Tervel xan(bolq. Тервел) 700-715-ci illər arasında hökm sürən Birinci Bulqar dövlətinin ikinci xanı.

Tervel xan
bolq. Тервел
701 – 715
ƏvvəlkiAsparux xan
SonrakıKormesi xan
Şəxsi məlumatlar
Doğum tarixi ~675
Vəfat tarixi
Fəaliyyəti suveren[d]
Atası Asparux xan
Həyat yoldaşı Anastasiya
Uşağı Kormesi xan
Ailəsi Dulo sülaləsi
Dini Tenqriçilik, bolqar kilsəsinə əsasən xristian[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Asparux xanın oğludur və onun ölməsi üzərinə xan olmuştur. Bizans mənbələrində adı ilk dəfə 704-cü ildə keçir. II Yustiniana taxtına yenidən sahib olması üçün kömək etmiş, qızı Anastasiya ilə evlənmişdir. 717-718-ci illərdəki Ərəblərin İstanbul mühasirəsində Ərəblərə qarşı qələbə qazandığı üçün, Avropanın qurtarıcısı ləqəbi ilə tanınmışdır.[2][3][4][5] Tervel xan, II Yustinianın Bizans üsyançıları tərəfindən edamından sonra Frakiyanı işğal etmiş və İstanbulu yağmalamışdı.[6] Tervel xan Bizans imperatoru III Feodosi ilə 716-ci ildə Birinci Bulqar dövləti ilə Bizans arasındaki sərhədi müəyyən etmişdi.[7] Onun dövründə Madara atlısı əsəri divara qazınmışdır.

Bizansla münasibət

redaktə

25 may 717-ci ildə imperator III Leonun taxta çıxmasından sonra 200,000 əsgər və 2500 gəmidən ibarət ərəb ordusu İstanbulu mühasirəyə başlamışdı. Tervel xan Leonun köməyinə çataraq ərəbləri məğlub etməyə nail oldu. 719-cu ildə II Anastasiyə kömək etməyə söz versə də, xalq tərəfindən dəstəklənmədiyini görüb əl çəkmişdi..

Toponimlər

redaktə

Antarktikada yerləşən Livinqston adasında Tervel təpəsi onun şərəfinə adlanmışdır.

İstinadlar

redaktə
  1. 1 2 "Свети благоверен цар Български Тривелий - Хан Тервел". 2014-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-21.
  2. "Exposition, Dedicated to Khan Tervel". 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-02.
  3. "НИМ представя изложбата "Кан Тервел – спасителят на Европа"". 2020-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-02.
  4. "Bulgaria at Sleedh Look encyclopedia". 2010-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-02.
  5. "Кан Тервел – спасителят на Византия и ЕВРОПА". 2014-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-02.
  6. Obolenskiy, Dimitri Dimitriyeviç (1974). The Byzantine commonwealth: Eastern Europe, 500-1453, Londra. ISBN 0-297-00343-7. sf. 93
  7. Златарски, Васил Николов (1970). История на българската държава през Средните векове. Т.1 Първо българско царство. Ч.1 Епоха на хуно-българското надмощие (679-852), С. 1918, 3 изд. sf. 243
  NODES
os 2