press. 1989. səh. p. 61.
  7. Rosenthal, Franz. The History of al-Ţabarī: Volume 1. State University of New York Press. 1989. səh. p. 56.
  8. Rosenthal, Franz. The History of al-Ţabarī: Volume 1. State University of New York Press. 1989. səh. p. 63.
  9. Rosenthal, Franz. The History of al-Ţabarī: Volume 1. State University of New York Press. 1989. səh. p. 64.
  10. Rosenthal, Franz. The History of al-Ţabarī: Volume 1. State University of New York Press. 1989. səh. p. 66.

Xarici keçidlər

redaktə
  NODES